Məhsul kataloqu
Şirkət və mağaza üzrə axtarış
Filtr
Filtr
Əvvələ:Populyar

 Mətbəx plitələri olmadan evi təsəvvür etmək olmaz. Mətbəx ocağı istənilən mətbəxin isti ürəyidir. Plitə "mətbəx üçbucağı" nın əvəzolunmaz hissəsidir. Bu atribut olmadan gündəlik yemək hazırlamaq qeyri mümkündür. Dövrümüzdə mətbəx plitələrinin mextəlif növləri təkmilləşməkdədir. Hər soba modeli öz fərdi xüsusiyyətlərinə və funksiyalarına malikdir.      Umico onlayn mağazası, fərqli marka və modellərin böyük bir çeşidini təqdim edir. Yalnız uzun illər sizə xidmət edəcək ideal bir plitə satın almadan əvvəl, optimal bir seçim seçmək üçün cihazın görünüşünü və parametrlərini nəzərdən keçirməlisiniz.   Mətbəx plitələrinin növləri:   ●       Qaz plitəsi. Bu, qalanları arasında ən çox yayılmış plitə növüdür. Belə modellər qazla işləyir. Qaz sobası, ən çox şəkli və görünüşü ilə fərqlənən müxtəlif modellərə malikdir. Soba ilə və sobasız qaz plitələri var. Soba ilə qaz plitəsi ayrı bir masa üstü plitədən və sobadan daha ucuz başa gəlir. Qaz sobasını istifadə etmək üçün əsas şərti - evdə bir qaz kəmərinin olub olmamasını nəzərə almaq vacibdir. Bakıda, Umıco internet mağazasında sizin zövqünüzə uyğun istənilən qaz plitələri almaq üçün geniş çeşid var. ●       Elektrik plitə. Bu tip plitələr növündən göründüyü kimi elektriklə işləyir. İnduksiya ocağı elektrik sobalarının daha təkmiləşmiş  texnoloji bir növüdür. Onların üstünlüyü təhlükəsizlik, qənaətlik və praktiklikdir. Belə ocaqlar qaz splitələrindən daha baha qiymətə olur. ●       Kombinə edilmiş- Kombinə edilmiş plitə eyni zamanda qaz və elektrik funksiyalarını özündə birləşdirir. Belə plitələrdə qaz konforkları və dəmir hörmələr və ya qızdırma səthi olur. Bu model plitələr seqmentdə mətbəx cihazının ən universal növüdür.   Xüsusiyyətləri:   ·         Quraşdırılmış soba ilə. Plitələrin bir çox modeli quraşdırılmış sobaya malikdirlər. Mətbəxdə boş yerə və büdcənizə qənaət etmək istəyirsinizsə, bu çox praktik seçimdir. Belə bir halda, ayrı-ayrılıqda soba alıb və onu hara qoymaq və ya quraşdırmaq narahatçılığı yaranmayacaq. ·         Ölçülər. Plitənin ölçüləri əhəmiyyətlidir. Əgər mətbəx kiçik olsa, hər mm məsafə uğrunda mübarizə aparmağa ehtiyac olacaq. Bu səbəbdən mətbəxinizin ölçüsünə uyğun plitə modeli seçməniz tövsiyə olunur. ·         Örtük materialı. Ən populyar örtük materialları emallaşdırılmış səthlər və paslanmaz poladlardır. Emal edilmiş örtük ucuz və praktikdır. Bir mənfi cəhəti var -istifadə edən zamanı çatlar əmələ gələ bilər. Paslanmaz polad bahalı və davamlı materialdır, yalnız tez cızılma qüsuruna malikdır. Şüşə-keramika və temperli şüşədən hazırlanmış modellər istifadəçilər tərəfindən daha çox bəyənilməyə başlayırlar. Şüşə-keramika plitələr yalnız qabların altı ilə təmas nöqtələrində qızdırılır. Belə sobalar təhlükəsiz və qənaətlidirlər. Bu plitələrin yeganə çatışmazlığı baha qiymətə olmasıdır. Temperli şüşə plitələr isə şüşə-keramiklı plitələrin büdcəli alternatividır. ·         İdarəetmə növü. Plitələr iki idarəetmə növünə bölünür - mexaniki və elektron. Hazır tempertur proqramlarına malik elektron idarə etməli plitələr ev xanımlarının xilaskarına çevrilməkdədir. ·         Dizayn, xarici görünüş, forma. Plitənin eyni dərəcədə vacib bir parametri onun dizaynıdır. Mətbəx qurğusunu seçərkən mətbəxin interyerin nəzərə almaq vacıbdır. Şüşə-keramikalı plitə ideal seçimdir. Belə plitələr hər bir interyerin bəzəyi olacaqdır.     Yalnız Umico internet mağazasından Bakıda mətbəx sobaları ən münasib qiymətə ala bilərsiniz. Sayt kataloqunda hər bir qurğu modeli ətraflı təsvirlə təqdim olunur. Umico mağazası hissə-hissə və kreditlə avadanlıq almaq imkanı təqdim edir. Sifarişlərin çatdırılması Bakı və Sumqayıt şəhərləri daxilində, təyin etdiyiniz istənilən ünvana həyata keçirilir.

Mobil tətbiqini yükləyin və hər alış-verişdə qazanın!