Umico Health

Özü keçməyəcək. Pollinoz nədir və mövsümi allergiya ilə necə yaşamaq olar

İstilər gələndə havadan, təbiətdən, istirahətdən, yaşıllıqdan həzz alırıq… Amma bu hamıya aid deyil. Bir çox allergiya xəstələri üçün yay mövsümü əsl işgəncədir. Simptomları aradan qaldırmaq və allergiya ilə mübarizə aparmaq mümkündür. Bunu necə edəcəyinizi sizə izah edirik.

Bu gün “Özü keçməyəcək” rubrikasında biz Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə birlikdə pollinozun nə olduğunu, bu xəstəliyin nə qədər təhlükəli olduğunu, mövsümi allergiyanın necə müalicə oluna biləcəyi haqda danışacağıq.

Özünü müalicə etməyin təhlükəli olduğunu unutmaq olmaz. Əgər sağlamlıq problemləriniz və ya narahatlığınız varsa, o zaman RDM-ə peşəkar yardım üçün müraciət edin. Bundan əlavə sizi 3,5%-ə qədər Umico keşbeki gözləyir.

Pollinoz nədir?

Pollinoz – başqa sözlə mövsümi allergik rinokonyunktivit – orqanizmin bitki poleninə reaksiyası nəticəsində yaranan mövsümi xəstəlikdir. Pollinozun təhlükəsi ondan ibarətdir ki, bronxial astmaya çevrilə bilər.

Maraqlıdır ki, pollinoz bəzən saman qızdırması adlanır, lakin allergik reaksiya əlamətləri arasında qızdırma yoxdur, saman isə aşkar allergen və ya xəstəliyin əhəmiyyətli bir amili deyil.

Pollinozun simptomları nədir?

Pollinoz ilk növbədə burun və gözlərin selikli qişalarına təsir göstərir:

  • burun – qaşınma, asqırma tutmaları, bol selikli axıntı, nəfəs almaqda çətinlik;
  • burun-udlaq – qaşınma, acılıq, narahatlıq, boğulma;
  • gözlər – qaşınma, selikli qişanın qıcıqlanması, göz qapaqlarının qızarması, ağrı, göz yaşı.

Pollinoz diaqnozu qoyulduqda, spesifik allergenlərə reaksiyalar araşdırılır. Bu dənli bitkilərin, alaq otlarının, ağcaqayın, yovşan və başqalarının polenləri ola bilər. Hər bir insan üçün əsas qıcıqlandırıcıları müəyyən edərkən, məhsullarda, kosmetikada və hətta geyimdə allergiya mənbəyinin istifadəsinə diqqət yetirməyə dəyər.

Pollinozun simptomları yalnız bitki poleninin özünə deyil, həm də allergenlərə oxşar xüsusiyyətlərə malik qidalara reaksiya ilə özünü göstərə bilər. Yalnız polen deyil, həm də qidaya qarşı allergik reaksiyanız varsa, bu, çarpaz allergiya ola bilər.

Pollinoza kim yoluxa bilər?

Allergiya, xarici mühitdən bədənə yad bir maddənin / qıcıqlandırıcının / allergenin daxil olmasına immunitet sisteminin reaksiyasıdır. Pollinoz xüsusilə bitki poleninə qarşı allergiyadır. Buna görə də, immuniteti zəif olan hər kəs polen tənəffüs yollarına, gözlərin, burunun selikli qişasına və hətta dəriyə təsiri olduqdan sonra pollinoza tutula bilər.

Pollinoz olan bir insanda, polen bədənə daxil olduqda, virusa və ya bədən üçün təhlükəli bir şeyə kimi reaksiya meydana gəlir.

İqlim və regional hava şəraitindən asılı olaraq, polen allergiyası əhalinin 1-20%-də yarana bilər. Çiçəkli bitkilər nə qədər çox olursa, çiçəkləmə müddəti bir o qədər uzun olar və külək, quruluq, istilik səbəbilə polenin yayılması bir o qədər çox olur və allergik reaksiyaların ehtimalı da çoxalır.

Aşağıdakı insan qrupları allergiyaya ən çox həssasdır:

  • Ig A sekresiyasının irsi çatışmazlığı olanlar;
  • pis ekoloji şəraitdə işləmək və yaşayanlar – qıcıqlandırıcılar, toz, kir nə qədər çox olursa, xroniki allergiyaya tutulma ehtimalı bir o qədər çox olur;
  • digər allergik xəstəliklərin olması – çarpaz allergiyanın inkişafı;
  • bronxit, bronxial astma kimi xəstəliklərin olması – xroniki respirator xəstəliklər;
  • badamcıqları çıxarmaq üçün cərrahi əməliyyat keçirənlər – bunlar orqanizmin immun sistemini qoruyan limfa düyünləridir.

Bitki poleninə mövsümi allergiya ilə necə mübarizə aparmalı?

Təəssüf ki, pollinozdan tam olaraq qurtulmaq hazırda mümkün deyil. Bununla belə, allergik reaksiyaları minimuma endirmək və simptomları idarə etmək olar.

Vacib! Xəstəliyin müalicəsi yalnız allerqoloq-immunoloq tərəfindən təyin edilə və seçilə bilər. Xəstəliyin müalicəsində sizə Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri kömək edəcək.

Pollinozun kəskinləşməsi dövrü müəyyən, yanı pollinoz daşıyıcısının xüsusi reaksiya verdiyi bitkilərin çiçəkləmə vaxtıdır. Simptomları minimuma endirmək üçün allergenlərlə təmasdan qaçmalı, həmçinin aşağıdakı dərmanlardan istifadə etməlisiniz:

  • Damar keçiriciliyini azaltmaq üçün antihistamin preparatlar və kalsium qlükonat qəbul edin – beləliklə, polen daha az udulacaq və reaksiyaya səbəb olmayacaq. Xəstənin yaşından asılı olaraq dərman müxtəlif formalarda ola bilər. Antigistamin preparatlar qaşınma və şişkinliyi aradan qaldırır.
  • Damardaraldan dərmanlar burun tutqunluğunu aradan qaldırmağa kömək edəcək (istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin). Uzun müddətli istifadə asılılığa səbəb ola bilər.
  • Şiddətli burun axması və burun tutqunluğu zamanı hormonal spreylər tövsiyə olunur. Belə dərmanlar yan təsirlərə səbəb olmur, ancaq burun bölgəsində hərəkət edir.
  • Uşaqlar üçün kromoglik turşusu tez-tez burun spreyi və ya göz damcısı kimi verilir.
  • Allergik spesifik immunoterapiyası allergiyanın səbəblərindən xilas olmaq üçün tədbirlər kompleksidir. Həkim allergen maddənin diaqnozunu qoyur, onu tədricən xəstənin bədəninə daxil edir ki, immunitet sistemi qıcıqlandırıcının öhdəsindən gəlməyə alışsın. Belə müalicə sırf fərdi olaraq həyata keçirilir.
Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Pollinoz olan insanlara yalnız bitki qıcıqlandırıcılarından qaçmaq deyil, həm də xüsusi hipoalerjenik pəhrizə riayət etmək tövsiyə olunur:

  • Ot poleninə allergiyası olan insanlar üçün pəhrizdən dənli bitkilərdən hazırlanmış məhsulları çıxarmağa dəyər: dənli bitkilər sıyıq, kəpək, çörək məhsulları, kolbasa, ət konservləri, sous hazırlamaq üçün quru qarışıqlar, bal və arı məhsulları, pivə, viski, buğda arağı, kvas, buğda əsaslı qəhvə əvəzediciləri, kakao, çiyələk, sitrus meyvələri, soya, lobya, fıstıq, qarğıdalı, turşəng, dənli bitkilərin fitopreparatları.
  • Alaq otlarının poleninə allergiyası olan xəstələrə bal və arı məhsulları, günəbaxan tumları və günəbaxan yağı, xardal, mayonez, balqabaq, yemiş, qarpız, kabak, badımcan, pomidor, kartof, spirtli içkilər, tərxun, göyərti və ədviyyatlar, kasnı, sitrus meyvələri, banan, sarımsaq, yerkökü, çuğundur, ispanaq qadağandır.
  • Ağac poleninə allergiyası olan insanlar bal və arı məhsulları, çəyirdəkli meyvələr, alma, armud, kivi, qoz-fındıq, kök, göyərti, ədviyyat, konyak, şərab, ağcaqayın şirəsi, kartof, pomidor, xiyar, soğanı qəbul etməməlidirlər.

Pollinozun profilaktikası

Allergik reaksiyaların və onların ağırlaşmasının qarşısını almaq üçün profilaktika qaydalarından istifadə edin:

  • Müntəzəm olaraq duş qəbul edin, gigiyena qaydalarına riayət edin, nəm təmizləmə aparın;
  • Pəncərələrə xüsusi torlar quraşdırın, quru və küləkli havada evinizə tozcuqların daxil olmasını azaltmaq üçün pəncərə və qapıları bağlayın;
  • Yağışdan sonra, havada tozcuqların konsentrasiyası ən aşağı olduqda otaqları havalandırın;
  • Kəskinləşmə zamanı respiratorlardan istifadə edin, çölə çıxmamağa çalışın, paltarınızı daha tez-tez dəyişdirin və yuyun;
  • Xalçaları, yumşaq oyuncaqları, toz və polen toplaya bilən hər şeyi evdən yığışdırın;
  • Bitki mənşəli dərmanlardan istifadə etməyin və hipoalerjenik pəhrizə riayət edin;
  • Allergeninizin minimum olduğu yerlərdə su obyektlərinin yanında istirahət edin.

Allergiyanın özünü göstərmədiyi dövrlərdə remissiya edin – immunitet sistemini və qan damarlarının divarlarını gücləndirməyə çalışın:

  • İdmanla məşğul olun;
  • Düzgün qidalanın;
  • Orqanizmi kontrastlı duşlarla gücləndirin;
  • Pis vərdişlərdən imtina edin.

Bütün bu tədbirlər, həmçinin illik tibbi müayinə və bütün orqanizmin müayinəsi sağlamlığınızı möhkəmləndirməyə və qorumağa kömək edir.

Sağlam olun!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %