Umico Health

Özü keçməyəcək. Ayaqda qıcolmanın səbəbləri nədir

Ayaqlarda qıcolma – bu xoşagəlməz hiss gün ərzində çox oturanlara yaxşı məlumdur. Yeri gəlmişkən, qıcolmaya çox işləmək və ya susuzluq da gətirə bilər. Ümumiyyətlə, bu təhlükəli deyil, lakin qıcolmalar tez-tez təkrarlanırsa, sağlamlığınız haqqında düşünmək üçün səbəb var.

Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə birlikdə qıcolmanın səbəblərini, belə bir vəziyyətdə özünüzə necə kömək edəcəyinizi və qıcolmanın təhlükəli olub-olmamasını anlamağa çalışacağıq. Əgər belə problemlə qarşılaşmısınızsa, RDM-ə müraciət edə və eyni zamanda 3,5%-ə qədər Umico bonusları ilə keşbek əldə edə bilərsiniz.

Qıcolma nədir?

Bunu insan özü yaşadığı zaman yaxşı başa düşə bilər. Tibbi dildə desək, qıcolma ağrı ilə müşayiət olunan qeyri-iradi əzələ daralmasıdır. Bu, spazm zamanı əzələlərin sıxılmasından irəli gəlir. Dərinizin altında hətta sərt bir parça hiss edə bilərsiniz. Spazm bir neçə saniyə və ya bir neçə dəqiqə davam edir, lakin bundan sonra ağrı bütün gün sizi müşayiət edə bilər. Qıcolma adətən pəncədə, ombada olur, lakin ən çox baldırda olur.

Statistikaya görə, ayaqlarda qıcolma insanın yaşından və cinsiyyətindən asılı deyil. Lakin ən çox qıcolmalar yaşlılarda baş verir – 60 yaşdan yuxarı hər üçüncü insanda, 80 yaşdan yuxarı iki nəfərdən biri, həmçinin hamilə qadınların yarısında olur. Bundan əlavə, tədqiqatlar göstərir ki, əzələ qıcolması əksər idmançılarda olur. Əzələ qıcolması adətən məşq zamanı yaranır, lakin insanların təxminən 25%-i yuxu zamanı da qıcolmanı yaşayır. Maraqlıdır ki, yay aylarında gecə sancılarından şikayətlərin sayı 70% artır. Deyilənə görə, bu susuzluq və ya əzələ yorğunluğu ilə əlaqəlidir.

Qıcolmanın səbəbi nədir?

Qıcolma çox vaxt özbaşına baş verir. Ayaqda gün ərzində, idman zamanı qıcolma yarana bilər, lakin çox vaxt yuxuda olur. Əksər hallarda qıcolma öz-özünə yox olur, lakin bəzən də ciddi xəstəliklərin əlamətinə çevrilir.

Bəli, ayaq və barmaq qıcolması ağrılı ola bilər, lakin əsasən zərərsizdir. Əslində, bu simptomlar nadir hallarda orqanizmdə ciddi pozğunluqları göstərir. Qıcolmanın ən çox görülən səbəbləri bunlardır:

  • Bir çox hallarda pəncənin deformasiyasına görə əzələlər həddindən artıq gərginləşir. Buna ayaq altının yastı olması və ya əksinə, çox çökək olması səbəb ola bilər. Dar ayaqqabılar və ya keyfiyyətsiz materialdan hazırlanmış ayaqqabılar da qıcolmaya səbəb ola bilər.
  • Gərginlik və ya həddindən artıq həyəcan. Güclü fiziki gərginlik zamanı baş verən mikrotravmalar əzələ liflərini zədələyir, bərpa edildikdə isə qıcolmalar baş verir. Həmçinin, artıq yüklənmə və hətta sinir gərginliyi ilə əzələləri və onurğa beyni və ya beyni birləşdirən sinir lifləri həddindən artıq yüklənir – və qıcolmalar baş verir.
  • Həddindən artıq soyuma. Qıcolma tez-tez suda baş verir, əsas səbəblərdən biri həddindən artıq soyuma və ya kəskin temperatur düşməsidir. Buna görə də suya tərli, isti daxil olmaq qəti şəkildə tövsiyə edilmir: kəskin temperatur fərqi damarların spazmına səbəb olur, qan dövranı pozulur və ondan sonra qıcolma yaranır.
  • Damarların varikoz genişlənməsi. Damarlarınızda problem varsa, üzgüçülük zamanı xüsusilə diqqətli olmalısınız: varikoz damarları qıcolmaların risk faktorlarından biridir. Varikoz damarları haqqında bilməli olduğunuz hər şeyi “Özü keçməyəcək” rubrikamızda oxuya bilərsiniz.
  • Maqnezium çatışmazlığı. Kalium, maqnezium, natrium və kalsium elektrolitləri əzələ lifləri də daxil olmaqla sinir siqnallarının ötürülməsindən məsuldur. Və bu mikroelementlərindən ən azı biri orqanizmdə kifayət deyilsə, əsasən uyğun olmayan vaxtda – məsələn, üzgüçülük zamanı və ya yolu keçərkən qıcolmalar baş verə bilər.
Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Qıcolma baş verdikdə nə etməli?

Heç bir dərman qıcolmanı aradan qaldırmağa kömək etməyəcək. Ağrı kəsiciləri nəzəri olaraq əzələ ağrılarınızı rahatlaşdıra bilər, lakin onlar təsir edənə qədər qıcolma artıq keçəcək. Narahatlıqdan xilas olmaq üçün bu üsullardan istifadə edə bilərsiniz:

  • Əgər qıcolma siz uzanarkən baş verirsə, ayağa durun;
  • Ayağınızı mümkün qədər uzadın və pəncənizi aşağı salın;
  • Qıcolma olan əzələyə buz qoyun;
  • Ayağınızı yelləyin;
  • Əzələni əllərinizlə ovxalayın;
  • İsti vanna qəbul edin;
  • Gəzin.

Ayaqda qıcolma quruda baş veribsə, bu o qədər ciddi problem deyil. Qıcolmanın suda baş verməsi isə daha ciddidir. Unutmayın, əsas odur ki, panikaya düşməyin! Suda olduğunuz zaman da özünüzə kömək edə bilərsiniz. Əzələlərinizi yaxşıca uzatmağa çalışın. Baldır əzələləri sıxılırsa, ayaq barmaqlarınızı mümkün qədər qaldırmağa çalışın, aşağı ayağın istiqamətinə çəkin.

Budun ön hissəsində qıcolma olduqda, mümkün qədər dərindən nəfəs alın, zədələnmiş ayağı dizdə bükün və hər iki əlinizlə barmaqlarınızı mümkün qədər ombaya doğru çəkin.

Profilaktikası varmı?

Gündə üç dəfə beş saniyəlik fasilə ilə 4 dəfə baldır əzələsini 10 saniyəlik uzatmağın qıcolma riskini azaltdığına dair sübutlar var. Yatmazdan əvvəl 3 dəqiqə baldır əzələlərini və ombanın arxa əzələlərini uzatmaq gecə qıcolmasının tezliyini və şiddətini azaltmağa kömək edəcəkdir. Qıcolmanın qarşısını almaq üçün bəzi digər məsləhətlər:

  1. Qıcolmalar tez-tez baş verirsə, daha çox ayaqyalın gəzməyə çalışın. Bu, həm pəncə əzələlərini, həm də qövsünü gücləndirir. Ayaq barmaqlarının təbii mövqeyi düz ayaq altının yastı olması kimi zədələri düzəldə və ya qarşısını ala bilər.
  2. Orqanizmi əzələlərin ehtiyac duyduğu vacib minerallar, vitaminlər və mikroelementləri ilə təmin edən balanslaşdırılmış sağlam qidalar yeyin. Banan, qoz-fındıq və tam taxıl kimi maqneziumla zəngin qidaları müntəzəm olaraq yeyin. Kifayət qədər protein aldığınızdan əmin olun.
  3. Kifayət qədər su için – gündə 1,5 litr. Qəhvənin susuzlaşdırdığını və buna görə də qıcolmaya səbəb ola biləcəyini unutmayın. Spirtli içkilərdən çox istifadə etməyin. Onlar, elektrolit balansına və sinirlərin qıcıqlandırıcıları necə emal etməsinə mənfi təsir göstərir.
  4. Daha çox hərəkət edin. Əzələlərin məşqə ehtiyacı var.
  5. Göstərişlərə uyğun olaraq maqnezium, kalsium və kalium kimi əlavələr qəbul edin.

Suda ayaq qıcolması kimi narahatlığın qarşısını almaq üçün üzgüçülükdən əvvəl yaxşı istiləşmək daha yaxşıdır: yerində qaçmaq, ayaqları qaldırmaq və əymək, oturub-durmaq. Qan axını yaxşılaşdırmaq üçün əvvəlcədən baldır və omba əzələlərini yaxşıca sürtmək və uzatmaq artıq olmaz. Bundan sonra hətta soyuq suda çimmək belə qıcolma yaratmayacaq.

Təəssüf ki, bəzən qıcolma sağlamlıqda ciddi problemlərin olmasının göstəricisidir. İlk növbədə diabet. Həmçinin, varikoz damarları, ateroskleroz və ürək-damar xəstəlikləri olan insanlar tez-tez qıcolma ilə qarşılaşırlar. Əgər spazmlar tez-tez təkrarlanırsa və ağrıya səbəb olursa, mütləq həkiminizlə məsləhətləşin!

Sağlam olun!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %