Məhsul kataloqu
Şirkət və mağaza üzrə axtarış
Filtr
Filtr
Əvvələ:Populyar

Proyektorlar şəkillər, videolar və təqdimatları xüsusi bir ekranda əks etdirmək üçün hazırlanmış optik cihazlardır. Onların geniş tətbiq sahəsi var. Biz proyektorlardan kinoda, evdə, işgüzar sahədə və təhsil sahəsində istifadə edirik. Bu qurğu sayəsində müəllimlər interaktiv dərslər aparır, sahibkarlar öz tərəfdaşları ilə biznes fikirlərini bölüşürlər, alimlər konfranslar keçirirlər və s.           Umico internet mağazası Bakıda ən böyük proyektor çeşidinə malikdir. Hansı proyektoru seçmək lazımdır? Bu suala düzgün cavab vermək üçün qurğunun istifadə məqsədini və istifadə yerini müəyyənləşdirməlisiniz. Məqsədə görə proyektorlar bu növlərə bölünürlər: ●       Oyun proyektorları- güclü oyun qrafikasının keyfiyyətli ötürülməsinə malikdirlər. Bu cür cihazlar müxtəlif formatlı təsvirləri canlandıra bilirlər. ●       Ev üçün proyektor - ev kinoteatrı üçün optimal bir növdür. ●       Məktəblər və universitetlər üçün proyektorlar - bu cür proyektorlar sadə vəzifələrin öhdəsindən gələ bilən, əlverişli qiymətə olan və orta keyfiyyətə malik olan modellərdir. Proyektorlar müəllimlər və şagirdlər üçün tədris prosesini asanlaşdırıb. Belə ki, məsələn, proyektorların sayəsində işləyən interaktiv lövhələr riyaziyyat və fizika dərslərində adi lövhəyə sığılmayan çox uzun məsələləri və misalları həll etmək məcburiyyətində qaldıqda, əvəzolunmazdırlar. ●       Ofis üçün proyektorlar-ofis üçün proyektorlar mobil və praktik cihazlardır. Onların köməyi ilə vacib məlumatları işçilərə açıq şəkildə çatdırmaq, treninqlər və master-klasslar keçirmək mümkündür. ●       Portativ proyektorlar- yungül çəki, kiçik ölçülər və keyfiyyətli rəng ötürülməsi, simsiz işləmək imkanı kimi üstünlüklərə malikdirlər. ●       Peşəkar proyektorlar - bahalı və keyfiyyətli proyektorlardır. ●       Ultraportativ proyektorlar - ən miniatür və yüngül proyektorlardır. Onlar az yer tutur və asanlıqla daşınırlar.   Tipinə görə proyektorlar aşağıdakı növlərə bölünür ·         LCD-lər gözləri yükləməyən, lakin qara rəngin aşağı dərinliyə malik olan maye kristal kompakt proyektorlardır. ·         DLP, kifayət qədər aydın bir təsvir yaradan, minlərlə mikro güzgüdən ibarət olan proyektorlardır. Mənfi tərəfi odur ki, bu proyektorlar baha başa gəlir və uzun müddət izləyəndə gözləri yorurlar.   Bakıda proyektor almaq indi daha asnadır. Umico onlayn mağazasının kataloqlarında hər bir cihaz modeli ətraflı bir təsvir ilə təqdim olunur. Həmçinin Umico mağazası müştərilərinə hissə-hissə və kreditlə texnika almaq imkanı təqdim edir. Sifarişlərin çatdırılması Bakı və Sumqayıtda, qeyd etdiyiniz istənilən ünvana həyata keçirilir.

Mobil tətbiqini yükləyin və hər alış-verişdə qazanın!