Shopping Guide

Novruza hazırlaşırıq. Uşaqlar üçün ən yaxşı brendlərdən olan oyuncaqları seçirik

Novruzu səbisizliklə gözləyən uşaqlardır. Bugün onların təkcə xeyli şənliyi və şirniyyatları yox, hədiyyələri də olur. Bayramın yaxşı keçməsi üçün biz, böyüklər, onlara nə hədiyyə edəcəyimiz haqqında düşünürük. Məsələsi asanlaşdırmaq üçün biz həm oğlanların, həm qızların bəyənəcəyi oyuncaq istəhsalçılarını seçmişik. Bunların hamısını Umico Market-də. 

Hasbro – masaüstü oyunlar, yapılma dəstləri, sevimli poni və “Soyuq ürək”-dən Elza 

Hasbro oyuncaqları – hər uşağın arzusudur. Əlvan və qeyri-adi, onlar saniyələr içində diqqəti cəlb edir. Brendin çeşidliyi o qədər genişdir ki, arasında həm ən balacalar üçün, həm yeniyetmələr üçün hədiyyə tapılar: ikişafedici masaüstü oyunlar və əyləncəli başsındıranlar, sevimli multfilmlərdən qəhrəmanlar və qeyri-adi oyun dəstləri, xırda motorikanın inkişafı üçün oyuncaqlar, fantaziya və abstrakt məntiqi təfəkkürü və hərəkətlərin koordinasiyası üçün oyuncaqlar. 

Hasbro brendi ABŞ-dandır. Şirkət almaniyalı Henri və Helal Hasenfeld tərəfindən təsis olunub və öncə parça istehsalı ilə məşğul idi. İlk oyuncaqlar 1940-ci ildə buraxılıb, bu, həkim və tibb bacısı oyun dəstləri idi. On ildən sonra brendin personajı, Kartofbaş (Mr. Potato Head),  peyda olunub və çox populyar olub. Bu arada, bu ilk televiziyada reklam olunan oyuncaq idi. 1954-cü ildə Hasbro Disney multfilmlərindəki personajlara həsr olunan oyuncaqların istehsalına lisenziya əldə edir. 80-ci illərdə ən tanınan oyuncaqlara çevrilən My Little Pony və Transformers oyuncaqları satışa buraxılıb. Hazırda iri Hasbro korporasiyasının öz adları altında oyuncaqları buraxan xeyli sayda şirkətləri vardır.

Hasbro-nun bu populyar oyuncaqları sevincə səbəb olan hədiyyə olacaq. Umico Market-də seçin:

Mattel – qızlar üçün Barbie, oğlanlar üçün Hot Wheels

Əlində bircə dəfə belə Barbie kuklasını tutan qızı və ya Hot Wheels maşınlarını görməyən oğlanı tapmaq çətindir. Uşaqlarınızda bu brendlərinin oyuncaqları varsa, ikinci, üçüncü, onuncu oyuncaq belə artıq olmayacaq! Bu arada, dünyada ən böyük Barbie kolleksiyasını Düsseldorfda qalan Bettina Dorfman toplayıb. İlk kuklası ona 6 yaşında valideynləri tərəfindən hədiyyə olunub. İndi Bettinanın 18 min kuklası var! Bu rekord rəqəmi ilə qadın Ginnesin Rekordlar kitabına düşüb. 

Mattel şirkətinin tarixi 1945-ci ildə üç dost olan Rut və Elliot Xəndler cütlüyü və Harold Metsonun idarəçiliyi altında başlayıb. Şirkət adı Metson və Elliot adların birləşməsindən kök alıb. Öncə bu, qarajda yerləşən rəsmlər və fotolar üçün çərçivələr istehsal edən kiçik emalatxana idi. İstehsaldan sonra xeyli sayda taxta və plastik kəsimləri qalırdı, və Elliot onlardan kukla evlərini düzəltməyə başlayıb. Bu evlər çərçivələrə nisbətən daha yaxşı satılırdı və oyuncaqların istehsalında fokuslanmağa qərar alındı. 9 Mart 1959-cu il tarixində Nyu-Yorkda keçirilən Amerika beynəlxalq oyuncaq yarmarkasında Mattel öz sahəsində inqilab icra etdi – onlar dünyaya Barbie kuklaların dünyasını təqdim ediblər. 60-ci illərdə isə şirkət Hot Wheels batareyalı oyuncaq maşını satışa buraxaraq oğlanlara gözəl hədiyyə etdi.

Şəbhəsiz, ən istənilən hədiyyələrdən biri. Barbie və Hot Wheels oyuncaqlarını elə indi Umico Market-də əldə edə bilərsiniz: 

MGA Entertainment – 3 yaşdan 12 yaşa kimi olan qızların arzuladığı hədiyyələr 

MGA Entertainment oyuncaqları dünyada bir çox qızcığazların arzusudur. Ən arzu olunan oyuncaqların siyahılarında ilk sətirləri brendə məxsus olan LOL Surprise kuklaları tutur. Onları 139 ölkədə, o cümlədən, Azərbaycanda yaşayan qızlar tanıyır.  Şarın 5 qatını açaraq, hər qatında sürpriz tapan uşağın sevincini təsavür edin. Ən əsası isə – şarın ortasında olan kiçik cazibədar kukladır. Maraqlısı odur ki, uşaq son ana kimi ona hansı kukla düşdüyünü bilmir. İnanın, hər qız LOL Sirprise kolleksiyasını toplamaq arzusundadır. 

MGA Entertainment brendi dünyada çoxdan tanınır. Çox güman ki, Bratz, MoxieGirls və Lalaloopsy kuklaları haqqında eşitmisiniz. Şirkət 1979 ildə İsaak Larian tərəfindən təsis olunub. Uşaqlıqda o, İranın kasıb rayonunda, demək olar ki, xarabalıqda qalırdı, oyuncaqları olmayıb, sonra isə o, daha yaxşı həyata nail olmaq üçün Los-Ancelesə köçüb. Bugün Larianın varlığı milliard dolları keçib, özü isə dünyada ən böyük özəl oyuncaq şirkətinin təsisçisi olub.

İstənilən qız bu hədiyyələri sevəcək. Umico Market-də seçin:  

LEGO – dünyada ən məşhur konstruktor dəstləri 

Bu brendin təqdimatda ehtiyacı yoxdur. LEGO 1932-ci ildən başlayaraq, bütün tarixçəsi boyu “Ancaq ən yaxşısı kifayət qədər yaxşı olur” prinsipi ilə fəaliyyət göstərir. Maraqlısı odur ki, şirkəti xarrat və dülgər assosiyasiyanın briqadiri Ole Kirk Kristiansen qurub, ilk detallar isə taxtadan idi. 1958-ci ildə fabrikada demək olar ki, bütün hasilatı məhv edən yanğın baş verib. Bu, idarə heyəti parçaların istehsalında ərimə dərəcəsi 230-a çatan plastikdən istifadə etmək qərarını almağa vadar edib! Beləliklə, LEGO-nun bütün detalları təsadüf deyil, misal üçün, hər fiqurun başında təhlükəsizlik deliyi var: uşaq onu udsa, boğulma baş verməyəcək. Britaniya satıcılar asossiyasiyası LEGO kərpiçiciklərini ХХ-ci əsrin ən vacib oyuncaqlardan biri təyin edib. Təsavür edin, bir ilin içində satılan konstruktor detallarından bir zəncir yıqsalar, o, Yer kürəsini 10 dəfəyə yaxın dolayacaq. 

LEGO konstruktoru xırda motorikanı, təxəyyülü, məkani təfəkkürü, biliyə həvəsi, səbri, məqsədə yönüllüyü inkişaf edir. Şəhərləri yaradaraq, onları sakinlərlə dolduraraq, onların həyatlarını izləyərək, oyun həkayələri və vəziyyətlərini düşünərək, uşaqlar dünyanı təkçə modelləşdirmir, həmçinin, öyrənir. LEGO dəstləri hər yaşa özəl olaraq hazırlanır: 

  • 1 yaşa qədər körpələr üçün – LEGO Duplo;
  • 4 yaşdan yuxarı uşaqlar üçün – Juniors, Creator, Classic;
  • 5 yaşdan yuxarı – Disney Princess, Friends, City, Minifigures; 
  • 6 yaşdan yuxarı – Star Wars, Bionicle;
  • 7 yaşdan yuxarı Technic, Elves, Super Heroes , Nexo Knights, Ninjago; 
  • Böyüklər üçün Education və Mindstorms dəstləri uyğun olacaq.

Umico Market-də LEGO dəstlərini seçin:

Zapf Creation-dən qız üçün kuklalar

Bu kuklalar əsl körpələrə oxşayır, onlar ağlamağı, butulkadan içməyi və sıyığı yeməyi bacarır. Onlarla oynamaq müxtəlif yaşlarda olan qızlara maraqlı olacaq. Balaca qızlar üçün ölçüsü 30 sm-dək olan kuklaları seçmək məsləhətlidir. Onun danışıq bacarığını uşaq sevəcək, biryaşlı uşaqlar hətta oynayarkən ilk sözlərini tələffüz etməyə öyrənə bilər. Ağlamağı bacaran kuklalarda çox vaxt onları sakitləşdirən əmzikləri də olur. Bu oxşaqlığı da körpələr bəyənəcək! Bezləri tərqidən körpələrə güvəcə getməyi bacaran məşhur Baby Born pupsunu almaq olar. 5-6 yaşlı qızlar anaların hərəkətlərini təkrarlayır: oyuncaq uşaqlar ilə ünsiyyət qurur, bələməyi, bez və paltar dəyişməyi öyrənir. Buna görə onların oyunu fərqli olur – kuklaların qayğısına dururlar və hər yerə özləri ilə aparırlar. 

Zapf Creation oyuncaqların interaktiv funksiyaları digər brendlərdən çoxdur. Məşhur Baby Annabelle kuklasını 1998-ci ildən istehsal edirlər, hazırda oyuncağın 9-cu versiyası satılır. Hər yeni Annabelle oyuncağının funksiyaları daha mürəkkəb olur: indi kuklanın mimikası var, o, əsnəyir, əmziyi sovuranda və ya butulkadan içəndə ağzını tərpədir

Bu möcüzəli kuklanı Umico Market-də tapmaq olar:

VTech – ən balacalar üçün

Bu Honkonq brendi XXI-ci əsr uşaq oyuncaqlarının mücəssəməsidir. İnteraktiv, innovativ, inkişafedici VTech brendi körpələr, balacalar və məktəbəqədər uşaqlar üçün olan oyuncaqlarının ABŞ-da, Fransada, Britaniyada və Almaniyada bir nömrəli istehsalçısı olub. Oyuncaqlar 25 dillərdə danışır və 78 ölkədə satılır. 

Bütün Vtech oyuncaqları qipoallerqen, ekoloji təmiz, etibarlı və zərərsiz materiallardan istehsal olunur. Bu, körpələr üçün çox vacibdir. Oyuncaqlar təkcə keyfiyyətli yox, həmçinin, uzunömürlüdür. Onlar uşağınıza əlifbanı, hecaları, sözləri, yanıltmacları, rəqəmləri, həndəsi fiqurları öyrənməyə kömək edəcək. Öyrənib oynayarkən uşağınız heç vaxt darıxmayacaq. Körpələr Bip Bip Toot-Toot Drivers maşınlarını mütləq sevəcək. Bu, musiqi və mahnıları oynadan, cümlələri tələffüz edən və səs verən quraşdırılmış SmartPoint texnologiyası olan öyrədici elektron oyuncaqlar və oyun dəstləridir. Bu seriyanın oyuncaqları uşaqların söz ehtiyatını artırır, musiqini düzgün qavrama qabilliyətini öyrədir, motorikanı və təsavvürünü yaxşılaşdırır. 

Bu brendin oyuncaqlarını Umico Market-də tapacaqsınız:

Uşaqlarınız başqa nəyi bəyənər?

Qitara

71.99 AZN

Həkim dəsti

25.20 AZN

Uşağın arzusunu duyun və ən yaxşı hədiyyəni Umico Market-də seçin. Qoy bu hədiyyə ürəyi sevinclə doldursun! 

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %