Məhsul kataloqu
Şirkət və mağaza üzrə axtarış
Filtr
Filtr
Əvvələ:Populyar

Müasir həyatı internetsiz təsəvvür etmək mümkün deyil. Televizora baxırıq, telefonda dostlarla söhbət edirik, noutbukda video izləyirik, tabletdə xəbər oxuyuruq - bütün bunlar internet sayəsində olur. Wi-Fi router (marşrutlayıcı) – bir neçə cihazı, bir internet kanalına bağlayan simsiz internet qurğusudur.     "Umico" internet mağazası ev üçün wi-fi router və ya ofis üçün nəzərdə tutulmuş, müxtəlif markalarda və məlumat ötürmə sürətinə malik geniş model çeşidinə malikdir. Bu cihazlar, eyni şəkildə cihazların internetə qoşulması üçün nəzərdə tutulmuşdur. Ofis və ya böyük ev üçün güclü və bahalı router uyğundur. Mənzil üçün bir diapazonlu model də əldə edə bilərsiniz. Optimal router seçmək üçün marşrutlaşdırıcıların bir-birindən fərqli əsas parametrlərini bilməlisiniz:   -          Wifi modulun mövcudluğu - quraşdırılmış antenaya malik router almaq tövsiyə olunmur. Belə routerlər zəif siqnal ötürür və praktik deyil. Iki və daha çox antenlı qurğular daha məsləhətlidirlər; -          Rabitə protokollarının dəstəklənməsi - qurğuların qoşulma təhlükəsizliyini təmin edir. Yeni routerlərin PPTP, L2TP, PPPoE, həmçinin statistik və dinamik IP var. IP TV-ni dəstəkləyən modellər də mövcuddur. -          Məlumat ötürmə sürəti - sürət müəyyən bir müddət ərzində yüklənən məlumat miqdarına təsir göstərir.  Ucuz modellər yüksək sürətli internet üçün uyğun deyil; -          Əlavə portlar - 1 port qoşulma təmin edir, digərləri isə əlavə xarici qurğular üçün nəzərdə tutulmuşdur; -          Əlaqəni müdaxilədən qoruyan əlavə tezlik (5 GHz).  "Umico" onlayn mağazasında sizin üçün optimal olacaq bir router tapa bilərsiniz. Sifarişi rəsmiləşdirməzdən əvvəl saytımızda cihaz haqqında rəyləri oxumaq imkanınız var. Onlayn mağazamızda bir router sifariş edin və biz məhsulu Bakı və Sumqayıtın istənilən ünvanına ən qısa müddətdə çatdıracağıq.

Mobil tətbiqini yükləyin və hər alış-verişdə qazanın!