Umico Health

Özü keçməyəcək. Hemoqlobin nədir və nəyə təsir edir

Hemoqlobin hüceyrələrin bədən boyunca oksigenin daşımasına kömək edir – bu bizim üçün əsas və həyatımız üçün vacib məsələdir. Hemoqlobinin aşağı səviyyədə olması təqdirdə insan özünü yorğun və ya zəif hiss edə bilər və eyni zamanda bu digər, daha ciddi xəstəliklərin simptomları ola bilər. Bu səbəbdən hemoqlobinin qaydasında olmağı çox vacibdir. 

Bu gün “Özü keçməyəcək ” layihəsində sizə hemoqlobinin nə olduğunu, səviyyəsini izləməyin nə üçün vacib olduğunu, bu göstəricinin normadan aşağı və ya yuxarı olması nəyə səbəb ola biləcəyini və hemoqlobini hansı məhsulların artırdığını izah edəcəyik. Layihə Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə birgə aparılır.

Hemoqlobin nədir

Orqanizmi dəmirlə təmin edən qırmızı qan hüceyrələrindən (eritrositlər) ibarət zülalın adı hemoqlobindir. Əsas vəzifəsi tənəffüs zamanı oksigen molekulları ilə birləşmək və sonra qan dövranı ilə birlikdə onları orqan və toxumalara daşıyıb verməkdir. Oksigeni verdikdən sonra hemoqlobin başqa bir “sərnişini” – karbon dioksidi götürür və onu ağ ciyərlərə ötürür, oradan isə o, hava ilə orqanizmdən çıxır. Belə çıxır ki, nəfəs aldıqda oksigen alırıq, nəfəs verdikdə isə – karbon qazından azad oluruq. Hemoqlobin olmadan bu sadəcə mümkün deyil.

© PIXABAY 

Hemoqlobin səviyyəsinə yaş, cinsiyyət və xəstəliklər kimi müxtəlif amillər təsir edir. Normadan fərqli olması bir çox diaqnozlarla əlaqəli ola bilər, baxmayaraq ki, bəziləri üçün fərdi bir xüsusiyyətdir. Buna görə, analizlərin göstəriciləri normal deyilsə, özünüz müalicə aparmayın, hər hansı bir vəziyyətdə nə etmək lazım olduğunu yalnız həkim təyin edə bilər.

Hemoqlobinin səviyyəsini niyə nəzarətdə saxlamaq vacibdir

  • Kişilər üçün norma: 1 litr qana 130-140 q hemoqlobin
  • Qadınlar üçün norma: 120-140 q/l
  • Hamilə qadınlar üçün norma: 110-155 q/l
  • Uşaqlar üçün norma: yaşdan asılıdır. Uşaq dünyaya gələndə və birinci 3 gün ərzində hemoqlobinin norması maksimal səviyyədə olur – 145–225 q/l. Sonra bu göstərici yetkinlik yaşına çatana qədər azalır və qızlarda 115–153-dək, oğlanlarda isə 117–160 q/l olur.  

Hemoqlobinin səviyyəsi aşağıdırsa, orqanizm daha az oksigen alır. Ürək, beyin və digər orqanlar hipoksiyadan əziyyət çəkir, bu da onların fəaliyyətinə və bizim ümumi halımıza pis təsir göstərir. Normadan uzun müddət ərzində fərqli (istər aşağı, istərsə də yuxarı) olması ciddi fəsadlara səbəb ola bilər. Məsələn, hemoqlobin normadan yuxarı olduqda qırmızı qan hüceyrələrinin həcmi artır. Nəticədə nə baş verə bilər? İncə kapillyarların keçiriciliyi azalır, orqanizmin bütün orqan və toxumalarının qidalanması pisləşir. Bütün bunlar immunitetin zəifləməsinə, şişkinliyin yaranmasına və regenerasiya proseslərinin ləngiməsinə səbəb olur. Bundan əlavə, hemoqlobin göstəriciləri erkən mərhələlərdə bir çox ciddi xəstəlikləri müəyyən etməyə kömək edir. 

Hemoqlobinin yoxlanılmasını tələb edən simptomlar:

  • davamlı yorğunluq və apatiya;
  • tez yorulma və tez-tez baş ağrısı;
  • yuxusuzluq və ya əksinə, yuxululuq;
  • yaddaşın pozulması;
  • üzdəki solğunluq;
  • uzun müddət sağalmayan yaralar və qançırlar;
  • daimi susuzluq və ağızda quruluq;
  • sürətli ürək döyüntüsü və nəfəs darlığı.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, təqribən 2,3 milyard insanda (dünya əhalisinin üçdə biri) dəmir çatışmamazlığı var. Bu qlobal problem orqanizmdə bir çox problemlərə səbəb olur. 

selfhacked.com

Hemoqlobin səviyyəsini izləmək kimlər üçün xüsusilə vacibdir:

  • uşaqlar;
  • hamilə və süd verən qadınlar
  • aybaşı dövrünə yeni başlayan yeniyetmə qızlar 
  • intensiv və müntəzəm olaraq idmanla məşğul olanlar
  • vegetarianlar

Hemoqlobin səviyyəsi yüksəkdirsə

Çox olması yaxşı demək deyil. Hemoqlobinin əhəmiyyətli dərəcədə artması qanın qatılaşmasına səbəb olur. Bu halda qan təchizatı pisləşir, yəni qan laxtalanması, insult, infarkt, ürək ritminin pozulması riski artır. Hansı simptomlar hemoqlobinin artdığını göstərə bilər? Baş ağrısı, uzun müddət davam edən göyərmə, qanaxma, tərləmə, anormal kilo itkisi, göz ağlarında sarımtıl çalarlar və oynaqların şişməsi. 

Artan hemoqlobinin səbəblərinə yalnız xəstəlik deyil, həm də həyat tərzi səbəb ola bilər. İlk addım kifayət qədər təmiz su içdiyinizi yoxlamaqdır. Plazma həcminin çatışmazlığı çox sayda qırmızı qan hüceyrəsinin istehsalına səbəb olur. İkincisi, siqaret çəkmək hemoqlobini artırır. Unutmayın ki, siqaret çəkənin hemoqlobinin norması minimaldırsa, əslində bu, bu mürəkkəb zülalın çatışmazlığı deməkdir. Üçüncüsü, yaşayış yeri – dağlıq ərazilərdə yaşayan insanların hemoqlobini yüksək ola bilər. Belə şəraitdə hava az olur, içindəki oksigen miqdarı azdır, buna görə də orqanizmin hüceyrələri bu çatışmazlığı hemoqlobini artıraraq kompensasiya etməyə çalışırlar. Dördüncüsü, fiziki aktivlik hemoqlobini artırır, idmançılar, yüngül atletika ilə məşğul olanlar və alpinistlər bundan əziyyət çəkir. Başqa bir səbəb peşənizdir, məsələn, pilot və stüardessalarda hemoqlobin yüksək səviyyədə ola bilər.

Bununla birlikdə, artan göstərici çox vaxt mümkün xəstəliklərdən və sağlamlıq problemlərindən xəbər verir. Misal üçün:

  • Anadangəlmə ürək qüsuru. Qanın hərəkət etməsini və orqanizmə oksigenin çatdırılmasını çətinləşdirir.
  • Susuzluq. Qusma, ishal və ya sidikqovucu vasitələrinin qəbul edilməsi. Maye çatışmazlığı, onları tarazlaşdırmaq üçün qırmızı qan hüceyrələrinin sayının artmasına səbəb ola bilər.
  • Böyrək xəstəlikləri. Bəzi şişlər böyrəklərdə daha çox qırmızı qan hüceyrələrinin böyüməsini stimullaşdıran hormon olan eritropoetin əmələ gətirir.
  • Ağciyər xəstəlikləri. Səmərəsiz tənəffüs səbəbindən orqanizm kifayət qədər oksigen almaq üçün daha çox qan hüceyrəsi istehsal edir
  • Polisitemiya. Orqanizmin əlavə qırmızı qan hüceyrələri istehsalına səbəb olan xroniki bir neoplazma.
  • Orqanizmdə artıq vitaminlər. Bu, B9, B12 vitaminlərinə aiddir.

Aşağı səviyyəli hemoqlobin

freepik.com

Hemoqlobin qanda aşağı səviyyəsinə anemiya deyilir. Simptomları qan testi olmadan aşkar edilə bilər: başgicəllənmə, yuxu pozğunluğu, əllər və ayaqlar daim donur və dəri solğun olur. Anemiya şərti olaraq üç dərəcəyə bölünür: yüngül, orta və ağır. Yenə də aşağı hemoqlobin həmişə xəstəlikdən xəbər vermir.

Səbəblər fərqli ola bilər: cərrahiyyə əməliyyatı, travma, qan itkisi, donorluq, hamiləlik, aşağı kalorili pəhrizlər və vegetarianizm.

Lakin anemiyaya xəstəliklər də səbəb ola bilər:

  • sümük iliyi xəstəlikləri
  • qaraciyər sirrozu
  • hipotiroidizm
  • böyrək çatışmazlığı
  • uşaqlıq mioması
  • qurğuşun zəhərlənməsi
  • onkologiya

Bu o demək deyil ki, özünüzü pis hiss edirsinizsə təcili olaraq testdən keçməlisiniz. Səbəbləri bəlli olmayan, davamlı olan astenik sindromun olub olmadığını yoxlamağa dəyər. Bu vəziyyətdə mütləq həkiminizə müraciət edin.

Hemoqlobinin səviyyəsini necə artırmalı

Если отклонения от нормы небольшие, и нет причин для беспокойства, то вы восстановите уровень гемоглобина, просто скорректировав питание. Вот несколько советов, что стоит сделать.

  1. Qida rasionunuza dəmirlə zəngin qidalar əlavə edin. Bunu hər şeydən əvvəl etmək lazımdır, çünki hemoqlobin istehsal etmək üçün bədənin dəmirə ehtiyacı var. Bu mikroelement yetərli deyilsə, demir çatışmazlığı anemiyası inkişaf edir. Yeməkdən dəmir alma nisbəti gündə təxminən 8-10 mq-dır. Dəmir əsasən ət və ət məhsullarında olur. Məsələn, 100 q qaraciyərdə gündəlik dəyərin 49% -i olan 6,9 mq dəmir var.

Dəmirlə zəngin qidalar :

  • Qaraciyər
  • dana əti
  • balıq və dəniz məhsulları
  • brokkoli və ispanaq
  • yaşıl lobya
  • kələm
  • mərci və lobya
  • tofu
  • çərəz və quru meyvələr
  • tünd çokolad
  1. Kifayət qədər folat aldığınızdan əmin olun. Bu B vitamini orqanizmdə hemoqlobin istehsalında vacib bir komponentdir. Kifayət qədər folat olmasa, qırmızı qan hüceyrələri yetişmir, bu da folat çatışmazlığı anemiyasına səbəb ola bilər.
© LISA FOTIOS/PEXELS

Folat ilə zəngin məhsullar:

  • Göyərti (ispanaq, kahı)
  • kələm
  • avokado
  • lobya, noxud, mərci 
  • quşqonmaz
  • toyuq yumurtası
  • yerfındığı
  1. Qida rasionunuzda mütləq C vitamini olmalıdır. O, dəmirin yaxşı həzm olunması üçün lazımdır. Limon suyu əlavə olunmuş göyərti salatı terapevtik təsir göstərir. 

Qida rasionuna nələri əlavə etməli: 

  • sitrus (portağal, mandarin, qreypfrut)
  • çiyələk
  • qarağat
  • yaşıl tərəvəzlər (ispanaq, kələm)

A vitamini olan məhsullarla qidalanın. O, həmçinin dəmirin həzm olunmasına kömək edir.

© vaaseenaa – stock.adobe.com

A vitamini olan məhsullar:

  • qaraciyər, xüsusilə mal
  • balıq
  • treska balığının ciyər yağı
  • şirin kartof
  • ispanaq
  • balqabaq
  • kərə yağı və bitki yağı
  1. Kalsiumla zəngin qidaları dəmir olanlarla qatışdırmayın. Söhbət süd məhsulları, soya və əncirdən gedir. Kalsium dəmirin həzm olunmasını pisləşdirir, lakin bu, onun qida rasionunuzdan tamamilə xaric edilməsi demək deyil. Sadəcə olaraq kalsium olan qidaları həddindən artıq istifadə etməyin, daha yaxşısı onları dəmirlə zəngin olan qidalardan xeyli əvvəl və ya sonra yeyin. Dəmirin həzm olunmasını fitik turşusu da pisləşdirir, o, qoz və Braziliya fındıqlarında, küncüddə, həmçinin çay və qəhvədəki taninlərdə olur. Bunları ayrıca yemək lazımdır. 

Hemoqlobinin səviyyəsi normadan əhəmiyyətli dərəcədə fərqlidirsə, hər zaman dərman qəbul etməlisiniz. Lazımi müalicəni yalnız məsləhətləşmədən sonra həkim təyin edə bilər! Onun bütün tövsiyələrini yerinə yetirmək çox vacibdir, heç bir halda təyin olunmuş dəmir dozasını aşmayın. O, qaraciyər, öd kisəsi, tiroid bezi, ürək-damar sistemi xəstəlikləri riskini artıran və hətta bəzi xərçəng növlərinin inkişafına səbəb ola biləcək hemokromatoz adlanan bir vəziyyətə səbəb ola bilər. Unutmayın, vaxtında edilən müayinə bir çox xəstəliyin qarşısını ala bilər.

Sağlam olun!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %