Umico Health

Meqapolisin ortasında təmiz hava artıq fantastika deyil. Sercair sizin sağlamlığınızın, gözəlliyinizin, evinizin atmosfer və təmizliyin keşiyindədir

Pandemiya sayəsində biz sağlamlığımıza daha diqqətlə yanaşmağa başlamışıq. Lakin, özümüzü tək viruslardan yox, digər təhlükələrdən də qorumalıyıq. Hər dəqiqə bir neçə dəfə nəfəs alırıq, və hər saniyə havanın keyfiyyəti sağlamlığımıza təsir göstərir. Bəzən, elə gəlir ki, böyük şəhərdə yaşayanlar çirkli havadan qurtarmazlar. Bu arada, çirkli hava vaxtından əvvəl qocalmaya, allerqiyaya və astmaya səbəb ola bilər. Lakin, çıxış yolu var, Sercair brendinin hava təmizləmə, nəmləndirmə cihazları və sterilizatorları nəfəs aldığınız havanın keyfiyyətinin qayğısına qalacaqlar. Onların sizə verə biləcəkləri xeyirlərdən danışaq. 

Sercair  brendi Amerikada və Avropada yaxşı tanınır, şirkətin Los-Anceles və Münhen şəhərlərində ofisləri var, istehsal isə İstanbulda həyata keçirilir. İndi patentləşdirilmiş ionlaşdırılma texnologiyası ilə işləyən innovativ Sercair cihazları Azerbaycanda da vardır. Bu, havanın təmizliyinin qayğısına qalan cihazlardır. Onlar evlərdə, ofislərdə, məktəblərdə, sağlamlaşdırma təşkilatlarında, kafe, restoranlarda və digər insan çoxluğu olan yerlərdə istifadə oluna bilərlər. 

Sağlamlığa qayğı

Təmiz hava kimi sadə bir şey sağlamlıq üçün çox vacibdir. O, ağ ciyərlərə düşür və qırmızı qan hüceyrələri vasitəsi ilə bütün bədən orqanlarına yayılaraq, onların oksiqen səviyyəsini artırır. Bu, hüceyrələrin metabolizmi və orqanizmdə enerjinin hasil edilməsi üçün vacibdir. Təmiz hava beyinə də lazımdır, o, beyni oksiqen ilə qidalandırır. 

Böyük şəhərlərdə yaşayan adamların əksəriyyəti günün böyük hissəsini qapalı məkanlarda keçirir. Və nəticədə nə baş verir? Biz hər gün natəmiz hava ilə nəfəs alırıq.  Qapalı məkanlarda viruslar və bakteriyalar sağlamlığa daha böyük təhlükə göstərir. Mənzilin havası daimi dəyişilsə də, şəhərin havasında küllü miqdarda toz, karbonat qazı, allerqenlər və müxtəlif zərərli maddələr vardır. Həmçinin, məkanda müəyyən nəmlik səviyyəsini təmin etmək vacibdir, çünki həm quru, həm artıq dərəcədə nəm hava ilə nəfəs almaq zərərlidir. 

Böyük şəhərlərdə pəncərələri acaraq məkanın havasını dəyişmək işə yaramayacaq, çünki çöldən də eyni dərəcədə çirkli hava gəlir. Havanı zərərli hissəciklərdən təmizləyən, uyğun nəmlik səviyyəsini təmin edən, ultrabənövşəyi sterilizasiya və ionizasiya vasitəsilə virusları və bakteriyaları məhv edən Sercair hava təmizləyiciləri və tənzimləyiciləri problemi həll edəcəklər. 

Cihazlar pəncərələrə quraşdırılır və xüsusi karbon filtrləri vasitəsilə çöldən gələn havanı təmizləyir və birbaşa hava tərkibini müəyyənləşdirir. Hava haqqında bütün məlumatları Pure mobil tətbiqindən öyrənə biləcəksiniz. Bütün Sercair Pure cihazları smartfon vasitəsilə idarə oluna bilərlər. 

Siz və ya yaxınlarınız heyvan tükünə allergiyadan əziyyət çəkirsinizsə, lakin, ev heyvanın sahibi olmaq arzusundasınızsa, Sercair Pure cihazını yoxlayın. O, havada olan kiçik tük hissəciklərini tutur və məhv edir. Təəssüf ki, allergiya heyvanların ağız suyuna olsa, bu cihaz kömək etməyəcək. 

Cihazı quraşdırsanız, tozları gec-gec siləsi olacaqsınız, çünki filtrasiyadan sonra səthlərə toz daha az miqdarda enəcək. Bu, xoş bir bonusdur.

