Umico Health

Özü düzəlməyəcək. Günəş yanıqlarını necə müalicə etmək olar

Yayda buludlu havada belə günəş yanığı almaq çox asandır. Simptomlar çoxlarına yaxşı məlumdur – toxunmaq belə mümkün olmayan qırmızı və ağrılı dəri. Belə anlarda əlinin altında olan hər şeyi dəriyə sürtmək istəyirsən ki, ağrı azalsın. Lakin xalq reseptlərinə uyğun olaraq soyuducudan xamanı çıxartmağa tələsməyin, o, əksinə zərər verə bilər. 

Bugün “Özü düzəlməyəcək” layihəsində sizə günəş yanıqları ilə özünüzə və başqalarına necə kömək edəcəyinizi izah edəcəyik. Bu adi naxoşluq kimi görünə bilər, amma bunun qarşısını almaq daha yaxşı olar. Mütəxəssislərin fikrinə görə günəş yanıqları dəri xərçəngi (melanoma) inkişaf riskini əhəmiyyətli dərəcədə artırır. ÜST-ün verdiyi məlumata görə, xəstəliyin hər beş hadisəsindən dördündən qurtulmaq olar, çünki ultrabənövşəyi radiasiyanın zərərinin qarşısını almaq olar. Layihə Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə ortaq şəkildə hazırlanıb.

Günəş yanıqları nədir 

Günəş yanıqları, ultrabənövşəyi radiasiyaya həddindən artıq məruz qalması səbəbindən meydana gələn dərinin iltihabıdır. Belə bir yanıqlar, melaninin (dərini günəşdən qoruyan piqment) günəş işığına çox güclü məruz qalması ilə işinin öhdəsindən gəlmədiyi zaman baş verir (eyni şey solyariumu ziyarət edərkən də baş verə bilər!).

Nə baş verir? Ultrabənövşəyi işığa məruz qaldığımızda bədən daha çox piqment istehsal edərək özünü qoruyur. Beləliklə qaralırıq: çox miqdarda melanin qaralmanı meydana gətirir, bədənin köməyi ilə ultrabənövşəyi şüaları bloklayır və yanıqlardan qoruyur. Lakin ultrabənövşəyi radiasiya çox güclüdürsə və ya dəriniz ağdırsa, nəticə günəş yanığı olacaq. Yeri gəlmişkən, dərisi ağ olan insanlar günorta saatlarında günəşə 15 dəqiqə məruz qaldıqdan sonra da yanıq ala bilərlər, dərisi qara olanlar isə eyni təsirə bir neçə saat asanlıqla dözə bilərlər.

Günəş yanığı niyə təhlükəlidir 

Günəş yanığı həm dəri, həm də göz üçün zərərlidir. Təkrarlanan həddindən artıq ultrabənövşəyi şüalanma (həm günəşdə, həm də solyariumda) dərinin qurumasına və erkən qocalmasına, yaş ləkələrinin görünməsinə və hətta kataraktın inkişafına səbəb olur.

Ən böyük təhlükə isə başqa bir şeydir – ultrabənövşəyi şüalanma hüceyrələrdə DNT-yə zərər verir və bu dəri xərçəngi inkişaf riskini artırır. Melanoma, metastazların sürətli yaranmasına görə ən aqressiv xərçənglərdən biri hesab olunur. Yeri gəlmişkən, uşaqlıqda və yeniyetməlikdə günəş yanığı dəri xərçəngi riskini ikiqat artırır. Buna görə uşaqları mümkün qədər birbaşa günəş işığından qorumağa çalışın.

Günəş yanığı haqda miflər 

  1. Qaralmış insan günəşdən yanmır və onu gün vura bilməz. Əslində, bu səhv fikirdir. Hər bir insanın özünün günəşə təhlükəsiz təsir sərhədləri var və qaralmış bir adam qızmar günəş altında lazım olduğundan çox olsa, mənfi nəticələrdən qorunmur.
  1. Əgər bol miqdarda günəşdən qoruyucu krem ​​tətbiq etsəniz, günəş yanığı və istilik vurması baş verməyəcəkdir. Əlbəttə, düzgün seçilmiş günəşdən qoruyan krem ​​sizi qoruyacaq. Lakin ultrabənövşəyi radiasiya çox güclü və uzun çəkən olsa, bədənin ümumi isinməsi, istilik vurması və günəş yanığı meydana gələ bilər.
  1. Buludlu havada günəş yanığı olmur. UV şüalarının 80%-ə qədəri buludlara nüfuz edir, buna görə günəşin buludların arxasında olduğu halda belə ehtiyatlı olun. Diqqət yetirməli olduğunuz şey, demək olar ki, bütün hava saytlarında göstərilən UV indeksidir. 3-dən yuxarıdırsa, buludlu havada da günəşdən maksimum dərəcədə qorunmağa hazırlaşmalısınız.
  1. Suda olduqda, yana bilmərik. Suda olduğumuz zaman başımız, çiyinlərimiz və çox vaxt qollarımız suyun altında olmur. Günəş şüaları sudan yaxşı əks olunur. Nəticədə şüaları həm yuxarıdan, həm də sudan alırıq – sahildə olduğundan suda daha çox qaralırıq.
  2. Günəş yanığı xama ilə müalicə olunmalıdır. Əslində bu üsul təhlükəlidir. Yanıqların müalicəsi üçün bunun üçün nəzərdə tutulmuş vəsaitlərdən istifadə etməlisiniz.

Günəş yanığının simptomları və dərəcələri

Digər yanıqlar kimi, günəş yanıqları da müxtəlif dərəcələrdə ola bilər – yüngül və ağır.  

I dərəcəli günəş yanığı

Bu halda dərinin xarici təbəqəsi (epidermis) zədələnir. Birinci dərəcəli günəş yanığı olan insan günəş işığına məruz qaldıqdan təxminən dörd saat sonra aşağıdakı simptomları görə bilər:

  • ağ dəridə daha çox nəzərə çarpan qızartı;
  • isti və ya daralma hissi;
  • şişlik və ya ağrılı qabarcıqlar;
  • baş ağrısı, yorğunluq və ürək bulanması;
  • yüksək temperatur.

3-8 gündən sonra dəri soyulmağa başlaya bilər. Bu, dərinin zədələnmiş hüceyrələrdən özünü sağaltdığına işarədir. Dərini özünüz soymayın! Bu cür siz ona yalnız zərər verə bilərsiniz. Birinci dərəcəli günəş yanıqlarının sağalması 7-10 günə qədər davam edə bilər.

II dərəcəli günəş yanığı

Bu halda, epidermis zədələnir – dərinin xarici təbəqəsi və yanında yerləşən dermis. İkinci dərəcəli günəş yanığı olan insan aşağıdakı simptomları görə bilər:

  • dərinin zədələnmiş hissəsində tünd qırmızı dəri tonu;
  • şişlik və qabarcıqlar;
  • nəmli, parlaq dəri;
  • kəskin ağrı;
  • yanmış hissədə ağ dəri;
  • qızdırma, istilik və üşütmə hissi;
  • yorğunluq, başgicəllənmə, qarışıqlıq;
  • ürək bulanması və qusma;
  • baş ağrısı və əzələ spazmaları;
  • sürətli nəfəs alma və ya sürətli nəbz. 

İkinci dərəcəli yanığın yaxşılaşması bir neçə həftə çəkə bilər. Bu əlavə müalicə tələb edə bilər: xüsusi krem ​​və sarğı. Bir çox simptomu olan belə yanma ilə mütləq həkimə müraciət etməlisiniz.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Günəş yanığı zamanı necə kömək etmək olar 

  1. Ən başlıcası günəşdən gizlənməkdir. Və yalnız hava istiliyinin eyni olacağı bir örtük altında deyil, daha aşağı temperaturda olan və günəşdən qorunan bir otağa girin. Yaxında belə bir yer yoxdursa, bədəninizi ultrabənövşəyi radiasiyadan maksimum dərəcədə qoruyacaq paltarla örtməyiniz kifayətdir. Bunların pambıq paltar olması məsləhətdir, onu soyuq suya da sala bilərsiniz.
  2. Növbəti addım soyuq duşdur. Mümkün qədər tez qəbul etməyə çalışın. Qıcıqlanmanı aradan qaldırmaq, dərini sakitləşdirmək, bədən istiliyini aşağı salmaq və yanığın inkişafını dayandırmaq üçün suyun temperaturu təxminən 20 dərəcə olmalıdır. Dərini daha çox zədələməmək üçün güclü jetdən istifadə etməyin.
  3. Digər vacib məqam dəri nəmləndirməsidir. Xüsusi E vitamini, çobanyastığı ekstraktı, aloe suyu və pantenol ilə xüsusi nəmləndiricilər istifadə edin. Yanma halında, heç bir halda alkoqollu losyonlar və kefir və ya xama kimi turşu tərkibli maddələrdən istifadə edilməməlidir – bu dərinin öz keyfiyyətinə mənfi təsir göstərə bilər.
  4. Yanmadan gələn ağrı keçməzsə, davamlı yanma hissi və qıcqırma hiss etsəniz, o zaman ağrıkəsici dərman qəbul edə bilərsiniz. Məsələn, parasetamol və ya ibuprofen.
  5. Şişkinlik yaranarsa, bir antihistamin preparat qəbul edin və dərinizə bir antihistamin gel tətbiq edin.
  6. Bol su için. Bu çox vacibdir, çünki günəş yanığı mayeni bədənin qalan hissəsindən götürüb dərinin səthinə çəkir. Daha çox su içmək susuzlaşdırmanın qarşısını almağa kömək edə bilər.
  7. Dəridə qabarcıqlar yaranarsa, sağalmasını gözləyin. Zəruri hallarda, silikon və ya bərpaedici maddələr olan xüsusi sarğılardan istifadə edə bilərsiniz. Həkim nəzarəti olmadan qabarcıqları özünüz qoparmağa çalışmayın. Qabarcıqların zədələnməsi əlavə narahatlıq və infeksiya riski yaradır.
  8. Qızartı, yanma və digər ağrılı hisslər keçdikdə yenidən günəş vannası ala bilərsiniz, sadəcə bütün tədbirlərə əməl edin.

Uşaq günəş yanığı alarsa

Unutmayın ki, altı aylığına qədər körpələr birbaşa günəş işığına qətiyyən məruz qalmamalıdır. Digər hər kəs günəşdən yaxşı qorunmalıdır: hər zaman SPF 50+ kremindən istifadə edin, kölgədə qalın, panama və papaq taxın, körpə müqavimət göstərmirsə, günəş eynəyi taxın (ultrabənövşəyi şüalanmanın qarşısını alın).

Övladınız günəş yanığına məruz qalarsa, bunları etməlisiniz:

  • dərini sərinləmək üçün körpəni otaq temperaturunda təmiz suda çimizdirin;
  • bədən mayelərini bərpa etmək və susuzlaşdırmanın qarşısını almaq üçün su içizdirin ;
  • uşağınız müntəzəm olaraq işəmirsə həkimə müraciət edin – bu fövqəladə vəziyyətdir;
  • dərini sakitləşdirmək üçün yüngül nəmləndirici losyon tətbiq edin (bərk sürtməyin);
  • kalamin losyonunun tətbiqi lokallaşdırılmış qızartıya qarşı kömək edə bilər, lakin antigistaminlə birlikdə istifadə etməyin.
  • spirt və kamfora tərkibli preparatlar tətbiq etməyin, dərini həddən artıq soyuda bilər;
  • yanıq sağalana qədər körpəni günəşdən uzaq saxlayın;
  • uşaq bir yaşında və ya daha böyükdürsə, şiddətli ağrı, qabarcıqlar, halsızlıq və ya yüksək hərarət (temperatur 38.3°C-dən yuxarı olduqda) həkimə müraciət etmək üçün səbəb hesab olunur.

Bir yaşınadək bir uşaq günəş yanığı alarsa, dərhal həkimə müraciət etməyiniz məsləhət görülür.

Günəş yanığından necə qorunmaq olar 

Sadə tədbirlərə riayət etmək çox vacibdir:

  1. Ən əsas təsiredici vasitə enli papaq və qapalı hava keçirən paltarları taxmaqdır.
  2. Günəş şüaları gözlərə də aqressiv təsir göstərir. Günəş eynəyi gözlərinizi 99% qoruyacaq.
  3. Bədəninizin, əllərinizin, üzünüzün və boynunuzun açıq hissələrinə SPF 30 və ya daha yüksək olan günəşdən qoruyucu krem ​​tətbiq edin. Bu çölə çıxmadan 15 dəqiqə əvvəl edilməlidir.
  4. Kremi hər iki saatdan bir təzələyin, həmçinin çimməkdən və intensiv işdən sonra tərləmə zamanı, məsələn, güclü idman və ya oyun sonrası yenidən tətbiq olunmalıdır. Yeri gəlmişkən, burada günəş kremi necə seçiləcəyini və düzgün tətbiq ediləcəyini ətraflı izah etdik.
  5. Günəşin aktiv olmadığı zaman günəşdə olmağa çalışın: səhər saat 11-dən əvvəl və axşam 17-dən sonra.
  6. Kölgə axtarın – bu sizi aktiv günəşdən qoruyacaq.

Unutmayın ki, özünü müalicə etməkdənsə, həkimə müraciət etmək daha yaxşıdır. Günəş yanığı əlamətləri uzun müddət davam edirsə və sizi narahat edirsə, bir mütəxəssisə müraciət edin.

Sağlam olun!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %