Umico Productivity

50+ yaxşı vərdiş: istirahət rejimindən iş rejiminə keçməyi bacarın

Psixoloqlar tətildən sonrakı sindrom üçün xüsusi bir ad təyin etməyiblər amma hamımız bilirik ki, uzun tətildən sonra ilk iş gününü həvəslə qarşılamaq nə qədər çətindir. İstirahətdən işə düzgün keçid bacarığı, xüsusən, Yeni il tətilindən sonra, çox faydalı bir bacarıqdır. Sizi lazımsız narahatlıqdan azad edəcək və daha məhsuldar formada işə başlamağınıza kömək edəcəkdir.

Nə etmək lazımdır?

İş ritminizə yavaş və tədricən daxil olun. İlk günlərdə mütləq maksimalist olmayın, bütün məsələləri həll etməyə və bütün tapşırıqları yerinə yetirməyə çalışmayən. Özünüzə adaptasiya imkanı verin və bunun üçün bir həftə ayırın. Unutmayın ki, erkən qalxmaq və axşama qədər enerjili qalmaq çətin olacaq. Bu normaldır və keçəcəkdir.

Bu niyə vacibdir?

  • İstirahətdən sonra iş günlərinə qayıtdıqda hamımız bir boşluq hissi keçiririk, bu da bizi kədərləndirir. Psixoloqlar çoxdan qeyd edirlər ki, tətildən sonra onlara edilən zənglərin sayı artır. İstirahətdən işə rahat keçid bacarığı sizi pis əhval-ruhiyyədən və depressiya vəziyyətindən azad edəcəkdir.
  • İş rejiminə şüurlu bir şəkildə girmək sağlamlığınızı xilas edəcək, əvvəlki cədvəli tənzimləməyiniz daha asan olacaq və yuxu çatışmazlığından əziyyət çəkməyəcəksiniz.
  • İstirahətdən işə düzgün keçid edərək stressdən qaça bilərsiniz. Ən çətin tapşırıqları birinci edib və hər şeyi vaxtında bitirməyə çalışmayın. Özünüzü marafon üçün deyil, sadə bir qaçış üçün hazırlayın.
  • Tətil rejimindən düzgün bir şəkildə çıxsanız, enerjinizi sürətlə bərpa edəcək və məhsuldar işləməyə başlayacaqsınız.

İstirahətdən işə keçmək üçün 10 tövsiyə

  1. Gündəlik iş rejimini bərpa edin

Çox güman ki, tətillərdə gecə yarısından sonra yatır və özünüzə yuxusuz qalmaq fürsəti verirdiniz. Ailənizlə və dostlarınızla görüşlər, bütün il öz vaxtını  gözləyən filmlərin siyahısı, çoxdan gözlənilən hədiyyələr, oxunmamış kitablar – erkən yatmamaq üçün çox səbəb var idi. Hələ iş ritminə girməmisinizsə, əvvəlki rejimi sürətlə bərpa etmək üçün bu gün saat 23: 00-dan əvvəl yuxuya getməyə çalışın. Zəngli saat və iradə sizə kömək edəcək!

  1. Pəhrizinizə diqqət edin və su için

Balanslı və sağlam bir pəhriz performansımıza da təsir göstərir. Gəlin razılaşaq ki, bayram süfrəsindən sonra ən son etmək istədiyiniz şey işdir. Vücudunuzun öyrəşdiyi səhər yeməyi, nahar və şam yeməyinin köhnə rejiminə qayıdın. Pəhrizinizə daha çox meyvə və tərəvəz daxil etdiyinizdən və kifayət qədər su içdiyinizdən əmin olun. Stresslə daha yaxşı mübarizə aparmaq üçün bədəninizdə kifayət qədər dəmir olmalıdır. Onun çatışmazlığı oksigeni bədənin hər yerinə daşıyan, dəmir tərkibli bir proteinin- hemoqlobinin çatışmazlığına səbəb olur. Dəmiri, qaraciyər, hinduşka, mal əti, toyuq, skumbriya kimi heyvan məhsullarından əldə edə bilərsiniz. Dəniz yosunu, qarabaşaq yarması və noxud, lobya, təzə göbələk, armud və alma kimi bitki mənşəli məhsullarda da dəmir var. Ümumiyyətlə, pəhrizinizdə mümkün qədər çox çeşidlər olmasına diqqət edin.

Məhsulları Umico tərəfdaşı olan Bravo, Grandmart, Bolmart, Avromart, Səbət, Yaxın supermarket, Happy market, Army market-dən alın və 1% keşbek qazanın. 

  1. İş yerinizi səliqəyə salın

Evdən işləsəniz və hər gün işlədiyiniz stolun yanında gəzsəniz də, bir neçə dəqiqə vaxt ayırın və burada işləri qaydasına salın. İş stolundakı xaos çətin ki, işə başlamağınıza ilham verə, hələ üstəlik uzun müddət vacib sənədləri olan bir qovluq axtarmalı olsanız bu daha da çətin olacaq. Yeri gəlmişkən, işlədiyiniz stolda daha yaxşı vaxt keçirmək üçün nəsə dəyişiklik edə bilərsiniz. Xatırlatma lövhəsi asın, bu Yeni il üçün ailənizlə çəkdirdiyiniz bir fotoşəkil qoyun və ya görünən bir yerdə sizin üçün əziz olan bir hədiyyəni yerləşdirin. İnanın, iş stolunda oturmağa daha çox hazır olacaqsınız.

İş masasını tez bir şəkildə necə təmizləmək olar? Sənədlər və ofis ləvazimatları üçün orqanayzer təmin edin. Umico tərəfdaşı olan Antaris və Lekaldan alacağınız orqanayzerlərə uyğun olaraq 4% və 3,5% keşbek əldə edə bilərsiniz.

Bundan əlavə özünüzə hədiyyə verin. Misalçün yazmaqdan zövq alacağınız gözəl bir qələm alın. Umico tərəfdaşı Antaris və Lekaldan özünüz üçün ala biləcəyiniz və keşbek qazana biləcəyiniz bir neçə nümunə.

  1. İşə başlamaq üçün bir ritual yaradın

Bu vərdiş sizə bugün və bütün il boyu vaxt itirməmək üçün çox faydalı olacaq. İş gününün başlanğıcı hamı bir qədər rahat olur ki, hələ qabaqda uzun bir gün var, kofe içmək, dostlarla mesajlaşmaq və ya sosial mediadakı yenilikləri yoxlamaq olar. Sonra birdən günorta olur və məhsuldar saatlar itirilir. Evdə işləsəniz də, belə ritual sizə iş əhval-ruhiyyəsinə köklənməyə kömək edəcəkdir. Məsələn, kofe içdinizsə, iş günü başlamış sayılsın. Hər gün kofe içdikdən dərhal sonra işə fokuslanın. Tezliklə ritualdan sonra bütün əlavə şeyləri bir kənara qoyub işə başlamaq motivasiyası hiss edəcəksiniz.

Ritual ideyası: hər gün işə başlayandan günün tarixini təqvimə qeyd edin  Təqvimi Umico tərəfdaşı Antaris-dən ala və 4% keşbek qazana bilərsiniz.

  1. İşlərə yavaş bir şəkildə başlayın.

Buzlu suya qaçaraq girmək ürək tutmasına səbəb ola bilər. İşdə də eynidir. Özünüzə düzgün iş yükü tənzimləməyiniz vacibdir: ilk günlərdə maksimumu etməyə tələsməyin, belə olan halda motivasiyanı itirmək və enerjinizi israf etmək çox asandır. İş axınına girmək üçün özünüzə bir həftə vaxt verin. İlk günlərdə ən asan, ən yengül və ən ləzzətli işləri görün. Sizə xoş olması üçün tapşırıqlar asan həll edilən olmalıdır.

  1. Sadədən mürəkkəbə keçin

İlk günlərdə ediməli olan işləri asandan çətinə doğru sıralayın. Kiçik tapşırıqları yerinə yetirmək böyük planlardan daha asandır. Əvvəlcə elektron poçtunuzu yoxlayın. E-poçtları əhəmiyyətinə görə sıralamaq daha yaxşıdır – bu yolla diqqət tələb etməyən şeylərə vaxt itirməyəcəksiniz. Təqviminizi yoxlayın, ehtimal ki, bu ay üçün həmkarlar ilə planlaşdırılan görüşlər və ya müzakirələr var, əvvəlcədən xatırlamaq daha yaxşıdır. Paralel olaraq, tezliklə başlamağa hazır olacağınız vacib şeylərin siyahısını hazırlayın. Eyni anda birdən çox tapşırıq üzərində işləməyin. Tətildən sonra çox tapşırıq yaxşı nəticə vermir.

  1. 90 dəqiqəlik fasilələrlə işləməyə çalışın. 

Bütün iş gününüzü 90 dəqiqəlik fasilələrə ayırın. Alimlər insan yuxusunun 90 dəqiqəlik dövrlərə bölündüyünü bildirirlər. Bu müddət ərzində dərin yuxuya getməyi və sonra bərpa mərhələsinə keçməyi bacarırıq. Yuxunun dalğaya bənzər təbiəti beyin dalğalarının – beynimizin işlədiyi elektrik tezliklərinin dəyişməsi ilə əlaqədardır. Alimlər daha sonra aktivlikdəki eyni tsiklik dəyişikliklərin oyanış zamanı baş verdiyini aşkar ediblər. Florida Dövlət Universitetinin professoru Anders Ericsson bunu araşdıraraq, elit idmançıların, musiqiçilərin, aktyorların və şahmat oyunçularının fəaliyyətini öyrənmişdir. Araşdırmanın nəticəsi göstərir ki ən yaxşı mütəxəssislər səhərlər çalışır və aralarında fasilələr olan, hər biri  90 dəqiqə olmaqla üç seansla işləyirlər. 

Göz önündə bir saatınız varsa vaxtı izləmək daha asandır. Umico tərəfdaşı Evimiz-dən  2,5% keşbekle özünüzə saat seçin.  

  1. Fasilə edin

İş intervallarınız nə qədər olsa da, 10-20 dəqiqə fasilələr edin. Bu zaman işdən tamamilə ayrılmaq daha yaxşıdır. Fasiləsinizi aktiv şəkildə keçirə bilərsiniz – masadan qalxın, bir neçə oturub durma və ya jim edin, tullanın və ya biraz təmiz hava almaq üçün çölə və ya balkona çıxın. Hərəkət konsentrasiyanı yaxşılaşdırır. Meditasiya və nəfəs alma texnikaları ilə məşğul olmağınız ruh halınızı qaldırmağa kömək edəcəkdir. Diafraqmatik nəfəs almağa çalışın, bu konsentrasiyanı artırır və stresə səbəb olan kortizol səviyyəsini azaldır. Diafraqma nəfəsi ilə diafraqma büzülür, qarın genişlənir və nəfəs alma və vermə daha dərinləşir.

Diafraqmatik tənəffüsün öyrənilməsi:

  • Rahat oturun, belinizi düz tutun və gözlərinizi yumun. Belinizdəki təzyiqi azaltmaq üçün arxa üstə uzanıb dizlərinizi bükə də bilərsiniz.
  • Qarnınızı hava ilə dolduraraq dərindən nəfəs alın. Bunu düzgün etmək üçün ovucunuzu qarnınıza qoyun: nəfəs aldığınız zaman qarnınız qalxmalıdır.
  • Qarnınızı boşaltmaq üçün dərin nəfəs verin. Amma qəsdən çəkməyin.
  • Bu zaman nəfəs almaqdan başqa bir heç nə düşünməməyə çalışın. Bu praktikanı 5-10 dəqiqə eləmək yeni bir qüvvə ilə işə başlamağınıza kömək edəcəkdir.
  1. Gec saatlara qədər işləməyin

Bu gün üçün bütün planları yerinə yetirə bilməmisinizsə də, bitirmək üçün gec saata qədər işləməyin. Heminqueyin tövsiyyəsinə görə: işi sizinlə yaxşı irəlilədiyi və davamını dəqiq bildiyiniz  bir vaxtda bitirməlisiniz. Bir çıxmaza çatıb dayanmısınızsa, oradan bir çıxış yolu ertəsi gün axtarmalısınız. Mümkünsə, axşam yeməyində iş e-poçtlarına cavab verməməyə və ya əlinizdə telefonla yatmamağa çalışın. E-poçt sizə heç vaxt dincəlməyə və istirahıt vaxtından zövq almağa imkan verməyəcək işlər siyahısıdır. Smartfonunuzu və planşetinizi kənara, səssiz rejimə qoyun. Nə qədər yaxşılaşa biləcəyimiz işdən istirahətə keçid qabiliyyətindən də asılıdır.

  1. İşdən sonra, qeyri iş rejiminə keçin – gəzinti, idman və ya hobbi ilə məşğul olun

Psixoloqlar fəaliyyət növünün dəyişdirilməsini ən yaxşı istirahət adlandırırlar. Kompüterdə işləyirsinizsə, boş vaxtınızı aktiv istirahətə ayırmaq daha yaxşıdır. Məsələn, gəzintiyə çıxın, idmanla məşğul olun və ya hobbinizə vaxt ayırın. Əksinə, çox gəzməyə alışmışsınızsa, işdən sonra daha sakit bir şey edin. Yeni bir hobbi, növbəti iş günündən əvvəl yaxşı bir istirahət etməyinizə kömək edəcək – əllərinizə uyğun bir şey tapın. Rəsm etməyi, konstruktor yığmağı, naxış vurmağı və ya istədiyiniz başqa bir şeyi sınayın.

Umico tərəfdaşı Ecaz və Bakı Kitab Mərkəzindən yaradıcılıq dəstləri alıb müvafiq olaraq 2% və 3,5% keşbek qazana bilərsiniz.

Evdə idmanla məşğul ola bilərsiniz, yalnız istək, ağırlıq və yoga matı lazımdır. Tərəfdaşımız Go Sport’dan ləvazimatları seçin və 4% keşbek qazanın. İstək isə ümid edirik özünüzdə var. 

İstirahətdən iş rejiminə tez və ağrısız keçmək bir az özünütəşkil və nizam-intizam tələb edir. Tövsiyələrimizi izləməyə çalışın, ehtimal ki, bir həftə ərzində eyni ritmdə işləməyə hazır olacaqsınız. Bu olmazsa, özünüzü və istəklərinizi dinləyin. Bəlkə də sevilməyən bir işlə məşğul olursunuz, bəlkə buna görə işiniz heç bir mənəvi məmnuniyyət gətirmir və istirahətdən sonra yenidən işə qayıtmaq daha çətindir.

Umico yeni ildə sevdiyiniz işdə məhsuldar iş arzu edir!  

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %