Umico Productivity

Düzgün istifadə etmədiyimiz 17 sadə şey

Sobanın altındakı siyirtmə və papaqdakı pom-pon kimi adi şeylərin belə bilmədiyiniz funksiyaları var. Hər gün istifadə etdiyimiz bir çox şey isə tamamilə başqa məqsədlər üçün icad edilmişdir. Sizcə şalvarda niyə qatlar olur? Oxuyun və öyrənin.

1. Paketdə şəkər

C:\Users\Кристина\Downloads\close-up-female-hand-pours-sugar-into-coffee-wooden-surface.jpg

Şəkər paketini açıb qaynar suya tökürsünüzsə, lazım olduğu kimi etmirsiniz. Paketi sadəcə ortadan bölün ki, bütün şəkər dərhal tökülsün. Şəkər paketi Benjamin Eisenstadt tərəfindən icad edilib, o, zibil miqdarını azaltmaq və şəkər tökmə prosesini mümkün qədər asanlaşdırmaq istəyirdi. Lakin ixtirası istədiyi kimi istifadə olunmurdu, insanlar belə sadə bir sxemdən istifadə etmədilər və paketi çox vaxt qırağından açırdılar. Adam çox məyus oldu və hətta restoran və kafelərə gedib insanlara paketi düzgün açmağı göstərməyə başladı.

2. Spagetti üçün qaşıqdakı deşik

Отверстие в ложке для спагетти поможет определить, сколько макарон вы  должны приготовить | Lifestyle | Селдон Новости

Siz də elə düşünürdünüz ki, suyun axması üçündür? Elə deyil. Ancaq əslində bu deşiyin ikinci məqsədi var: spagettinin ideal porsiyasını ölçmək. İstehsalçılar, 80 qram makarononun bir kiçik dairədə yerləşdirilməsini ölçdülər – bu, bir adam üçün “qızıl standart”-dır.

Umico-nun tərəfdaşı Odad və Saville-dən makaron seçin və müvafiq olaraq 2% və 3% keşbek qazanın. 

3. Sarımsaq presi

https://images11.domashnyochag.ru/upload/img_cache/ccc/ccc8f43487c36a104db820579009fc93_ce_740x490x0x0_cropped_666x441.jpg

Əllərindən sarımsaq qoxusunun gəlməsini sevməyənlərə şad xəbər. Sarımsağın presdə əzilməsi üçün onu soymağa ehtiyac yoxdur. O, onsuz da presdə qalır. Buna görə, sarımsağı təmizləmədən birbaşa pres ilə sıxa bilərsiniz.

4. Tayqulp və ya tavanın sapındakı deşik

Угадайте, зачем нужно отверстие в ручке сковородки!

O, yalnız tayqulpu asmaq üçün faydalı deyil. Bu deşik, yeməyi qarışdırmaq üçün istifadə etdiyiniz qaşığın tutucusu kimi də istifadə edilə bilər.

Umico-nun tərəfdaşı Madame Coco-dan qab-qaşıq seçin və 2% keşbek qazanın.

5. Soyuducunun qapısı

Refrigerator Won't Seal? 5 Fixes for a Loose Fridge Door - Dan Marc  Appliance

Soyuducunun qapısı, süd, kefir, qatıq, şirələri saxlamaq üçün rahat yer hesab olunur. Söhbətin nədən getdiyini artıq başa düşmüsünüz? Əslində soyuducunun qapısı tez xarab olan ərzaqlar üçün ən yaxşı yer deyil: bu soyuducunun ən isti bölməsidir. Buna görə də, ora otaq temperaturunda saxlanıla bilən sousları və digər qidaları köçürün.

6. Sobanın altındakı siyirtmə

Ящик под духовкой предназначен не для сковородок | EXO-YKT | ЭХО СТОЛИЦЫ

Adətən orada tavalar saxlanılır. Ancaq əslində bu siyirtməyə istiləşmə qutusu deyilir. Planlaşdırıldığı kimi o, sobada başqa bir şey bişirilərkən hazır yeməklərin soyumaması və ya isinməməsi üçün lazımdır.

7. Asiya fastfud yeməkləri üçün qutular

Оборудование для производства упаковки для фаст-фуда Win Shine

Əlbəttə ki, çubuqlarla qutunun künclərindən əriştə və düyünü tutaraq barmaq çevikliyinizi inkişaf etdirir. Amma qutunu açsanız, o, rahat bir boşqaba çevriləcəkdir.

8. Tübikdəki rəngli işarələr

Что означают эти разноцветные полоски на тюбиках от кремов, зубных паст,  шампуней? Правда ли, что если полоска черная, то это 100-процентная химия?

Onları diş pastası və ya kremlərin üzərində görmüş ola bilərsiniz. Bu zolaqlar və işarələr, məşhur miflərin əksinə olaraq, diş məcununun tərkib hissələrinin xüsusiyyətləri ilə heç bir əlaqəsi yoxdur. Rəngli işarələr istehsal üçün lazımdır – tübikin, qablaşdırmanın avtomatik prosesi üçün. Lakin belə bir fikir var ki, qara işarə olduqda, məhsulda bir çox kimyəvi komponentin var, yaşıl işarə isə məhsulun təbii tərkibli olmasını bildirir. Bir çox istehsalçı bu mifi dağıtmağa tələsmir və məhsullarına yaşıl işarələr qoyur.

Tamamilə təbii tərkibli R.O.C.S diş məcununu seçin və 2% keşbek qazanın. 

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

9. Saç üçün sancaq

7 ошибок, которые ты делаешь с невидимками - Подбор причесок онлайн. Фото  стрижек

Çox güman ki, saç sancağını həmişə səhv istifadə etmisiniz. Dalğalı tərəfi dəriyə, hamar tərəfi isə kənara çevrilməlidir. Bu şəkildə saç sancağı saçları daha yaxşı tutur. Hər şeyi düzgün edirsinizsə, bizə yazın görək neçə nəfərik.

10. Pambıq diskləri

Ватные диски

Disklər tamamilə hamar və ya bir tərəfi naxışlı olaraq mövcuddur. Hamar səth, tonal kremi tətbiq etmək üçün icad edilmişdir. Naxışlı tərəf – dərini təmizləmək və makiyajı silmək üçün.

11. Qələmin qapağındakı deşik

Зачем отверстие в колпачке для ручки? 9 секретов привычных вещей | Наука |  Общество | Аргументы и Факты

Bunun pastanın qurumaması və ya başqa bir şey üçün olduğunu düşünə bilərsiniz. Əslində, bu kiçik deşiyin ciddi bir məqsədi var: uşaq qapağı udarsa, havanın keçdiyi bu deşiyin köməyilə o, boğulmaz. Eyni səbəbdən, kiçik Lego detallarında deşiklər açılır.

12. İkirəngli pozan

Фото №3 - 20 повседневных вещей, которые мы используем неправильно

Qırmızı-mavi pozan, dəftərxanada ən asan tapılandır. Mavi tərəfin daha qalın kağız üçün olduğunu az adam bilir. Həmçinin, qırmızı tərəfin buraxdığı izləri də silə bilir.

Umico-nun tərəfdaşları LekalAntaris-dən pozan, qələm və digər dəftərxana ləvazimatları seçin, müvafiq olaraq 3,5% və 4% keşbek əldə edin.

13. Qabarcıqlı plyonka

Воздушно-пузырчатая пленка: виды и преимущества материала

Qabarcıqlı plyonka 1957-ci ildə Amerikalı mühəndislər Alfred Fildinq və Mark Şavan tərəfindən icad edilmişdir. Onlar yuyula bilən divar kağızı icad etmək istədilər və qarajlarında iki hamam üçün olan iki plastik pərdəni bir-birinə yapışdırdılar. Müşəmbələrin arasında hava qabarcıqları qaldı və divar kağızı özünəməxsus bir dizayna sahib oldu. Təəssüf ki, divar kağızı potensial istehlakçıları maraqlandırmadı. Sonra mühəndislər ixtiralarını istixanalar üçün istifadə etməyi təklif etdilər. Ancaq burada da ideya uğurlu olmadı. Yalnız 1961-ci ildə Fildinq və Şavan müşəmbəli qabarcıqlı divar kağızını qablaşdırma kimi istifadə etməyi təklif etdilər. İlk müştəri, məhsulu yükləmə zamanı kompüterlərini qorumaq üçün istifadə edən IBM idi.

14. Paltarların etiketlərində düyməsi parça

Для чего действительно нужен лоскут ткани, который прилагается к новой  одежде

Bunun potensial yamaq olduğunu düşünürsünüz? Geyim istehsalçıları yaxşı bilirlər ki, bu gün az adam paltara yamaq vurur. Bu parça, əşyanın yuyulma zamanı müxtəlif yuyucu vasitələrə və ağardıcılara necə reaksiya verəcəyini yoxlamaq üçün lazımdır.

15. Papaqdakı pom-pon

C:\Кристина\Разная работа\woman-with-plaid-poncho-pompom-beanie-hat-overlooking-beautiful-mountain-landscape.jpg

O, həmişə sadəcə bir bəzək olmayıb. Bir zamanlar, pom-pon Fransadakı dənizçilərin formasının əvəzolunmaz bir komponenti idi – pom-ponlar dənizçilərin başlarını qoruyurdu, çünki kayutlardakı tavanlar çox aşağı idi.

16. Şalvardakı qatlar

Откуда взялись стрелки на брюках и для чего нужен пятый карман на джинсах?  " - OnlyYou

Qatlar bugün klassik şalvarların vacib bir atributudur, amma heç kim onları qəsdən icad etmədi. Məsələ orasındadır ki, 19-cu əsrdə bir çox tikiş müəssisəsi məhsulları ixrac üçün istehsal edirdi. Yükün daşınma zamanı mümkün qədər az yer tutması üçün paltarlar göndərilməzdən əvvəl sıxılırdı. Nəticədə parça üzərində qatlar əmələ gəlirdi və onları çıxarmaq demək olar ki, mümkün deyildi. Beləcə, qatlar olduğu kimi saxlanıldı.

17. Cins şalvardakı balaca cib

Зачем на джинсах пятый карман: все не так очевидно, как кажется

Bizim üçün bu cibin nə üçün lazım olduğu bir sirdirsə, XIX əsrin bəzi kovboylar və ya qızıl axtaranlar üçün hər şey aydın idi. Cins şalvar icad edildiyi zaman hamı bu cibin cib saatı üçün olduğunu yaxşı başa düşürdü. Sonra isə dizaynerlər sadəcə klassik üslubu dəyişmək istəmədilər.

Umico-nun tərəfdaşı LTB-dən cins paltarları seçin və 3,5% keşbek əldə edin.

Umico ilə hər şey ilə maraqlanın!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %