Məhsul kataloqu
Şirkət və mağaza üzrə axtarış
Filtr
Filtr
Əvvələ:Populyar

Telefon üçün tutacaq rahat oxumağa, videoya baxmağa, videobağlantı ilə danışmağa imkan verir. Bu aksessuardan naviqatorun təhlükəsiz və rahat istifadəsi üçün avtomobildə də istifadə etmək olar. Umico internet mağazasında hər zövqə uyğun telefon tutacaqları, oyun kolu, əl kamerası tutacaqları, dəyirmi telefon tutacaqlarının modelləri təqdim olunmuşdur. Düzgün tutacağı necə seçmək olar? İlk növbədə, bu aksessuarın harada istifadə ediləcəyini müəyyən etmək lazımdır. İstehsalçılar istifadə şərtlərindən asılı olaraq bir neçə növ tutacaq və altlıq  təklif edirlər: Üfüqi səthlər üçün; Avtomobil üçün; Velosiped üçün. Bundan əlavə, onlar müxtəlif dizaynda istehsal olunur: Universal- hər hansı bir telefon modelləri üçün; Xüsusi model smartfonlar üçün. İstədiyiniz aksessuarı seçərkən smartfonun ölçüsünü və modelini nəzərə almaq vacibdir — onlar bir-birinə uyğun olmalıdır. Çəki də nəzərə alınmalıdır, çünki güclü  fiksasiyası olmayan telefon tutacağı  hər ölçüdə  telefonu saxlaya bilməyəcək. Həmçinin bərkidilmə  tipinə  diqqət yetirin: Birinci tip "sıxaclar " - etibarlı bərkidilməyə  zəmanət verir, istənilən şəraitdə istifadə etmək olar. İkinci tip "vakuumlu " - bu tutacaqlar tez-tez avtomobillərdə istifadə olunur. Altlıq şüşəyə bərkidilir, rahat yer dəyişdirilməsi mümkündür. Lakin avtomobil şüşəsinin əyilmə bucağı böyükdürsə, tutacağının başqa variantını seçməyi məsləhət görürük. Üçüncü tip "maqnitlər" - üfüqi səthlərdə və hamar yollarla hərəkət edən avtomobillər üçün istifadə üçün idealdır. Problemli yollar və ya velosiped səfərləri üçün məsləhət görürük ki, daha möhkəm bərkidilmə seçəsiniz. Zəng və ya mesaj çağırışları zamanı, titrəmə  funksiyası  işə  düşərkən,telefonun möhkəm saxlanılması üçün etibarlı bərkidilmələrə nəzər yetirin. Umico - dan bu aksessuarı almaq niyə sərfəlidir? Çünki biz təsdiq edilmiş istehsalçılardan geniş seçimi təqdim edirik. Modellərin ətraflı xüsusiyyətləri, mobil telefonunuz üçün tutucu seçməkdə sizə yardımçı olacaqlar.

Mobil tətbiqini yükləyin və hər alış-verişdə qazanın!