Məhsul kataloqu
Şirkət və mağaza üzrə axtarış
Filtr
Filtr
Əvvələ:Populyar

     Azərbaycanda payızın sonlarında, qışda və baharın əvvəllərində olduqca soyuq olur. Mərkəzləşdirilmiş isitmə sistemi müxtəlif səbəblərdən kifayət olmaya bilər. Bu səbəbdən isitmək üçün qızdırıcılar alırıq. Bu kateqoriyadakı bütün cihazların əsas fəaliyyət prinsipi elektrik cərəyanından istilik istehsalıdır.   Elektrikli qızdırıcı kifayət qədər ciddi bir cihaz olduğundan, Umico kimi rəsmi bir mağazada satın almaq daha məsləhətdir. Burada qızdırıcının satışı ilə birlikdə, sizə cihaz üçün zəmanət və sənədlər veriləcək. Umico internet mağazası Bakıda ən geniş qızdırıcı çeşidinə malikdir. Umico internet mağazasında təqdim olunan ətraflı xüsusiyyətlər seçim prosessini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Alış-veriş internet vasitəsilə həyata keçirildiyinə görə sifariş prosesi az vaxt aparır. Qızdırıcı əldə etməzdən əvvəl, düzgün seçim etmək üçün onun növləri və parametrləri ilə tanış olmağınız tövsiyə olunur. Növlər: ●   Yağ qızdırıcıları - adi batareyaya bənzəyən ən geniş yayılmış qızdırıcılardan biridir. Yalnız cihazın içərisində su yox, yağ sirkulyasiya edir. Üstün cəhətləri: səssizlik, oksigeni udmur, havanı qurutmur, geniş ölçü secimi, əlverişli qiymət. Bəzi yağlı qızdırıcıların əlavə funksiyaları: ○   güc tənzimlənməsi; ○   kamin effekti; ○   avtomatik sönmə; ○   quruducu; ○   fan qızdırıcı; ○   işıq indikatorı. ●   Konveksiya qızdırıcısı – Onlar havanı isidir və soyuq hava ilə qarışması üçün xaric edirlər.Belə qızdırıcılar havanın dövriyyəsi hesabına işləyir. Bu tip isidicilər yağ tipli qızdırıcıdan daha qənaətlidir. Konvektorlar, istifadə məqsədindən asılı olaraq üç növə bölünür: ○   Divar tipli; ○   Plintus tipli; ○   Döşəmə tipli . ●       İnfraqırmızı qızdırıcılar- bu cihazlar havanı isitmir, əksinə ətrafdakı əşyaları qızdırır. Ehtiyac duyduğunuz yerdə istilik yaradır və bununla da lazımsız sahəni qızdırmaq üçün enerji itirmir. Əsas istilik elementi xüsusi infraqırmızı lampalardır. Bu lampalar çox istilik yaradır. Bu cür qızdırıcılar elektrik cərəyanını istilik şüasına çevirir. Istilik şüalanması əşyaları və insanları istiləşdirir, oksigeni udmur və havanı qurutmur. İnfraqırmızı qızdırıcılar küçələrdə, terraslı restoranlarda və böyük otaqlarda istifadə olunur. Üstünlüklər: səmərəlilik, müəyyən lazımi sahələrin isidilməsi, hərəkətlilik, küçədə də istifadə olunma imkanı. ●   Keramik qızdırıcılar-konveksiya qızdırıcılarının bir növüdür. Keramik lövhə qızdırıldıqdan sonra quraşdırılmış ventilyatorla havaya üfürülür və otağa isti hava yayılır. Üstünlüklər: az elektrik enerjisi istehlakı, dizayn, kompaktlıq, yüksək keyfiyyətli materiallardan hazırlanması, səssiz işləmə. Mənfi cəhəti isə-yüksək qiymətdir ●   Qaz qızdırıcıları-qaz yanacağı ilə işləyən cihazlardır. Bu cür qurğulardan biri də iran qaz qızdırıcılarıdır. Üstünlüklər: əlverişli qiymət, otağı kifayət qədər yaxşı isitməsidir. Mənfi cəhətlər: oksigeni yandırır, digər qızdırıcılardan daha az təhlükəsizdir. ●   Istilik havalandırıcıları. Termoventilyatorlar - ən geniş yayılmış qızdırıcı növüdür. İsitmə elementi havalandırma prinsipi ilə işləyir. Üstünlüklər: qiymətin aşağı olması, müxtəlif ölçülərdə olması, hərəkətlilik, səmərəlilik. Mənfi cəhətləri: oksigeni yandırır, havanı qurudur, səsli işləmə və böyük sahələri isindirməməsidir.   Əsas parametrlər: ➢ güc; ➢ növü; ➢ idarəetmə növü; ➢ təyinat.      Umico internet mağazasının kataloqunda əlverişli qiymətlərlə hər cür optimal qızdırıcı əldə edə bilərsiniz. Mağazanın saytında məhsul təsvirləri ilə tanış ola, xüsusiyyətlərini müqayisə edə bilərsiniz. Umico mağazası da müştərilərinə hissə-hissə və kreditlə avadanlıq almaq imkanı təqdim edir. Sifarişlərin çatdırılması Bakı və Sumqayıt istiqamətində, qeyd etdiyiniz istənilən ünvana həyata keçirilir.

    Mobil tətbiqini yükləyin və hər alış-verişdə qazanın!