Məhsul kataloqu
Şirkət və mağaza üzrə axtarış
Filtr
Filtr
Əvvələ:Populyar

 İndiki zamanda, elə bir ev yoxdur ki, çayı sevməsinlər və içməsinlər. Buna görə çay hər mətbəxin, mərkəzi bir atributudur. Elektrik çaydanlarının müxtəlif modellərini diqqətinizə təqdim edirik. Elektrik çaydanların modelləri tamamilə elektrik enerjisi ilə işləyir. Modellərin əksəriyyəti enerjiyə qənaətlidir, buna görə də həm evdə, həm də ofisdə istifadə etmək olduqca sərfəlidir. Elektrik çaydanları istehsalçıları, istehlakçıların minimum enerji istehlakı istəklərini başa düşərək məhsullarını təkmilləşdirirlər. Samovarlardan ilhamlanan elektrik çaydanı, çay dəmləməyi asanlaşdırdı və daha rahat etdi. Artıq kömür və odun kimi, hətta qaz kimi yanacaq materiallarına ehtiyac qalmır. Suyu qaynatmaq üçün lazım olan istilik, elektrik köməyi ilə alınmağa başlayır. Elektrik çaydanların üstünlükləri aşağıdakılardır:

  1. Elektrik çaydanlar suyu daha sürətlə qaynadır, buna görə çox vaxta qənaət edə bilərsiniz.
  2. Çayı daha az enerji istehlakı ilə dəmləyə bilərsiniz.
  3. Çaydanlar suyun eyni temperaturunu qoruya bildiyindən, çayınız həmişə isti olacaq.
  4. Bəzi modellər avtomatik olaraq suyu doldura və lazımi miqdarda dəmləyə bilər.
  5. Müxtəlif rənglərdə, modellərdə və materiallarda elekrtik çaydanlar,  mətbəxlərinizə və interyerinizə gözəllik qatır.  Elektrik çaydanlar polad, plastik, çini və ya şüşə kimi materiallardan istifadə olunmaqla müxtəlifdir. Avtomatik və yarı avtomatik kimi xüsusiyyətlərinə görə də bir-birlərindən fərqlənirlər. Plastik çaydan metal kimi möhkəm deyil, lakin daha az istilənir və daha etibarlıdır. Metal əsaslı elektrik çaydanları isə daha uzunömülüdürlər. Şüşə elektrik çaydanlar zərif bir gövdəyə, yüngül çəkiyə malikdir. Elektrik çaydanların istilik elementi 2 növdən ibarətdir: disk şəklində və spiral şəklində rast gəlinir.Müasir elektrik çaydanı 1-3 litrlik həcmi olan qabdan ,istilik elementi və qaynama nöqtəsindən ibarətdir. Onların formaları və materialları çox fərqlidir. Elektrikli çaynik, elektrikli samovar bəzən seçim əsnasında çətinlik çəkə bilirik. Umico onlayn mağazamızda müxtəlif istehsalçılardan təklif olunan elektrik çaydanlarının geniş çeşidləri ilə tanış olmaq seçim prosesini asanlaşdıracaqdır.Harada olursunuzsa olun, Bakıda və ya başqa bir şəhərdə elektrikli çaydan almaq lazımdırsa, Umico onlayn mağazasından yararlana bilərsiniz. Sizi çatdırılma ilə də təmin edəcəyik.

Mobil tətbiqini yükləyin və hər alış-verişdə qazanın!