Sercair Pure 39 Healthy UVC LED Smart hava təmizləyicisi və ionlaşdırıcısını Umico Marketdə tapmaq olar.

Gözəlliyə qayğı

Yayda günün böyük hissəsini evlərdə, ofislərdə, kafe və restoranlarda kondisionerin altında keçiririk. Qışda isə kondisioner müxtəlif isidici cihazlarla əvəz olunur. Bu cihazlar havanı həm isidir, həm qurudur. Nəticələr xoşagələn deyil, dəri quruyur və elastikliyini itirir, qabıq verir, çatlayır, üzərində qırışlar əmələ gəlir və vaxtından əvvəl qocalma baş verir. Bunların hamısına havada olan dəridə səpkiləri yaradan tozu və bakteriyaları əlavə edin. 
Həm yayda, həm qışda vəziyyəti Sercair hava nəmləndiriciləri düzəldəcəklər. Onlar tozu endirir və uyğun nəmlik səviyyəsini təmin edir, nəticədə dəriniz fəsildən asılı olmayaraq kifayət dərəcədə nəmlənmiş olacaq. Belə bir cihazlar ofisdə, maşında, evinizdə yanınızda olsa, dəriniz özünü çox yaxşı hiss edəcək.

Sercair Spirit mini hava təmizləyicisi üç fərqlı filtr növü ilə və mənfi ionlaşdırıcı ilə təchiz olunub, əlavə olaraq, onu istədiyiniz yerə apara biləcəksiniz. Onu Umico Market-dən çatdırılma ilə əldə edə bilərsiniz.

Sercair Moni Me hava keyfiyyətinin analizatoru hava keyfiyytini qısa müddət ərzində təyin edəcək və məkanda qaz sızması baş verərsə, bunu bildirəcək, bütün məlumatları isə siz dərhal mobil tətbiqdə görə biləcəksiniz. Hava keyfiyyəti haqqında məlumatı həmçinin cihazın havanın keyfiyyətindən asılı olaraq dəyişən üst panelindən öyrənə biləcəksiniz. Bu ağıllı qadjeti özünüzlə hər yerə apara biləcəksiniz. Bu, sağlamlığına qayğı göstərən adamlar üçün əla hədiyyədir. Sercair Moni Me cihazını elə indi Umico Market-də sifariş etmək olar.

Yuxunuza qayğı

Yuxuya gedə bilməmək hissi sizə tanışdır? Saatlarnan o yandan bu yana dönürsünüz, gah sizə soyuq olur, gah da nəfəs almağa hava çatmır, səhər isə yuxulu və əsəbi olursunuz. Bunun səbəblərindən biri, yatdığınız otaqla nəmliyin yetərli olmamasıdır. 

Yuxu rejiminizi qaydaya salmağa Sercair hava nəmləndiricisi kömək edəcəkdir. Onu yataq otağınızda yerləşdirin, pəncərələri qalın pərdələr ilə örtün, yanınızda isə ətirli, misal üçün, lavandalı çubuqlar qoyun. Beləliklə, rahat və sağlam yuxuya qovuşacaqsınız.

Ətirli çubuqları Umico Market-də seçin

Sercair Balance Air hava nəmləndiricisi və təravətləndiricisi aktual göstəriciləri ekranda göstərir, istifadəsi isə rahatdır. Sadəcə geniş deşikdən içinə su doldurun. Sercair Balance Air modelini Umico Market-də əldə etmək olar.

Evinizin atmosferinə qayğı 

Hər yaşayış məkanın özünəməxsus qoxusu var. Evin yiyələri ona öyrəşir və hiss etmir, qonaqlar isə onu dərhal hiss edə bilərlər. Evdə siqaret çəkilirsə (hətta qonşular çəkəndirlərsə), evdə ev heyvanları varsa, və yaxud evdə yaşayanlar ədviyyat xoşlayırsa, bunların hamısı evin unikal qoxusunun yaranmasında iştirak edir. Hava təravətləndiciləri və evin havasının dəyişməsi qoxudan tamamilə azad olmağa kömək etməz, yalnız, qoxunu qizlədəcəklər. Sercair hava təmizləmə cihazları sizə evinizdə olan ətri seçmək imkanını verəcəklər. Siz rahatlıqla istənilən ədviyatlarla yeməklər bişirə biləcəksiniz, siqaret qoxusu sizi narahat etməyəcək, və bəlkə də, ikinci pişik və ya küçük götürə biləcəksiniz. 

Sercair hava təmizləmə cihazlarına xüsusi təbii yağlarla dolu konteynerləri quraşdırmaq olar və təmizlənmiş havadan seçdiyiniz ətir qoxusu gələcək. 

Sercair Pure 39 Smart hava təmizləyicisi və tənzimləyicisi aromatizasiya funksiyasını dəstəkləyir. Onu Umico Market-də tapmaq olar. 

Təmizliyə qayğı

Pandemiya bizi dezinfeksiya maddələrini və spirti böyük həcmlərdə istifadə etməyə məcbur etdi. Bu, rahat deyil, sərf etmir, üstəgəl aqressiv dezinfeksiya maddələri zərərli mikroorqanizmlərlə birlikdə faydalı bakteriyaları da məhv edir, bu isə immuniteti zəyifləyir. 

Sercair Crystal Eco dezinfeksiya vasitəsi evinizin təmizliyinə qayğını ehtiyatla göstərir. Cihazın içinə xlorid turşusundan olan kristal quraşdırılıb, cihaza su və qida duzunu əlavə edin və start düyməsinə basın. Bir necə dəqiqə içində ekoloji təmiz məhlul hazır olacaq. Bu məhlul ilə istənilən səthləri, o cümlədən, qab-qacağı, uşaq əşyalarını, meyvə və tərəvəzləri dezinfeksiya edə bilərsiniz. Təbiətin qayğısında olanları spirtdən və digər dezinfeksiya vasitələrdən fərqli olaraq, plastik tullantıların yaranmaması da sevindirəcək.

Ekoloji və təhlükəsiz dezinfeksiya vasitəsini Umico Market-dən əldə etmək olar

Araşdırmalar göstərir ki, işlətdiyimiz telefonlarlar, tualet oturacaqları və qapı tutacaqları kimi digər toxunduğumuz yerlər mikroorqanizmlər üçün yuva olur. Təəssüf ki, kimyəvi dezinfeksiya maddələri və spirtlə silinərək əşyalarımız tam dezinfeksiya olunmur və hətta səhv şəkildə dezinfeksiya olunanda zərərlənə də bilərlər. 

Smartfonunuzun, açarlarınızın, saatınızın, kosmetikanızın və digər xırda əşyalarınızın dezinfeksiyası üçün Sercair Wave texnologiyasını istifadə edin.  UV sterilizasiya işığı sayəsində Sercair Wave mikroorqanizmlərin DNT və RNT molekullarını yox edir. Sadecə əşyaları 15 dəqiqəlik qutunun içinə yerləşdirin. Qutunun içərisində yerləşən USB girişi ilə sterilizasiya zamanı telefonunuzun enerjisini doldura bilərsiniz. Sterilizasiya müddəti: saat, aksesuar və zinət əşyaları üçün 5 dəqiqə. Elektrik cihazlar və telefonlar üçün 10 dəqiqə. Diş fırçası, kosmetik fırça və digər şəxsi baxım əşyaları üçün 15 dəqiqə. 

Sercair Wave modeli daha bir hədiyyə ideyasıdır. Onu Umico Market-də tapa bilərsiniz. 

Məkanın daxilində sterilizasiya üsulları aydındır, bəs çöldə olarkən əlləri və əşyaları necə dezinfeksiya edək? Köməyinizə Sercair Handy M və ya Sercair Handy ultrabənövşəyi sterilizatorlar çatacaq. Portativ mini sterilizatorlar kompüterləri, telefonları, lift düymələrini, açarları, ictimai nəqliyyatda və metroda gözləmə sahələrini, bütün istənilən şəxsi əşyalarınızı və əllərinizi cəmi 10 saniyə içində təmizləyəcəklər. Handy M modeli telefonun USB çıxışına qoşularaq işləyir, Handy modelinin isə avtonom iş rejimi vardır. Hər iki model sizi sərfəli qiymətləri və əl dezinfeksiya gellərinə qənayəti ilə sevindirəcək. 

Elə indi bu sterilizasiya cihazlarından birini Umico Market-də seçib sifariş edə bilərsiniz. 

Sercair Vision M təmassız dezinfeksiya cihazı ofis işçilərinə lazım olacaq. Onu çatdırılma ilə Umico Market-də sifariş edə bilərsiniz.

Gündəlik sağlamlığa qayğı nəfəs aldığınız havadan başlayır. Sercair hava təmizləyiciləri və nəmləndiriciləri, sterilizasiya və dezinfeksiya cihazları havanın keyfiyyətindən əmin olmağınızı təmin edəcəklər. 

Umico və Sercair sizin sağlamlığınızın, gözəlliyinizin, evinizin atmosfer və təmizliyinin qayğısındadırlar. 

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %