AZ
Şirkət kataloqu
Bakı
915
AZ
Umico ilə necə satmalı
Universal mobil intellektual konsyerj
Umico — müştərilərin loyallığının və məmnuniyyətinin artırılması üçün onlayn platforma

Umico Search & Shop

Umico – mağazaların, malların və xidmətlərin axtarış sistemidir, onun vasitəsilə müştərilər haradan, nəyi və necə daha sərfəli ala biləcəklərini tapırlar. Ətraflı

Umico Loyalty

Umico loyallıq proqramı – real pula ekvivalent olan bonusların vasitəsilə müştəriləri motivasiya etmək imkanı. Ətraflı

Umico Recommendation

Umico mallarının tövsiyə sistemi uyğun yerdə uyğun zamanda müştərilərə onların sorğu və maraqlarına uyğun mallar, xidmətlər və tərəfdaşların aksiyaları haqqında məlumatlandırmağa imkan yaradır. Ətraflı

Umico Search & Shop

Umico – müştərilərə alış-veriş yerini, malları və xidmətləri onlayn seçməyə və onlara rahat və faydalı olan yerə alış-veriş üçün getməyə imkan yaradan tam ekosistemdir.

Umico sayəsində istifadəçilər alış-verişdən əvvəl ən faydalı informasiyanı öyrənirlər.

Tələsənlər yaxın şirkətlər seçə bilərlər. İri alış planlaşdıranlar – maksimal keşbeklə tərəfdaşları seçə bilərlər. Digər alıcıların fikrinə əhəmiyyət verənlər isə məşhur şirkətlərə diqqət yetirə bilərlər.

Umico konkret anda şirkətin və ya mağazanın işləməsini, iş gününü və saatını, əlaqə telefonunu, maraqlı şirkətin sosial şəbəkələrdə saytını və profil linkini göstərəcəkdir.

Tərəfdaşın səhifəsi

Hər bir tərəfdaş mobil tətbiqdə və Umico.az saytında Umico şirkətlərinin kataloqunda təqdim olunmuşdur. Şrkətlərin adı üzrə axtarış verməklə alıcılar Umico tərəfdaşları arasında onların sevimli şirkətlərinin və mağazalarının olub-olmamasını asanlıqla yoxlaya bilərlər.

Tərəfdaşın səhifəsində potensial alıcılar alışdan əvvəl sizi haqqınızda ən faydalı məlumatları öyrənə bilərlər:

  • Şirkətin adı
  • Keşbek həcmi və Umico bonusları ilə ödəniş imkanı
  • Şirkət haqqında faydalı məlumat
  • Hər ticarət nöqtəsinin ünvanı və iş vaxtı
  • Şəhər xəritəsində lokasiya və sizin ticarər nöqtələrinə martşrutlar
  • Şirkətin saytına və sosial şəbəkələrdəki profilinə keçid linki
  • Foto və video

Məhsul teqləri

Teqlər üzrə axtarış sayəsində alıcılar istənilən sorğunu axtarış sətirinə daxil edə və hansı şirkətdə və mağazalarda faydalı alış-verişi etmək və hara tez çatmaq barədə məlumat əldə bilərlər.

Tərəfdaş həmişə alıcıların diqqət mərkəzində olmaq üçün öz mal/xidmət çeşidlərinin axtarış teqlərini öz şirkətlərinə bağlaya bilərlər.

Umico Loyalty

Azərbaycanda ən miqyaslı və innovasiyalı olan ilk loyallıq koalisiya proqramının iştirakçısı olun. Proqramda iştirak müştəri axınlarını, satış effektivliyini əhəmiyyətli dərəcədə artırmağa və öz şəxsi loyallıq proqramının təşkili üçün çəkilən İT və əməliyyat xərclərinə qənaət etmək imkanı yaradır.

Umico Loyalty necə işləyir?

Umico ilə istənilən alış müştərilərə fayda gətirir. Daha çox alış – daha çox fayda.

Alıcı Umico iştirakçısı olur

Umico iştirakçısı olmaq üçün mobil tətbiqi yükləmək kifayətdir və bu tətbiqdə alıcı dərhal loyallıq elektron kartını görə və ya mütərinin ştrix-kod formasında unikal İD ilə Umico tərəfdaşları plastik kartını ala bilər.

Alıcılar Umico tərəfdaşlarından alış-veriş edirlər

Alış-veriş etmək üçün kassirə əlavədən plastik və ya elektron loyallıq kartını təqdim etmək kifayətdir. Kassir loyallıq kartında olan ştrix-kodu skaner cihazına oxudur və alışa görə müştəri üçün istənilən rahat üsulla – istənilən bank kartı və ya nağd yolla ödənişi qəbul edir.

Alıcılar Umico ilə hər alış-verişə görə bonuslar əldə edirlər

Bonus manatları (loyallıq proqramının bonus vahidləri) Umico tərəfdaşlarından hər alış-verişə görə hesablanır. Bonus hesabının balansı hər gün yenilənir. Proqram iştirakçıları mobil əlavədə və ya Umico saytında şəxsi kabinetdə öz bonus hesabını görə bilərlər və telefonla toplanmış bonusların həcmini öyrənə bilərlər.

Alıcılar yeni alış-verişlərin haqqını bonusla ödəyirlər

Alıcılar bizim yanımıza yeni alışlar üçün gəlirlər və toplanmış bonus manatları ilə ödəniş edirlər. Alıcının çoxlu bonusa malik olması sizin üçün çox sayda yeni satış imkanı deməkdir. Bonusların əvəzinə siz hesabınıza proqramın şirkət-operatorundan real pullar alırsınız.

Loyallıq bonus proqramı

Dünya təcrübəsində loyallıq koalisiya bonus proqramının tətbiqi

35% qədər

yeni müştəriləri saxlamaq və daimi müştəriyə çevirmək mümkündür

21% qədər

bonus loyallığının tətbiqi zamanı orta çekin artımı qeyd olunur

86% qədər

toplanmış bonuslar tərəfdaşların şəbəkəsində malların haqqının tam və ya qismən ödənişinə xərclənir.

Xüsusi təkliflər

Sizin mal və xidmətlərinizə tələbatın stimullaşdırılması üçün alıcıların davranışı haqqında məlumatların əsasında unikal avtomatlaşdırılmış bonus mexanikası

Bonus keşbeki

Xüsusi təklif
5 senytabra qədər qüvvədədir
Səhər yeməyi menyusunun sifarişi zamanı 10% bonus manatı qazanın.
Baku Cafe, Neftçilər prospekti 153

Alıcılara arzularını toplamağa imkan yaradın, çünki alış-verişə görə əldə olunan bonus manatları onlar həqiqətən istədiklərinə xərcləyə bilərlər. Endirimlər alış-veriş günü unudulacaq, o, müştəriləri sizin brendə bağlamır, arzuları gerçəkləşdirmək imkanı isə sizə alıcıları yenidən və yenidən qaytaracaqdır.

Bonuslarla ödəniş

Xüsusi təklif
3 senytabra qədər qüvvədədir
Cəmi 89 bonus manatına al
Skechers, Azadlıq prospekti 15A/4

Kolleksiya qalıqlarını satmaq vaxtı gəldi? Mənasız endirimlərin əvəzinə alış-verişin haqqını xüsusi kurs üzrə bonus manatları ilə ödəməyi təklif edin. Belə siz loyallıq proqramında toplanmış vəsaitləri öz hesabınıza yığa bilərsiniz, və bununla alıcıların sayını əhəmiyyətli dərəcədə artıra və həcmli qazanc əldə edə bilərsiniz.

Umico Recommendation

Məlumatların toplanması, saxlanması və təhlili innovasiya alqoritmlərinin tətbiqi və onların əsasında alıcı davranışı modellərinin qurulması sayəsində Umico satış həcminin və effektivliyinin on dəfələrlə artırılması üzrə unikal alətlər dəstinə giriş açır. Sizə lazım olan bir şey – yalnız Umico tərəfdaşı olmaq və satış üçün mallar təqdim etməkdir.

Real zaman rejimində kommunikasiya

Tərəfdaş marketinqi

Tərəfdaşların TV-də,internetdə, xarici reklamda, şirkət-operator hesabına Umico əlavəsində və saytında aktiv irəliləyişi

Referal proqram

Proqramda iştiraka və tərəfdaşlardan alış-verişə dostların cəlb olunmasına görə istifadəçilərin motivasiyası

Mobil tətbiq

Tərəfdaşlardan alış-verişi stimullaşdıran ani bildirişlər (push-bildirişlər) və istifadəçilərin geolokasiya məlumatları üzrə yaxın tərəfdaşların tövsiyə edilməsi

SMS və email-marketinq

Ən effektiv kommunikasiya kanallarında tərəfdaşların maraqlarında məqsədli marketinq – SMS, messencerlər və e-mail-göndərişlər

Xüsusi təkliflər

İstifadəçilərin alıcılıq davranışının təhlili əsasında tərəfdaşların adından xüsusi təkliflərin yaradılması və distribusiyası

Şəxsi kommunikasiya

Alıcıların onlar və ailə üzvləri üçün əlamətdar hadisələrlə təbriklər, sorğuların və qeymifikasiyanın aparılması

Texniki inteqrasiya formatları

Biz istənilən vəziyyətdə rahat inteqrasiya qərarlarını tapırıq

API

1C sisteminə standartlaşdırılmış konnektorlar, Web- servislərin, XML və ya CSV-fayllarının mübadiləsi servislərinin isfadəsi vasitəsilə APİ səviyyəsində məlumatların mübadiləsi

SQL

SQL – sorğuların yaradılması, tərəfdaşın uçot sistemindən müvafiq məlumatların alınması və razılaşdırılmış üsulla onların şirkət-operatora göndərilməsi.

Mobile

Umico mobil kassası – bütün kassa əməliyyatlarının, o cümlədən Umico loyallıq proqramı üzrə əməliyyatların emalı və yerinə yetirilməsi üçün smartfondan və planşetdən istifadəyə imkan yaradan xüsusi əlavə.

POS System

Umico komandası və rəsmi tərəfdaşların köməkliyi ilə yalnız Umico şirkətləri – iştirakçıları üçün nəzərdə tutulan xüsusi şərtlərlə yeni uçot/ kassa sisteminin tətbiqi

Umico tərəfdaşı olun

01

İştirak şərtlərinin razılaşdırılması

Alıcılar üçün % loyallığı razılaşdırmaq və sadə müqavilə imzalamaq. Başlanma mərhələsində loyallıq proqramına inteqrasiya ödənişsizdir, giriş və digər haqlar yoxdur.

02

IT-inteqrasiya

Umico komandasının maksimum cəlb olunması ilə IT-inteqrasiya – tərəfdaşın istənilən ssenarisi zamanı mümkün inteqrasiya qərarının həyata keçirilməsi

03

İşə salınma və müşayiət

Umico şirkət-operatorunun resursları ilə loyallıq proqramının idarə olunması