Umico Productivity

Pul haqqında. Varlanmağımıza mane olan 10 vərdiş

Daha çox pul olanda həyatın başlayacağına və problemlərin bitəcəyinə əmin olanlar var. Ancaq paradoks budur ki, bu cür insanlar daha çox pula sahib olduqda problemlər hələ də aradan qalxmır. Əksinə də olur – problemlər daha da çoxalır. Bu düşüncənin öz tərifi var – “yoxsulluq psixologiyası”. Həmişə pulunuzun az olmasından deyil, səbəb başqadır: nə qədər pulunuz çox olsa da, problemləriniz həmişə olacaq. Yoxsulluq psixologiyası, həqiqətən varlanmağa və ya daha çox qazanmağa mane olan vərdişlərlə ifadə olunur.

Brauzerinizin yaddaşında saxlayın – yeni “Pul haqqında” rubrikamız. Özünüzü ümumi qənaət çərçivəsinə salmamağınıza, alış-verişdən və olduqca əhəmiyyətli bonuslardan zövq almağınıza kömək edəcəyik. Bugün sizə hansı vərdişlərin varlanmağa mane olduğunu və bunlardan necə qurtulacağınızı izah edəcəyik. Bütün tövsiyələri təcrübəli ailə psixoloqu və sosioloq Victoria Dmitrievadan tapdıq.

1. Pul yığmırsınız

Başınıza iş gələ bilər: xəstələnə və ya uzun müddət işsiz qala bilərsiniz. Belə bir vəziyyətdə qənaət edib yığdığınız pulunuz olmalıdır ki, hər şeyə görə yaranan vəziyyəti günahlandırmayasınız. Razılaşın ki, COVID-19 pandemiyası hər kəsə bizdən asılı olmayan fərqli şeylərin baş verə biləcəyini göstərdi. Buna görə qara gün üçün deyil, özünüzü dəstəkləməli olduğunuz bir vəziyyət üçün pul yığmağı təxirə salmayın.

Qənaət etməyə öyrəşməyənlər az qazancdan bir şey saxlamağın çətin olduğunu iddia edə bilərlər. İnanın, daha çox pulunuz olduqda, xərcləriniz də artacaq. Pul yığmaq vərdişiniz isə olmayacaq. Yüksək gəlir olduqda belə, bütün pulları xərcləmək olar. Bəli, pulu xərcləməyib kənara qoymaq çətindir, sadəcə bunu vərdiş halına çevirmək lazımdır.

Nə etmək lazımdır

Hər ay müəyyən məbləğ köçürəcəyiniz bir ailə fondunu yaradın. Maaşınızın nə qədər olması vacib deyil. “Daha çox qazandığım zaman qənaət edəcəyəm” deyib işi sonraya saxlamayın. Bugün bir neçə manatı qırağa qoyun, bəlkə də sabah daha çox qazanacaqsınız.

2. Paylaşmırsınız və ya kömək etmirsiniz

Xeyriyyəçilik yalnız varlı insanların payı deyil. Maddi yardımınız, 10 manat olsa da, əslində kimsə üçün faydalı olacaqdır. Bu vərdişin sizin üçün faydası nədir? Az miqdarda olsa da belə paylaşdığınız zaman beyniniz düşünür: “Bəli, paylaşa bilirəmsə, deməli özümdə kifayət qədər var”. Digər bir incə əlaqə: yaxşı bir şey etdiyimiz zaman daha çox şey etməyə ilhamlanırıq. Məsələn, daha çox qazanmaq və daha da çox paylaşmaq. Üstəlik, övladlarınız varsa, onlar digər insanlara kömək etdiyinizi görürlər və böyük ehtimalla gələcəkdə onlar da bunu edəcəklər. Razılaşın, dünyamız bundan yalnız yaxşılaşacaq.

Burada digər bir məsələ də var: kiməsə kömək edib, bunu gizlədirsiniz və heç kimə danışmırsınız. İnanın, utanacaq bir şey yoxdur və bu heç də lovğalanmaq deyil. Əksinə! Siz digərlərini də ilhamlandıra bilərsiniz. Yenə də dünyamız bundan yalnız fayda götürəcək.

Nə etmək lazımdır

Hər ay qazancınızın müəyyən məbləğini xeyriyyə fondlarına, uşaq evlərinə köçürün, tibbi yığımlarda kömək edin və ya sadəcə maddi yardıma ehtiyacı olanlarla bölüşün.

3. Pul yatırmırsınız

Pul yalnız xərclənməməli, qənaət edilməli, xeyriyyə verilməməli, həm də sərmayəyə qoyulmalıdır. Pul işləməlidir. Bu qayda gəlirdən asılı olmayaraq hər kəs üçün aktualdır. Əlbəttə ki, az sərmayə qoymaqla az qazanacaqsınız, amma az da olsa, qazanc olacaq! İl ərzində “investisiyalar üçün” pul yığsanız, ilin sonuna qədər tamamilə fərqli bir məbləğ çıxacaq. Sərmayə etmək üçün kifayət qədər zəngin olmağınızı gözləmək lazım deyil. Bu faydalı vərdiş kimi hər hansı bir investisiya sizin üçün işləyəcəkdir.

Nə etmək lazımdır

Bu işə yeni başlamısınızsa, etibarlı bir işə investisiya edin. Bunlar daşınmaz əmlaka və ya bank depozitlərinə yatırım ola bilər. Məsələn, ən etibarlısı bank depozitləri hesab olunur: 100.000 manata qədər olan əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən sığortalanır. İnvestisiya ilə tanış olanlar üçün başqa vasitələr var: FOREX bazarı, qızıl və ya qiymətli kağızlara (Azərbaycan və ya xarici) yatırımlar, bitcoin almaq.

4. Çaypulu saxlamırsınız

Biri var kafe və ya restoranda xidmətin zəif olduğundan çaypulu saxlamırsınız, biri də var onsuz da maaşını aldığını və sizə yaxşı xidmət etmək onun işinin olduğunu düşünərək bunu prinsipcə etmirsiniz. Hər kəs ofisiantların gəlirlərinin bir hissəsini çaypulundan aldığını bilir. Sizin üçün psixoloji tələ nədir? Siz başqasının işini dəyərdən salırsınız və böyük ehtimal var ki, öz işinizi də tam qiymətləndirməyəcəksiniz. Böyük səyləriniz üçün daha yüksək ödəniş tələb edə biləcəksinizmi?

Nə etmək lazımdır

Kafelərdə, restoranlarda, yanacaqdoldurma məntəqələrində, gözəllik salonlarında çaypulu saxlayın, xüsusən sizə yaxşı xidmət göstəriblərsə. Bu insanın əməyini qiymətləndirdiyinizi düşünün. Yoxlayın, bəlkə də zaman keçdikcə etdiklərinizi fərqli qiymətləndirə biləcəksiniz.

5. Yeni bir şey öyrənmirsiniz 

C:\Users\Кристина\Downloads\student-class-looking-course.jpg

Zənginliyə can atan insanlar hər zaman bir şey öyrənirlər. Maddi cəhətdən də daxil olmaqla inkişaf etmək istəyirsinizsə, bu kifayət etmir. Təhsil üçün pulunuzu əsirgəməyin – bu inkişafınıza ən yaxşı sərmayədir. Oxumamaq vərdişi maddi uğurlara səbəb olmur.

Nə etmək lazımdır

Uzun müddətdir öyrənmək istədiyiniz bir şey mütləq olmalıdır. Yeri gəlmişkən, peşənizlə əlaqəli olması vacib deyil. Satış və ya müzakirə etmək bacarığı, sosial şəbəkələrin idarəsi, hətta səs quruluşu və ya aktyorluq sənəti ola bilər. Hər hansı bir təlimdən mütləq özünüz üçün bir şey götürəcəksiniz. Yeri gəlmişkən, kitab oxumaq və səyahət etmək də öyrənməyə aid edilə bilər. İndi ikincisi ilə vəziyyət çətindir, pula da qənaət etmək lazımdır, maraqlı bir kitab almaq isə hər kəs üçün əlçatandır.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

 6. Fərqlənməkdən qorxursunuz

Bir çox zəngin insanı birləşdirən nədir? Məsələn, parlaq paltarları, hərəkətləri və ya sözləri ilə fərqlənməkdən qorxmurlar. Unutmayın ki, gəliriniz orta səviyyədən yuxarıdırsa, siz daha çox görünəcəksiniz. Kənardan baxışlar sizi utandırırsa, fərqlənməkdən qorxursunuzsa, bunun səbəbi haqda düşünün. Yəqin ki, bu qorxu instinktiv olaraq sizi daha böyük firavanlığa aparacaq yolda dayandırır.

Nə etmək lazımdır

Özünüzü anlamağa çalışın: içərinizdə gözə çarpan olmaq qorxusu varmı, bunun səbəbi nədir? Özünüzü göstərməkdən çəkinməyin, fikrinizi, bildiyiniz və bacardıqlarınız haqda açıq danışın. Özünə diqqət çəkməkdən çəkinməyən açıq bir insan olmaqla daha çox şey əldə etmək olar.

7. Daim şikayət edirsiniz

C:\Users\Кристина\Downloads\frustrated-man-complaining-raising-hands-sideways-frowning-upset-standing-against-yellow.jpg

Şikayət etmək normaldır, lakin vərdişinizin bir hissəsi olduqda deyil. Bu hekayə uğursuzluğun səbəbini xarici şərtlərdə axtarmağa başladığımızdan bəhs edir: işdən narazılıq, təhsildən narazılıq, pis hava və ya əhval-ruhiyyə. Sizin yox, ətrafdakı hər kəsin dəyişməli olduğunu düşünürsünüzsə, bu artıq çıxılmaz bir vəziyyətdir. Hər şey hər zaman özümüzdən başlayır.

Nə etmək lazımdır

Konstruktiv şəkildə və problemi həll etməyə kömək edə biləcək birisinə şikayət edin.

8. İşinizi sevmirsiniz 

Öz inkişafına can atan hər kəs bəyənmədiyi yerdə uzun müddət işləməyəcəkdir. Hədəfinizə gedən yolda müəyyən bir müddət gözləyə, səbir edə bilərsiniz, lakin davamlı olaraq sevmədiyiniz işə getmək yenə də ölü nöqtədir. Maraqlı olmayan işi görməklə siz böyümürsünüz. Əlbəttə ki, hər bir işin sevmədiyimiz və səy tələb edən rutin hissəsi var. Lakin işinizdə hər şey belə bir səy tələb edirsə, bu nəyisə dəyişdirmək üçün bir səbəbdir.

Nə etmək lazımdır

Sadə bir sualdan başlayın: nə etdiyinizi sevirsinizmi? Özünüzə daha çox sual verin: ən çox nəyi sevirsiniz və nəyi sevmirsiniz, nəyisə dəyişdirmək mümkündürmü və ya bəlkə də həmişə fərqli bir sahədə çalışmaq istəmirsiniz. Özünüzlə dürüst danışmaq çox şeyi anlamağa kömək edə bilər.

9. Hər səhvinizi bir fəlakət kimi qəbul edirsiniz

Böyük iş adamları daim olaraq uğursuzluqlarla qarşılaşırlar. Hər hansı bir uğur hekayəsinin arxasında onlarla səhv var. Bu insanlar onları bir fəlakət kimi qəbul etsəydilər, təkrar-təkrar cəhd etməzdilər.

Nə etmək lazımdır 

Özünüzə səhv etmək hüququnu verin – onu düzəldə bilərsiniz. İşinizdə, münasibətlərdə belə, hər şeydə səhv edə bilərsiniz. Bunu normal qəbul edin, o zaman irəli getmək çox asan olacaq.

10. Alış-veriş edərkən bonuslar haqda unudursunuz

Bugün bir çox mağaza öz bonus, qənaət və endirim sistemini təqdim edir. Onlardan istifadəni unudursunuzsa, şübhəsiz ki, pul itirirsiniz. Əlbəttə ki, alış məbləği azdırsa, gəlirlər əhəmiyyətsiz görünə bilər. Çalışın bir ay ərzində etdiyiniz alış-verişi hesablayın. Məsələn, ərzaq məhsullarına xərcləri götürək. Bəlkə də bu, hər ailənin ən əhəmiyyətli xərc xəttidir. Büdcənin nə qədərinin ora getdiyini heç düşündünüzmü? Azərbaycan Dövlət Statistika Komitəsi hesabladı: ölkədəki orta statistik bir ailə gəlirlərinin 46,9 faizini qidaya xərcləyir. Bu rəqəm sizin üçün aşağı-yuxarı fərqli olsa da belə, marketlərdəki alış-verişdən bütün bonusları almaq fürsətini qaçırmaq sadəcə yolverilməzdir! Səbəbi sadəcə plastik bonus kartlarını unutmağınızdırsa, hamısını Umico tətbiqi ilə əvəz edin. O, həmişə sizinlə olacaq!

Nə etmək lazımdır

Umico tətbiqinin ən aktiv istifadəçisi olun! Partnyorlarımızdan alış-veriş edin və keşbek qazanın. Bunu, xüsusilə bahalı və dəyərli bir şey aldığınız zaman xatırlamağa dəyər. Ərzaq alış-verişinə gedərkən istehsalçıdan əlavə bir bonus verən məhsullara diqqət yetirin. Umico tərəfdaşlarının aksiyalarını izləyin – təsirli endirimlər olur. Bütün bonusları Umico ilə necə toplayacağınıza dair daha çox məlumat burada.

Vərdişlərinizi yenidən nəzərdən keçirməyə çalışın. Təbii ki, hər şeyi bir anda dəyişdirmək mümkün olmayacaq. Lakin ən azı bir vərdişdən qurtula bilsəniz, çox güman ki, həyatınızda bir şey dəyişəcək.

Pul yığın, sərmayə edin, kömək edin, öyrənin, fərqlənin, səhv etməkdən qorxmayın, işinizi sevin və Umico bonuslarını qaçırmayın!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %