Umico Health

İlkin yardım: nə vaxt təcili yardım çağırmaq lazımdır?

Adətən sağlamlığımızın birdən təhlükəli vəziyyətə düşə biləcəyini düşünmürük. Ancaq bəzi tibbi biliklərin və cəld görülən tədbirlərin həyat qurtara biləcəyi situasiyalar olur. Bu gün, koronavirus pandemiyası və həkimlərin həddindən artıq yükləndiyi bir şəraitdə, yaxınlarımıza ilk yardım göstərə bilmək üçün ən azı tibb və səhiyyə sahəsində ilkin bilik və bacarıqlara yiyələnməyə borcluyuq.

Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə birgə "İlk yardım lazım olarsa nə etməli" layihəsinə başlamışıq. Layihənin məqsədi, kiminsə sağlamlığı və bəlkə də həyatı təhlükə altında olduqda, fövqəladə hallarda nə edə biləcəyimiz barədə həftəlik, sadə və başa düşülən dildə danışmaqdır. İlk məqaləmizdə hansı vəziyyətlərin həqiqətən təhlükəli olduğunu və mütləq təcili yardım çağırılmalı olduğumuzu öyrənəcəyik. Gəlin bədənin quruluş və fəaliyyətinin əsas prinsiplərini xatırlayaq.

Orqan və orqanlar sistemi

Sizə nəyin ağrı verdiyini və hansı orqanı müalicə etməli olduğunuzu necə başa düşə və izah edə bilərik?

Bədən quruluşu haqqında bilik sağlamlığını qorumağa çalışan hər kəs üçün vacibdir, çünki bütün orqan və sistemlərin normal fəaliyyəti uzunömürlülük və dolğun bir həyatın əsasını təşkil edir. Hər hansı bir prosesin necə baş verdiyini, nədən qaynaqlandığını və nəyi tənzimlədiyini başa düşdükdə, problemin öz-özünə keçib getməsini gözləmək əvəzinə vaxtında şübhələnmək, təyin etmək və müalicə etmək imkanı qazanacaqsınız.

Ümumilikdə bədəndə 12 orqan sistemi var

1. Əzələ-skelet sistemi

Əzələ-skelet sisteminə skelet və əzələlər daxildir. Yaşından asılı olaraq skelet sistemindəki sümüklərin sayı 200-dən yuxarı olur (yeni doğulmuş körpələr üçün 270, böyüklər üçün 205-207), bəzi sümüklər, məsələn qol sümükləri hərəkət edir, qalanları isə daxili orqanları xarici zədələrdən qorumaq üçün hərəkətsiz qalır. Sümük toxuması mikroelementlərin, xüsusən də fosfor və kalsium mübadiləsində iştirak edir. Əzələ-skelet sistemi ilə bağlı problemlərin müalicəsi üçün travmatoloq, cərrah və ortopedlərə müraciət edirik.

2. Dəri və selikli qişalar

Dəri örtükləri sistemi – dəri və selikli qişadır. Onun vəzifəsi – vücudu xarici təsirlərdən qorumaq, mikroorqanlar vasitəsilə toksik və zəhərli maddələri çıxarmaq və bədən istiliyindəki dalğalanmaları tənzimləməkdir. Dəri problemləri ilə dermatoloqlar bizə kömək edir.

3. Qan əmələ gəlməsi prosesi

Qan əmələ gəlməsi prosesi (Hematopoez) – qan bütün orqanların 99% -də mövcuddur və onların tam bəslənməsini və işləməsini təmin edir. Qan dövranı orqanları, qan hüceyrələrinin: qırmızı qan hüceyrələri, ağ qan hüceyrələri, limfositlər və trombositlərin əmələ gəlməsini təmin edir. Qan hüceyrələri bədənin vəziyyətini əks etdirən bir növ güzgü rolunu oynayır ona görə də ümumi bir qan testi ilə bir çox xəstəliyin ilkin diaqnozu qoyula bilər. Hematopoetik sistemin özü ilə bağlı problemlər də, ən çox qan testi zamanı müəyyən edilir. Bu sahədəki mütəxəssislər hematoloqlardır.

4. Ürək-damar kompleksi

Ürək-damar kompleksi – ürək və ən böyükdən mikroskopikə bütün damarları əhatə edən bir sistemdir. Bədənin içərisində qan dövranını təmin edir, oksigen, vitamin və mikroelementlər ilə doydurur və insan bədəninin hər bir hüceyrəsini çürümə məhsullarından təmizləyir. Ürək-damar sisteminin xəstəlikləri dünyada ən çox yayılmış və ən təhlükəlidir. Və bəlkə də ən məşhur həkimlər – kardioloqlar tərəfindən müalicə olunur.

5. Həzm sistemi

Həzm mürəkkəb bir prosesdir: bədənə daxil olan yemək molekullara parçalanır, həzm olunur və toxuma və orqanlara ötürülür. Bütün proses ağız boşluğunda başlayır. Orada yemək doğranır, sonra qida boğaza, oradan qida borusuna, mədəyə və sonra isə bağırsaqlara köçürülür. Həzm sisteminin vacib orqanlarına qaraciyər və mədəaltı vəzi də daxildir. Həzm sistemi xəstəliklərinin müalicəsində qastroenteroloqlar və hepatoloqlar (qaraciyər xəstəlikləri olan xəstələr üçün) iştirak edirlər.

6. Sinir sistemi

Sinir sistemi bədənin bütün proseslərinə nəzarət mərkəzi kimi xidmət edir. Məhz burada insan bədəninin işi, hər hansı bir xarici stimulu qəbul etmək və cavab vermək qabiliyyəti tənzimlənir Mərkəzi sinir sistemi beyin və onurğa beynini birləşdirir, periferik sinir sistemi kranial və onurğa sinirləri ilə təmsil olunur, və bu vasitəsilə beynindən toxumalara ildırım sürəti ilə, işlərini stimullaşdıran və ya əksinə basdıran müxtəlif impulslar ötürülür.Sinir sisteminin problemlərinə nevroloqlar  neyrocərrahlar cəlb olunur.

7. Limfa sistemi

Limfa şəbəkəsi, qan dövranından daha az geniş olmasına baxmayaraq, daha az əhəmiyyət kəsb etmir. Dallı damarlar və limfa düyünləri vasitəsi ilə, bioloji cəhətdən əhəmiyyətli bir mayeni – toxumalarda və orqanlarda yerləşən limfanı hərəkət etdirir. Limfa düyünlərində limfanı virus, bakteriya və toksin molekullarından təmizləməyə imkan verən əlavə filtrasiya baş verir. Onların reaksiyaları ilə həkimlər ümumiyyətlə bədəndə iltihablı bir prosesin başlandığını aşkar edirlər.

8. İmmunitet sistemi

İmmunitet sistemi hər hansı bir xarici təsirdə, xüsusən də viral və ya bakterial bir təbiətdə bədənin sağlamlığını qorumaq üçün məsuliyyət daşıyır. İmmunitet sisteminin sağlamlığı üçün immunoloqlara müraciət edirik.

9. Duyğu orqanları

Duyğu orqanları xarici mühitin qiymətləndirilməsi və qavranılması üçün məsuliyyət daşıyır – bunlar görmə, toxunma, qoxu, eşitmə və dad orqanlarıdır. Məhz onlar vasitəsilə məlumat sinir uçlarına gəlir, bu da ildırım sürətində beyinə ötürülür və vəziyyətə düzgün cavab verməyə imkan verir. Burada bizə oftalmoloqlar (görmə orqanlarının problemləri ilə məşğul olan həkimlər), otolaringoloq və ya sadə bir şəkildə “qulaq-burun-boğaz həkimləri ” kömək edir.

10. Sidik kompleksi

Qadınlarda və kişilərdə sidik qrupu: böyrəklər (bədəndən çoxlu su və zəhərli maddələri çıxaran, həmçinin qan və digər bədən mayelərinin həcmini tənzimləyən 1 cüt orqan), sidik kisəsi və sidik borusundan ibarətdir. Sidik sisteminin reproduktiv komponenti cinsiyyətdən asılı olaraq çox dəyişir. Sidik sisteminin xəstəlikləri uroloqlar tərəfindən müalicə olunur. Reproduktiv sistemin sağlamlığı ilə androloqlar və ginekoloqlar məşğul olurlar.

11. Endokrin sistemi

Endokrin sistemi bədəndə xüsusi maddələri – bir çox bioloji proseslərin böyüməsi, inkişafı və tam gedişini təmin edən hormonları, sintez edən müxtəlif vəzlərin kompleksidir. Orqanların endokrin qrupuna hipofiz, tiroid vəzi, paratiroid vəzi, adrenal vəzlər, yumurtalıqlar və testislər daxildir. Endokrinoloji xəstəlikləri endokrinoloqlar müalicə edirlər. 

12. Tənəffüs sistemi

Tənəffüs sistemi bədənin oksigen molekulları ilə doyması, habelə işlənmiş karbon qazı və zəhərli birləşmələrin atılması işini görür. Yuxarı tənəffüs yolları burun boşluğu, burun-udlaq və qırtlaq ilə təmsil olunur. Aşağı tənəffüs yolları, sadəcə nəfəs alma funksiyası deyil, həm də səsin əmələ gəlmə funksiyası daşıyan boğazdan başlayır. Sonra traxeya, bronxlar və ağciyərlər gəlir. Ağciyər xəstəliklərini pulmonoloq adlanan həkimlər müalicə edirlər.


“Öz-özünə düzəlməyəcək”

Dərhal təcili yardım çağırmalı olduğumuz hallar

1. Qəfildən şiddətli sinə ağrısı

Simptomlar: qəfil şiddətli kompressiya, sancma, bədənin sol tərəfinə (sol qol, üzün sol tərəfi) doğru uzanan, yanan sinə ağrısı, həmçinin ağrını mədəyə də verə bilər. Ağrı həm istirahətdə, həm məşq zamanı, həm də isti bir yerdən soyuq bir otağa keçərkən baş verə bilər. Tutma hava çatışmazlığı, nəfəs darlığı, soyuq tər, başgicəllənmə, güclü zəiflik hissi ilə müşayiət oluna bilər.

Niyə təhlükəlidir: bu cür simptomlar Ürəyin işemik xəstəliyi, stenokardiya, infarkt haqqında bildirir.

Nə etməli:

  • xəstəni uzadıb, rahatladın;
  • təcili yardım çağırın və simptomları dəqiq bir şəkildə bildirin;
  • dilin altına nitrogliserin tabletını qoyun (udmaq, su ilə içmək tövsiyyə olunmur) , tableti vermədən əvvəl dərmanın istifadə müddətinin bitmədiyindən əmin olun; bu tövsiyə həkimin əvvəllər bu dərmanı təyin etdiyi insanlar üçündür;
  • 1 ədəd aspirin tableti verin (çeynəmək, sonra su ilə içmək daha yaxşıdır), dərmanın istifadə müddətinin bitmədiyindən əmin olun; heç bir halda allergiyası olan və ya qan laxtalanma səviyyəsi aşağı olan insanlara aspirin verməyin
  • Ürək bölgəsinə soyuq bir kompres edin və ya nazik bir dəsmal ilə sarılmış bir buz paketini (dondurulmuş tərəvəz də olar) sinəyə bağlayın.

2. Ani şiddətli baş ağrısı, bədənin bir hissəsinin uyuşması

Simptomlar: qəfil və şiddətli baş ağrısı, yeriş sabit olmadıqda mümkün balans pozulması, bədənin bir hissəsinin uyuşması, məsələn, üzün yarısının uyuşması, danışma problemlərinin yaranması: sözləri tələffüz etmənin çətinləşməsi, bir gözdə və ya hər ikisində görmə qabiliyyətinin itirilməsi, şüurun itirliməsi.

Niyə təhlükəlidir: bu cür simptomlar insultun- beynin qan dövranında pozğunluğun göstəricisidir. Qan hüceyrələrə daxil olmadıqda (qan laxtası və ya bir damarın yırtığı səbəbindən) hüceyrələr ölür. Buna görə insan hərəkət etmək, danışmaq, görmək, nəfəs almaq qabiliyyətini itirir.

Nə etməli:

  • təcili yardım çağırın və simptomları dəqiq bir şəkildə bildirin;
  • xəstəni yastığın üstünə uzandırın, yüksəklik çiyin sümüklərindən başlamalıdır.
  • təmiz havanı təmin edin – otaqdakı pəncərəni və ya qapını açın, dar paltarları açın;
  • su və yemək verməyin, çünki orqanların funksiyaları pozula bilər, belə halda bir adamın udması çətin olacaqdır;
  • mümkünsə qan təzyiqini ölçün; əgər təzyiq yuxarıdırsa, aşağı salmaq üçün adətən qəbul etdiyi dərmanı verin, amma xəstənin qəbul etdiyi hər hansı bir dərman yoxdursa, heç bir şey verməyin.

3. Qan təzyiqinin qalxması

Simptomlar: qan təzyiqində qəfil artım, mümkün baş ağrısı, başgicəllənmə, ürək bulanması, görmə qabiliyyətinin pozulması, üz, boyun, sinədə qırmızı ləkələrin görünməsi ilə müşahidə oluna bilər

Niyə təhlükəlidir: insult riski.

Nə etməli:

  • təcili yardım çağırın və əlamətləri dəqiq bir şəkildə bildirin;
  • xəstəni uzadın və başını qaldırın;
  • mümkünsə qan təzyiqini ölçün; əgər təzyiq yuxarıdırsa, aşağı salmaq üçün adətən qəbul etdiyi dərmanı verin, amma xəstənin qəbul etdiyi hər hansı bir dərman yoxdursa, heç bir şey verməyin.

4. Qan təzyiqinin aşağı düşməsi

Simptomlar: qan təzyiqinin qəfil azalması (təzyiq nə qədər aşağı olursa, vəziyyət daha təhlükəlidir), ümumi vəziyyətin pisləşməsi, solğunluq, soyuq tər, işarə xüsusiyyətlərinin zəifləməsi, bədən istiliyinin azalması, zəifliklə müşahidə olunur.

Niyə təhlükəlidir: kollaps riski (kəskin damar çatışmazlığı forması).

Nə etməli:

  • mümkünsə qan təzyiqini ölçün;
  • xəstəni yastıqsız uzadın;
  • ayaqlarını qaldırın, ayaqlarının altına istilik yastığı qoyun;
  • isti çay və ya qəhvə verin;
  • təzyiqi yenidən ölçün
  • təzyiqi bərpa etmək mümkün olmadıqda təcili yardım çağırın və simptomları dəqiq bir şəkildə bildirin.

5. Kəskin allergik reaksiya

Simptomlar: Dərinin müxtəlif hissələrində, bəzən bütün səthdə sıx bir qaşınma, sonra dəridə bir səpki görünür, bədən istiliyi yüksəlir və baş ağrısı görünə bilər. Bir neçə dəqiqə ərzində dodaqlar, göz qapaqları və dil bölgəsində ödem meydana gəldikdə və səsin kəsilməsi, ağır öskürək və nəfəs darlığı göründüyü zaman vəziyyət xüsusilə təhlükəlidir.

Niyə təhlükəlidir: Kvinke ödemi şəklində kəskin allergik reaksiya, daxili orqanların şişməsi ilə xarakterizə olunur. Çox vaxt bir böcək dişləməsi nəticəsində, bitki tozlarının təsiri altında, allergen olan bəzi qidaların (tez-tez balıq, sitrus meyvələri, bal, süd və s.) qəbulundan sonra və ya kimyəvi maddələrin, məsələn, ətir, kosmetik və ya məişət kimyəvi maddələrin təsiri altında qaldıqda müşahidə olunur.

Nə etməli:

  • təcili yardım çağırın və əlamətləri dəqiq bir şəkildə bildirin;
  • allergenin təsirini aradan qaldırmağa çalışın.

6. Tənəffüs çatışmazlığı, boğulma

Simptomlar: qəflətən boğulma, nəfəs almaqda çətinlik, xırıltı, quru öskürək.

Niyə təhlükəlidir: bu cür əlamətlər bronxial astma tutmasını göstərir .

Nə etməli:

  • xəstəni rahat, yarım oturma mövqeyinə gətirin (yatağın kənarında, divan və ya kresloda oturun, irəli əyilmək, əllərini yatağın kənarına və ya dizlərinə söykəmək olar);
  • təmiz havanı təmin etmək;
  • bir insan xəstəlik haqqında bilsə və onunla bir nəfəs aparatı daşıyırsa – tətbiq edin;
  • Təcili yardım çağırın və simptomları dəqiq bir şəkildə bildirin.

7. Kəskin qarın ağrısı

Simptomlar: qarında və ya onun ətrafında kəskin, daimi və ya paroksismal ağrıların qəfil başlanması.

Niyə təhlükəlidir: kəskin qarın ağrısı təcili tibbi yardım tələb edən qarın boşluğunun kəskin cərrahi xəstəliklərindən birinin göstəricisi ola bilər. Bunların arasında ən çox yayılanlar kəskin appendisit, mədə və ya onikibarmaq bağırsağın perforasiya olunmuş yarası, yırtıq, kəskin bağırsaq tıxanıqlığı və digər xəstəliklərdir.

Nə etməli:

  • xəstəni uzandırın;
  • dərhal təcili yardım çağırın və simptomları bildirin;
  • qida və mayelərin qəbul edilməsinə icazə verməyin;
  • təcili yardım gələnə qədər hər hansı bir dərman qəbul edilməsinə icazə verməyin;
  • ağrıları azaltmaq üçün, qarın nayihəsinə nazik dəsmala sarılmış bir buz paketi (dondurulmuş tərəvəz də ola bilər) qoyun.

8. Belin aşağı hissəsində kəskin ağrılar

Simptomlar: aşağı bel hissədə qəfil, şiddətli, artan ağrı.

Niyə təhlükəlidir: bu simptom ən çox böyrək daşları olduqda meydana gələn böyrək kolikindən danışır.

Nə etməli:

  • xəstəni uzandırın;
  • dərhal təcili yardım çağırın və simptomları bildirin;
  • ağrıları azaltmaq üçün, bel bölgəsinə istilik yastığı qoyun.

9. Qusma, ürək bulanması, temperatur artması

Simptomlar: mədə-bağırsaq funksiyalarının pozulması (ishal), temperatur artması, ürək bulanması, qusma, ümumi zəiflik və baş ağrısı.

Niyə təhlükəlidir: bu cür pozuntular zəhərlənmə və ya kəskin bağırsaq infeksiyası olduğunun göstəricisidir.

Nə etməli:

  • xəstəni uzandırın;
  • bol içki – limonlu və bir az şəkərli su və ya çay içirin;
  • Təcili yardım çağırın və simptomları bildirin.

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %