Məhsul kataloqu
Şirkət və mağaza üzrə axtarış
Filtr
Filtr
Əvvələ:Populyar

Mikser- mətbəx üçün əvəzolunmaz cihazdır, xüsusilə tez-tez un məmulatları bişirirsinizsə bu mətbəx avadanlığına daha çox ehtiyac hiss edə bilərsiniz. Dizaynın xarici sadəliyinə baxmayaraq, bu cihaz bir çox nüanslara və alındıqda diqqət yetirmək üçün lazım olan fərqli xüsusiyyətlərə malikdir. Mətbəx mikserlərinin növləri: Mikserlərin iki əsas növü var- əl mikseri və stasionar. Bu tip mikserlərin iş prinsipi demək olar ki, eynidır, lakin fərqləri də var. Əl mikserini əldə saxlamaq lazım gəlir və o qarışdırmaq üçün hansısa konkret qaba bağlı deyil. Stasionar mikserlər daha mürəkkəb konstruksiyaya malikdirlər. Onlar qabdan, mikserdən və bərkidilmiş altlıqdan ibarətdir. Əl və stasionar ilə yanaşı, üçüncü tip — kombinə edilmiş mikserlər də diqqətə layiqdir. Bu növ mikserlərin əsas hissəsini istədiyiniz zaman altlıqdan ayırıb əl mikseri kimi də istifadə edə bilərsiniz. Mikseri necə düzgün seçmək lazımdır? Güc- mikser seçərkən ən vacib meyarlardan biridir, çünki məhz güc bu cihazın əsas işləmə keyfiyyətini təmin edir. Əl ilə işləyən modellərə rahat iş üçün 200-300 Vt kifayətdir, amma stasionar və kombinə edilmiş növlər üçün təxminən 300-400 Vt lazımdır.  Həmçinin cihazın digər parametrlərinə diqqət yetirməyi unutmayın: ·         sürətlərin sayı; ·         turborejim- xəmir qarışdırıcılar bu rejimə malikdir; ·         taxmaların növləri və sayı; ·         qabın həcmi və onun materialı; Bakıda ən münasib qiymətə etibarlı və keyfiyyətli mikser modellərini Umico internet mağazasından əldə edə bilərsiniz. İnternet mağazamızda Bosch, Braun, Gorenje, Kenvood və bir çox digər tanınmış istehsalçılardan mikser modelləri təqdim olunur. Məhsulların ətraflı təsviri və xüsusiyyətləri ilə tanış olub, onları müqayisə edərək daha asan seçim etmək imkanı qazanacaqsınız. Xoş alış-veriş arzulayırıq!

Mobil tətbiqini yükləyin və hər alış-verişdə qazanın!