Məhsul kataloqu
Şirkət və mağaza üzrə axtarış
Filtr
Filtr
Əvvələ:Populyar

Rəqəmsal səs yazıcıları iş yerində müsahibələr, ictimai təqdimatlar, görüşlər və digər işgüzar qarşılıqlı əlaqələri qeyd etmək üçün faydalıdır. Səs yazıçıların əksəriyyətini rahatlıqla cibinizdə və çantanızda daşıya bilərsiniz. Uyğun diktofon seçimi etmək üçün aşağıdakı xüsusiyyətlərə diqqət yetirməniz tövsiyə olunur. Diktofonun xüsusiyyətləri Diktofonların əksəriyyəti USB kabel vasitəsilə kompüterinizə səs yazısını ötürürlər, bəziləri isə Wi-Fi və Bluetooth-dan istifadə edə bilərlər. Komputer ilə əlaqə Diktofonlar audio faylları çox zaman MP3 və WAV formatında saxlayırlar. Rəqəmsal səs yazıcıları sinxronlaşdırma texnologiyasından istifadə edərək həm Media Player, həm də iTunes ilə qarşılıqlı əlaqə qururlar. Səs keyfiyyəti Rəqəmsal səs yazıcılarını müqayisə etdiyiniz zaman onu necə və hansı məqsədlə istifadə edəcəyinizə qərar verin. Yüksək səs keyfiyyəti əhəmiyyətli deyilsə, demək olar ki, bütün orta diapazonlu səs yazıcıları sizin ehtiyaclarınız üçün kifayət edəcəkdir. Əgər sizə şifahi təqdimat üçün müstəsna səs keyfiyyəti lazımdırsa, mikrofonlu və güxlü dinamikli diktofonlara diqqət yetirin. Səs yazıcınızdakı səsləri redaktə etmək nəzərdə tutursunuzsa, bunu edə biləcək bir model seçin. Bakıda bir səs yazıcısı almaq Umico ilə çox asandır.Umico internet mağazası ən münasib qiymətlərlə diktofonların geniş seçimini təqdim edir.

Mobil tətbiqini yükləyin və hər alış-verişdə qazanın!