Ağıllı telefonlar nə qədər məşhurlaşsa da işdə, təhsildə və hətta asudə vaxtlarımızda noutbukları tamamilə əvəz edə bilməzlər. Bakıda ən yaxşı noutbuku necə almaq olar? Hansı noutbukları seçmək lazımdır? Ucuz noutbuklar yoxsa bahalı, universal yoxsa güclü noutbuklar ,bəlkə oyun noutbuklarını ? Bakıda noutbukların qiyməti o qədər müxtəlifdir ki, onların arasında azıb , ehtiyac duyduğunuz noutbuku tapa bilməmək ehtimalı böyükdür. Düzgün və lazımi noutbuk seçmək üçün, əvvəlcə onun istifadə məqsədini təyin etməlisiniz. Noutbukların üstünlükləri. Noutbukları demək olar ki, hər yerdə istifadə edərək , istənilən işi həyata keçirmək mümükündür. Onlarla səyahət etmək, şəhər restoranında bir fincan qəhvə içərək işləmək, təyyarədə iş yazışmaları aparmaq, okean sahilində istirahət edərək zoom- konfransında iştirak etmək tamamilə realdır. Mobillik noutbukların ilk üstünlüyüdür. Noutbukları fərdi kompüterlərdən fərqləndirən başqa bir üstünlüyü isə hər yerdə simsiz İnternetə qoşulma qabiliyyətidir. İndi noutbuklar gözəl dizaynları, ultra nazik korpusları, rahat daşımaya imkan verən daha yüngül çəkiləri,güclü prosessorları və qrafik kartları ilə fərqlənirlər. Prosessorlar. Noutbuk seçərkən prosessorlara diqqət yetirmək və onların işinizə necə uyğun olduğunu nəzərə almaq vacibdir. Seçim zamanı ən çox yayılan səhvlərdən biri də ən ucuz noutbuk almaqdır. Bunun büdcənizə zərbə vurmayacağını düşünə bilərsiniz, amma əslində tam əksi də ola bilər. Evdə istifadə üçün noutbuk almaq istəyirsinizsə, Intel Celeron I prosessorlu və ya yaxşı qrafikaya və orta güclülüyə malik Intel Pentium prosessorlu noutbuklar seçə bilərsiniz. Ən yaxşı noutbuk hər zaman ən bahalısı deyil. Ancaq bir il içində noutbukunuzu yenidən dəyişdirmək istəmirsinizsə, daha güclü noutbuklara - Intel i3, i5, i7 prosessorlarına diqqət yetirin. Bu prosessorlar iş seqmentində, çox tapşırıqlı rejimində çalışmağa,həcmli video oyunlarını idarə etməyə, İT layihələr hazırlamağa və peşəkar qrafika proqramlar üzərində işləməyə imkanı verir. Operativ yaddaş. Evdə istifadə üçün 4 GB RAM kifayət edəcəkdir. Ancaq qrafik proqramları ilə işləmək, yüksək qrafik təsvirə malik olan oyun oynamağı planlaşdırırsınızsa, maksimum operativ yaddaş seçməlisiniz. Ekran. Ekranın diaqonalı noutbuk seçimində mühüm rol oynayır və onun qiymətini müəyyənləşdirir. Çox səyahət edirsinizsə və ya tez-tez evdən kənarda işləyirsinizsə, 10-13 düymlük kompakt noutbuklar sizin üçün uyğundur. Ofislərdə və işdə istifadə üçün 14-15,6 düym , oyunçular və böyük ekranda film izləməyi sevənlər üçün isə daha çox stasionar istifadə olunan, 17 düymlük ekran tövsiyə olunur. Gələcək noutbukunuzun istifadə məqsədini müəyyən etməniz yetər, biz isə ən yaxşı istehsalçılardan sizə lazım olan noutbuku almanıza kömək edəcəyik.