Shopping Guide

Arzum məişət texnikası indi Umico Market-də! Ev üçün 12 ən yaxşı fikir

Arzum brendi nəyə görə sevilir? Keyfiyyəti, etibarlığı və əlverişli qiymətinə görə. Okka qəhvəbişiriciləri ilə məşhurlaşan bu türk brendini indi Umico Market-də cəmi bir kliklə əldə etmək olar. Tozsoranlar, blenderlər, çörək bişiriciləri, ütülər və əlbəttə ki, qəhvəbişiriciləri – ev üçün əla köməkçi olan 12 fərqli məişət texnikası çeşidini təqdim edirik. 

Arzum – 1966-ci ildə yaranmış türk məişət texnikası brendidir. 1967-ci ildə Arzum ilk ütünü, 1968-ci ildə ilk tozsoranı, 1991-ci ildə ilk mətbəx kombaynını, 2003-cü ildə isə ilk elektrikli qəhvədanı buraxmışdır. Arzum Türkiyənin dəmək olar ki, hər evində yer alıb, daha sonra isə uğuru beynəlxalq səviyyəyə çatıb. Okka seriyasının qəhvəbişiricilərin sayəsində brend xüsusi məşhurluq əldə edib.

1. Arzum Okka qəhvəbişiricisi

Bu qəhvəbişiricisi mokkonu çox yaxşı hazırlayır. Cəmi 60-80 saniyə – və qəhvəniz hazırdır. Maşın bol köpüklü dadlı mokkonu düz fıncana doldurur. Qəhvəbişirici eyni anda iki fıncanı dolduraraq vaxtınıza qənaət edir. Qəhvədən tək, ailənizlə və ya dostlarınızla həzz alın. 

2. Arzum elektrikli samovar

Çaysız nə edəcəydik? Böyük su reservuarın (3,5 l) mövcud olması sayəsində böyük dəstə üçün çayı dəmləyə bilərsiniz. İşıqlandırmalı xəbərdarlıq sistemi sayəsində suyun qaynaması haqqında (qırmızı işıq) və suyun isinib, hazır olduğu haqqında (mavi işıq) bildiriş alacaqsınız. Digər faydalı funksiya – isti suyun ağıllı idarəsi. Suyu rezevruara dolanda o, avtomatik şəkildə qaynadılır, daha sonra isə samovar temperaturun saxlanılması rejiminə keçir. Quraşdırılmış təhlükəsizlik sistemi də vardır: rezervuarda su olmayanda, samovar işləməyəcək. Faydalı əlavə – paslanmayan poladdan olan filtr, çayın hər zaman yaxşı olması üçün. 

3. Arzum Cookart Maxi elektrikli soba 

Yemək bişirməyi incəsənətə çevirin – Arzum Cookart Maxi sizə bu işdə kömək edəcək. Həcmli (50 l) elektrikli soba müxtəlif yeməklərin bişirilməsi üçün uyğun olacaq: əti, balığı və ya tərəvəzləri qızardın, piroqları bişirin – isinmənin üst və aşağı müqaviməti bərabər bişməni təmin edir. Bu etibarlı və keyfiyyətli modelin istiliyi və enerjini qoruyan ikiqatlı şüşəli qapısı, turbo-ventilyator funksiyası vardır. Dəstə minalı bişirmə qabları və qril üçün tor daxildir. Yaxınlarınızı həm bayram, həm adi günlərdə mükəmməl yeməklərlə sevindirin. 

4. Arzum Panetti çörək bişirəni

Evdə təzə çörək qoxusu həmişə sevgidən, istilikdən və xoşbəxtlikdən bəhz edir. Çörəyi evdə bişirmək və sevimli qoxunu hiss etmək Arzum Panetti çörək bişirəni ilə çox asandır. 13 fərqli bişirmə proqramı sayəsində siz dənlidən qlütensizə qədər istənilən çörəyi asanlıqla bişirə biləcəksiniz.  Sadecə paneldə lazımi proqramı seçin, Panetti isə sizin əvəzinizə hər şeyi bişirəcək. Çörək bişiricisi avtomatik şəkildə istilik qorunma rejiminə keçir və çörək uzun müddət ərzində isti qalacaq. Ekranda çörəyin çəkisinin, hazırlanma müddətinin və seçilən qabıq rənginin əks olunmağı da çox rahatdır. Quraşdırılan taymer işə salınmanı 15 saata qədər qabaqa çəkməyə imkan verir. Dəstə rahat aksessuarlar da daxildir: böyük və kiçik ölçü qaşığı, ölçü fıncanı və çıxarmaq üçün tilov. 

5. Arzum Grandia qrili

Sağlam və müxtəlif yeməkləri bişirməyə kömək edəcək universal model. Onda ət, quş və balıq steyklərini, tərəvəzləri və desertləri, qəlyanaltıları, sosiskaları, barbeküda tərəvəzləri və meyvələri, və sobadaki kimi müxtəlif bişirmələri, pörtlədilmiş tərəvəzləri, zapekankaları hazırlamaq olur. Panelin həcmini böyütmək üçün qrilin qapağını 180 dərəcəyə açaraq barbekü yeməkləri bişirmək və qəlyanaltıları qızartmaq olar. Dostlarınızı barbekü qonaqlığına dəvət edin və acı toyuq qanadlarıdı, xot-doq sosiskalarını, krevetkaları hazırlayın. Arzum qrilini təmiz saxlamaq asandır. Paslanmayan poladdan olan korpusunu təmizləmək rahatdır. 

6. Qəhvəbişirici Arzum Okka Minio Turkish Coffee Qara/Gümüşü

Okka Minio qəhvəbişiricisi müasir ev üçün mükəmməl seçimdir, o, bir dəfəyə 4 fincan qəhvə hazırlaya bilər. Səhər tezdən bu qəhvəbişiricisində bişirilən türk qəhvəsi sizi gümrahlandıracaq və sizə həzz bəxş edəcək (qəhvə qalıqlarında isə fala baxmaq olar!). Onu idarə etmək olduqca asandır, bir düymə qəhvəbişiricini işə salır. İşıqlandırma cihazın işə hazır olduğunu əks etdirəcək. Bonn şəhərində (Almaniyada) keçirilən beynəlxalq sərgidə bu qəhvəbişirici dünyada ən layiqli mükafatlarından biri olan “Plus X Award 2016-2017” mükafatının “Dizayn” və “İstifadə asanlığı” nominasiyalarını qazanmışdır. Tərzli və kompakt qəhvəbişirici həm ofis, həm ev üçün uyğun olacaq.

7. Arzum Technoart Maxi Plus blenderi 

Arzum blenderi mətbəxinizdə əvəzolunmaz köməkçiyə çevriləcək. 1500 Vt gücündə olan mühərriki və paslanmayan poladdan olan ülgücü sayəsində o, saniyələr içində doğrayır, çalır və qarışdırır. Tam səssiz işləməyi də xoşdur. 

8. Arzum Meyvix şirəçəkəni

Arzum Meyvix sayəsində təzəsıxılmış meyvə şirəsindən həzz alın. İstifadəsi rahat və asan, tərzli korpuslu bu şirəçəkən istənilən interyerə uyğun olacaq. Cihaz 1000 Vt gücündə olan mühərrik ilə təchiz olunub, buna görə müxtəlif sərtlikdə olan meyvə və tərəvəzləri effektiv sıxır, geniş ağızı isə istifadədə rahatdır. Model paslanmayan poladdandır və uzun müddət ərzində işləyəcək. 

9. Arzum Olimpia Line Cyclone tozsoranı

Bu tozsoran Plus X Award (dünyada texnologiya, idman və həyat tərzi sahələrində ən böyük mükafatlandırma) müsabiqəsində dəyərli “Dizayn və istifadə sadəliyi” mükafatını əldə etmişdir. Bu modelin toz torbası yoxdur, dizaynı unikaldır, gücü isə yüksəkdir. Arzum Olimpia effektiv təmizləməyə zəmanət verir – o, döşəməni tez təmizləyir və eyni zamanda maksimal enerji effektivliyinə malikdir. Tozsoranın filtri toz və allərqənlərin öhdəsindən asanlıqla gəlir, geniş toz rezervuarını isə təmizləmək asandır. Bu tozsoranı istifadə etmək sadecə bir zövqdür! 

10. Arzum SteamArt Lux keramik altlıqlı ütü

Bu, ağıllı ütüdür – xüsusi datçikləri və texnologiyaları ütülənmənin mükəmməl olmasını təmin edir. Davamlı buxar verilməsi ütünün hərəkətləri zamanı işə salınır, turbo buxarlı nasosu sayəsində isə buxar parçaya daha dərin daxil olur. Buxarlı vurğu sayəsində Arzum Steamart Lux hətta çətin qırışları belə açır. Buxarın güclü şaquli verilməsi isə pencəklərin, donların və pərdələrin ütülənməsi öhdəsindən asanlıqla gəlir. İon altlıq texnologiyaları geyimlərin ipək teksturunu qoruyur. Damcılardan qorunma texnologiyası hətta aşağı temperaturlarda suyun parçaya düşməsindən qoruyur. Steamart Lux ütüsünü 8 dəqiqə ərzində üfuqi vəziyyətdə saxlasanız, o avtomatik şəkildə sönəcək. Anti-Calc sistemi ərpin yaranmasının qarşısını alır və ütünün uzunmüddətli istifadəsinə zəmanət verir. 

11. Arzum Superstar Pearl fen-fırça

Bu fen-fırça ilə azından iki salon prosedurunu, saçı qayğı ilə qurutmağı və onları düzləşdirməyi edə biləcəksiniz. Örtüyü ən yeni texnologiyaların istifadəsi ilə hazırlanıb, buna görə də fen-fırça müxtəlif saç növləri üçün uyğundur. Görüntünü yaratmaq üçün çox az vaxt tələb olunacaq: fen tez isinir, demək olar ki, bir neçə saniyə içində hamar və parıltılı buruq hazırdır. Erqonomik tutacaq istifadəni asanlaşdırır, kompaktlığı isə fen-fırçanı istənilən səyahətlərə aparmağa imkan verir. 

12. Arzum Bellissima Professional feni

Peşəkar saç düzümü evinizdə. Bu fen Arzum brendinin gözəllik sahəsində innovativ məhsulları icad edən Belissima İtalia brendi ilə olan əməkdaşlığı nəticəsində yaradılmışdır. Modelin əsas hissəsi – dəyişən elektrik enerjinin peşəkar mühərriki. O, uzun müddətli işi və güclü hava axınını təmin edir. Əlavə həcm və təbii dalğaları yaratmaq üçün diffuzor başlığından istifafə edin. Nazik başlıq minimal hava təziqi ilə saçları düzməyə kömək edir. Bu fen ilə müxtəlif saç düzümlərini edə və saçları zədələmədən quruda biləcəksiniz. 

Arzum keyfiyyətli məişət texnikasını Umico Market-də seçin! 

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %