Məhsul kataloqu
Şirkət və mağaza üzrə axtarış
Filtr
Filtr
Əvvələ:Populyar

Kompüterlər müxtəlif məqsədlər üçün, iş , oyunlar, qrafika ilə işləmək üçün, əyləncə üçün istifadə olunur. Hamımız bunları necə istifadə edəcəyimizi bilirik, ancaq bir kompüter almaq lazım olduqda seçim etməkdə çətinlik çəkirik. Bakıda kompüter satışı həyata keçirən çox saylı kompüter mağazaları olsa da seçim etmək bununla asanlaşmır. Hansı parametrlərə diqqət yetirməli, hansı meyarları rəhbər tutmalı olduğunuz barədə məlumatın olmaması, doğru kompüter seçimi prosesini çətinləşdirir.Umico, ən yaxşı istehsalçıların ən yaxşı masaüstü kompüter modellərini bir onlayn mağazada sizin üçün birləşdirib. Bizim internet-mağazada modellərin xüsusiyyətlərini ətraflı öyrənərək,  müqayisə edərək  düzgün seçim edə bilərsbiləcəksiniz. İlk olaraq,masaüstü kompüter yoxsa noutbuk almaq istədiyinizə qərar verməlisiniz. Noutbuklar kiçik, yığcam və portativdir. Kompüterlər qurğularının əsas xüsusiyyəti odur ki, onların istənilən hissəsini əvəz edərək  özünüz üçün mükəmməl bir personal kompüter yaratmaq imkanı var. Kompüter hissələrinin dəyişdirilə bilən olması onu daha uzun ömürlü və funksional edir. Digər vacib amillərdən biri də odur ki , kompüter üçün istənilən ölçüdə və keyfiyyətdə monitorlar seçə bilərsiniz. Mobillik sizin üçün önəmli deyilsə, masaüstü kompüter ideal seçimdir. Kompüterə olan tələblər,onun istifadə ediləcəyi seqmentdən asılıdır. Prosessor.Oyun kompüteri üçün ən azı 3 GHz-lik 4 nüvəli mikroprosessorlara diqqət yetirməyə dəyər. AMD Ryzen 5 1500X və ya Intel Core i7-7700 modelləri güclü mikroprosessorlardan sırasındadırlar. Operativ yaddaş. Oyun kompüteri üçün operativ yaddaş kimi- 8 GB yaddaşa üstünlük verilməniz tövsiyə olunur. Hətta pulunuzu əsirgəməyib 16 GB  əldə etməniz daha çox məsləhət olunur. Oyun personla kompüteri üçün Kingston Hyper X seriyasından xüsusi bir oyun yaddaşı hazırlanmışdır. Video kart oyunçular üçün vacibdir. GeForce kimi  güclü videokartlara üstünlük verin və oyun təsvirlərindən zövq alın. Sərt disk. Böyük həcmli oyunlar  və gözəl qrafikli məzmunları saxlamaq üçün tələb olunan həcm 2 TB-dır. Ekran. Böyük bir monitor hər bir oyunçunun arzusudur. 20 düymlük və Full HD-dən olan monitorlara diqqət yetirin. Kompüterlərin hissələri arasında prosessor çox vacib mövqe tutur. Bu günlərdə prosessorlar inkişaf etməyə davam edir və hər gün daha da güclənir. Bir çox korporativ istifadə üçün yaradılan prosessorlar təhlükəsizlik sistemi ilə təchiz olunmuşdur. Evdə , ümumi istifadə və əyləncə üçün nəzərdə tutulan kompüterlər xüsusi bir video kart tələb etmir,inteqrasiya olunmuş  video katr sizin üçün kifayət olacaqdır.Monitor seçimində isə pula qənaət etməyin , çünki film və serialları böyük ekranda izləmək çox zövqvericidir. Ofis  üçün nəzərdə tutulmuş kompüterin isə  böyük bir monitora ehtiyacı yoxdur. AMD və Intel Pentium kimi orta gücə malik, 4 nüvəli prosessorları seçə biləsiniz. Kompüter qiymətləri onun istifadə məqsədindən və müvafiq olaraq texniki göstəricilərindən asılıdır. Umico onlayn mağazasında  kompüter modellərinin və onların hissələrinin ətraflı xüsusiyyətləri ilə tanış olaraq, artıq xırc etmədən ideal və doğru seçim edə bilərsiniz.

Mobil tətbiqini yükləyin və hər alış-verişdə qazanın!