Shopping Guide

Diş‌ ‌fırçalarının‌ ‌təkamülü:‌ ‌taxta‌ ‌çubuqdan‌ ‌elektrik‌ ‌qadjetlərə‌ ‌

24 fevral 1938-ci il tarixində Oral-B heyvan tükündən olan tükcükləri sintetik lifdən olan tükcüklərə əvəzləyərək yeni firça modelini satışa çıxarıb. Yəni, 83 il öncə hər hamamda olan müasir diş fırçası peyda olub. Diş fırçasının donuz tüklü bambuk çubuqdan müasir elektrik və ustrasəs qadjetlərinə doğru təkamülünü izləmək qərarına gəlmişik. Məlum oldu ki, diş fırçasının tarixi həqiqətən də maraqlıdır. 

Umico-dan məsləhət

 Diş fırçasını seçəndə tükcüklərin sərtliyinə diqqət yetirin, o yumşaq, orta və ya cod sərtliyində ola bilər. Diş fırçasının təmizləyici başlığının uzunluğu 3 sm-dən, enliyi isə 1 sm-dən az olmamalıdır. Fırçanın tutacağı da diqqətə layiqdir: başlığı ilə elastik birləşməsi dişlərə olan təzyiqi tənzimləmək imkanını verərək, diş emalını zədələrdən qoruyur. Diş fırçasını ən azı üç ayda bir dəfə dəyişmək məsləhət görülür. Diş fırçalarının geniş çeşidini Umico Market-də tapacaqsınız. 

“Fırça” necə dəyişilirdi – taxta çubuqlar, oxlu kirpinin iynələri, diş süpürgəsi

E.ə 3500-ci il – çeynəməli çubuq 

Arxeoloqlar israr edirlər ki, insanlar diş gigiyenasının qayğısına qədim zamanlarda belə qalırdılar, bunu 1,8 milyon ildən daha qədim olan diş qalıqlıranın ekspertizası göstərib. Onların üzərində olan xırda əyilmiş batıqlar indiki diş fırçasının sələfinin izləridir. Bu, bir tərəfindən lif halına salınmış, digər tərəfindən isə itilənmiş taxta çubuq idi. Belə çubuqlar məqbərələrdə tapılmışdır. İti tərəfi ilə dişlərdən yemək qalıqlıranı çıxardırdılar, digər tərəfini isə dişləri ərpdən təmizləmək üçün çeynəyirdilər. Bu “fırçaları” xüsusi tərkibində dezinfeksiya xüsusiyyətlərinə malik efir yağları olan ağac növlərindən hazırlayırdılar.

Antik vaxtlar – diş çöpləri 

Antik yunan və romalılar diş çöplərini istifadə edirdi. Onları sadəcə taxtadan yox, sümükdən, buynuzdan da hazırlayırdılar, metaldan olanları isə zəngin bəzəyirdilər. Misal üçün, Kiçik Pliniy (qədim Roma ictimai xadimi, 61-114) xoşagəlməz qoxudan qurtulmaq üçün dişləri qrif quşun lələkləri ilə təmizləməyə məsləhət görməzdi, oxlu kirpinin iynələrini isə məsləhət görürdü. Roma patrisiyalarının bəzən onların dişlərinin təmizliyinə cavabdəh olan qulları var idi. XI-ci əsrdə ilahiyyatçı Əbu Həmid al-Gazali diş fırçasının istifadəsi haqqında təlimat buraxıb, həmin təlimat ümumi olaraq bu gün də aktualdır. 

1498 il – müasir fırçaya oxşayan ilk fırça 

Onu Çində icad ediblər, bu, bambuk çubuğundan və ya fil sümüyündən olan, başlığına donuz tükü yerləşdirilən çubuq idi. Məzmun əvəzinə yumurta qabığını, jenşen ekstraktını, iynəyarpağını və duz istifadə edirdilər. Bu aləti qısa bir zaman ərzində alverçilər Avropaya da gətirmişdilər, lakin burada alət köklənmədi. Əvvəl Avropada diş fırçası səfil idi, onu istifadə etmək əxlaqsız sayılırdı. Bir neçə əsr öncə avropalılar dişləri parça və qızıldan, misdən, qaz lələyindən hazırlanan diş çöpləri ilə təmizləyirdi. 

XVI-ci əsr – «diş süpürgəsi»

İvan Qroznı vaxtlarında yeməyin sonunda boyarlar kaftanın cibindən xüsusi “diş süpürgəsini” çıxardırdılar. Bu, donuz tüklü taxta çubuq idi. Diş süpürgəsini yalnız varlı boyarlar ala bilirdilər. Adi insanlar üçün yalnız tozağacı kömürü mövcud idi. O, dişləri yaxşı ağardırdı, lakin ondan sonra ağızı səliqə ilə yaxalamaq lazım idi. 

XVII-ci əsr – dış fırçaya xüsusi diqqət 

Diş fırçaları haqqında fikirlər yalnız XVII-ci əsrin ortasına yaxın dəyişib. Bu, fransız dantist Pyer Foşarın “Dantist-cərrah, dişlər haqqında Traktat” kitabı sayəsində olub. Elmi əsərində Foşar diş xəstəliklərinin səbəbi sayılan sirrli “diş qurdları” haqqında olan fikri tənqid edib. Foşar iddia edirdi ki, dişlər hər gün mütləq təmizlənməlidir. Amma onun fikrinə görə, Avropada tükcüklərin istehsalında istifadə olunan at tükləri çox yumşaq idi və dişləri yaxşı təmizləyə bilmirdi, donuz tükü isə əksinə çox cod idi və emalı zədələyirdi. O vaxt digər alternativ mövcud deyildi. 

1780-ci il – Diş fırçalarının ilk sənayi istehsalatı 

Müasir diş fırçasının yaradıcısı ingilis Uilyam Addis sayılır, o, icadını bunta görə düşdüyü türmədə yaradıb. Əfsanəyə görə, o, türmə süpürgəçinin işini izləyərkən diş fırçasının ideyası ağlına gəlmişdir. O, süpürgə ilə əlçatmayan yerlərdən çirkləri süpürürdü, və Uilyam düşündü ki, eyni üsulla dişlərdən yemək qalıqlıranı təmizləmək olur. Həmin vaxt istifadə olunan duzlu və hisli dəsmal işin öhdəsindən gəlmirdi. O, boşqabından sümüyü götürüb, onu deşib və donuz tükünü əlavə edib – beləliklə, diş fırçasının prototipi hazır idi. Azadlığa çıxanda Uliyam Addis işinə davam etdi, evlərində fırçaları hazırlayan xanımları işə götürüb və sonra Attis fabrikasını yaradıb. Bu fabrika, qısa zamanda Londonda fırçaları populyar edib. Şirkət hələ də mövcuddur və ev məhsullarını istehsal edir. 

Şəkil: Lyuis Uiks, ABŞ Konqress Kitabxanasının arxivi 

Yevgeniya Lempron 9 il ərzində evinin mətbəxində tükləri diş fırçalarına taxırdı, 1912-ci il. 

1885 il – Avropada və ABŞ-da fırçaların kütləvi istehsalı 

Şəkil: «Твой Блог»

Napoleonun dış fırçası 

Tutacağı sümükdən, tükcükləri isə Sibir qabanın tükündən olmuşdur. Daha sonra bu alətin uğursuz olduğu məlum oldu, fırça gec quruyurdu, tükcüklərin içində isə bakteriyaların çoxaldığı yeri var idi. Görkəmli fransız mikrobioloq Lui Paster bir sıra diş xəstəliklərinin səbəbi mikrobların və virusların olduğu haqqında hipotezanı irəli sürüb. Onlar isə təbii tüklərdə nəmişlik şəraitlərində çoxalırlar. Diş həkimləri fırçaları hər gün qaynatmaq tövsiyə edirdilər, lakin buna görə onlar tez istifadəyə yararsız hala gəlirdilər. Du Pont Amerika kimyəvi şirkətinin mütəxəssisləri tərəfindən neylonun icad olunmasını daha yarım əsr ərzində gözləmək lazım oldu.

1938 il – ilk neylon tükcükli diş fırçası 

Bu, möhtəşəm bir yenilik idi. 24 fevral 1938-ci il tarixində Oral-B heyvan tükündən olan tükcükləri sintetik lifdən olan tükcüklərə əvəzləyərək yeni firça modelini satışa çıxarıb. Onun heyvan tükü qarşısında olan üstünlüklər məlum idi: neylon yüngül, möhkəm, elastik və suya davamlıdır. Neylon tükcükləri daha tez quruyur və üzərində bakteriyalar tez çoxalmır. 

1939 il – ilk elektrik diş fırçası

Bu cihaz İşveçrədə icad olunmuşdur. Bu, elektrik mühərriyi olan stasionar cihaz idi. O, kiçik motorika pozuntusu olan insanlar üçün və dişlərində breket sistemləri olan insanlar üçün nəzərdə tutulmuşdur. 

1960 il – General Electric-dən ilk avtomatik simsiz diş fırçası   

Bu fırçanı hamı istifadə edə bilirdi. Cihaz cərəyən yuvasına qoşulmurdu, quraşdırılmış akkumulyator ilə işləyirdi.

1992-ci il – ilk ultrasəs diş fırçası patentləşdirilib 

Bu fırça ultrasəsi generasiya edərək dişlərdən kiri təmizləyir və ağız boşluğunda olan zərərli bakteriyaları məhv edir. 

1963-ci ildən 2000-ci ilə kimi dünyada 3000 diş fırçası modelləri patentləşdirilib.  

Öncə fırlanan başlıqlı cihazlar icad olunmuşdur, daha sonra başlıq qayıdıb fırlanan hərəkətləri etməyə başlayıb. Taymerli və dəyişən başlıqlı fırçalar buraxılırdı. Tükcüklər xüsusi piqmentlə örtülürdülər və fırça sahibinə fırça başlığının dəyişilməli olduğunu bildirirdi. İndi ağıllı fırçalar Bluetooth vasitəsilə smartfona qoşulur, quraşdırılan hərəkət və təzyiq datçikləri ağızda heç bir yeri buraxmamağa kömək edir və diş təmizliyin effektivliyini ölçür.

Elektrik fırçaların imkanlarını Umico Market ilə kəşf edin

Quraşdırılmış taymerli ORAL-B elektrik fırçası.

Klinik şəraitlərində sübüt olunub ki, elektrik diş fırçası ağız boşluğunu adi diş fırşasından daha effektiv təmizləyir. Quraşdırılmış taymer stomatoloqlar tərəfindən məsləhət görülən 2 dəqiqəlik təmizlik bitəndə, sizə xəbərdarlıq verir.

Philips səsli diş fırçası.

30 saniyəlik intervalı olan taymer ağız boşluğunun hər hissəsinin təmizləməsi bitməsi haqqında məlumat verir və digər hissəyə keçməyə siqnal verir, bu, təmizləməyi daha səliqəli edir.

Colgate nəbzvuran elektrik diş fırçası.

Yumşaq tükcüklü başlıq diş ətlərini zədələmədən zərif şəkildə ovuşdurur və bir dəqiqə içində 20000 səs titrəyişini yerinə yetirir. Diş fırçasının unikal fərqli istiqamətli hərəkətləri ərpin böyük hissəsini təmizləməyə kömək edir və ağız boşluğunu maksimal effektiv şəkildə təmizləyir.

Umico Market ilə yeni məlumatlar öyrənin, eyni vaxtda xoş və sərfəli alış-verişlər edin! 

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %