Umico Health

Ramazan ayı ərzində sağlamlığın qayğısına necə qalmaq olar?

Bütün müsəlman dünyasını müqəddəs Ramazan ayı gözləyir. Oruc tutmaq bədəni və zehni təmizləyir, lakin bəzi tövsiyələrə əməl edilmədikdəo, çətin ola bilər. Bu müddət ərzində sağlamlığınızın qayğısına qalmaq və özünüzü yaxşı hiss etmək üçün bəzi tövsiyələri hazırlamışıq.

Zahidliyin müxtəlif formaları (özünü məhdudlaşdırmaq və ya özünü inkar etmək) insan tərəfindən hər zaman tətbiq edilmişdir: oruc tutmaq, sükut əhdi, iffət, indi də sosial şəbəkələrdən, məlumatlardan, şəkərdən, unməmulatlarından və başqa şeylərdən detoks. Bu cür məhdudiyyətlərin səbəbləri də müxtəlif ola bilər. Lakin orucun mexanizmi, səbəb və nəticəsi fərqli olduğu üçün o, bu cür əməllərlə müqayisə oluna bilməz.

Ramazan ayında günün işıqlı vaxtında yemək və içmək olmaz. Fiziki qidanı mənəvi qida ilə əvəz etmək olar: Quran oxumaq, dua etmək, xeyirxah işlər görmək. Günəşin batması və axşam azanının oxunması ilə gün çıxana qədər yemək və içmək olar. Bu və digər qaydalara ay ərzində əməl edilməlidir. Bəs işləmək üçün haradan güc, bərpa olunmaq üçünisə necə vaxt tapmaq olar? Orucu asanlaşdırmaq və onun sağlamlığınız üçün faydalı olması üçün məsləhətləri bir araya topladıq.

Yuxu

Yuxu fiziki və koqnitiv funksiyaların bərpası üçün çox vacibdir. Bütün digər işləri tam yerinə yetirmək üçün kifayət qədər yuxu almalısınız. Ramazan ayı ərzində bu, xüsusilə vacibdir, çünki gün ərzində enerjini qida və su ilə bərpa etmək mümkün deyil. Buna baxmayaraq, namaza və Quran oxumağa sərf olunması lazım olan bütün vaxtı tutmasa, yuxu gündüz də qadağan olunmayıb.

Məsləhət №1:Oruc tutduqda yatmağı planlaşdırmaq lazımdır. Zəngli saatı qurun və bir cədvəl hazırlayın ki, bir gecədə ümumilikdə 7-8 saat yatasınız. Beləliklə, siz enerjiyə qənaət edirsiniz, beynin və bədənin işini yaxşılaşdırırsınız.

Məsləhət №2: imkan daxilində, yuxunuzu poza biləcək qadcetlərdən qaçın. Beləliklə, məsələn, yatmadan bir saat əvvəl telefondan istifadə etməmək, televizora baxmamaq və kompüterlə işləməmək daha yaxşıdır. Bu halda, sinir sisteminiz yuxuya daha yaxşı hazır olacaq.

Məsləhət №3: Rejimə riayət edin. Hər gün eyni vaxtda yuxuya getsəniz və oyansanız, bədənin yenidən qurulması və yükü ötürməsi daha asan olacaq.

Məsləhət №4: “qızıl saatlardan” istifadə edin. Gecə 12-dən bir neçə saat əvvəl yatmaq bədənə böyük enerji verir. Axşam saat 9 radələrində uşaqlarınızla bir vaxtda yatın və zəngli saatla oyanın ki, sahur üçün bir şey hazırlaya biləsiniz və dua etməyə vaxtınız olsun.

Məsləhət №5: bel və ya boyun ağrısını azaltmaq üçün rahat və sabit bir səthdə yatmağa çalışın.

Qidalanma

Ramazan ayı ərzində susuzluğa səbəb olduğu üçün fastfood, çox yağlı, duzlu və ya ədviyyatlı yeməklərdən imtina etmək daha yaxşıdır. Bu ay ərzində bədənin ehtiyaclarına xüsusilə diqqətli olun və hər şeydə mülayimliyə sadiq qalın.

Məsləhət №1: İftarı su və şirniyyatla açmaq yaxşıdır – Məhəmməd peyğəmbər onu xurma və su ilə açırdı. Şəkər enerji verəcək, su isə bədəndəki prosesləri sürətləndirəcək. Su əvəzinə təbii şirələr içə bilərsiniz – onların tərkibində çoxlu minerallar, vitaminlər və duzlar var.

Məsləhət №2: Gün ərzində güclü və enerjili qalmaq üçün zülal, lif və ləng karbohidratlarla zəngin qidalar yeməyə çalışın.

Məsləhət №3. Ürək-damar xəstəlikləri və digər sağlamlıq problemləri riskini azaltmaq üçün duzlu və yağlı qidalardan uzaq durun

Qanda şəkərin səviyyəsini aşağı salmaq və hipoqlikemiya riskini azaltmaq üçün yeməklərinizi bir neçə kiçik hissələrə bölün.

Məsləhət №4: Yavaş-yavaş yeyin, çünki uzun fasilədən sonra orqanizm ehtiyacından daha çox qida tələb edəcək. Unutmayın ki, toxluq hissi daha sonra gəlir.

Məsləhət №5. Əti bitki zülalları – qoz-fındıq, paxla, göbələk və turş süd məhsulları ilə əvəz etməyə çalışın. Həzm sisteminin bu cür məhsulların öhdəsindən gəlməsi daha asan olacaq və siz daha çox enerjiyə sahib olacaqsınız.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Fiziki aktivlik

Fiziki fəaliyyətə gəlincə, bədənə qulaq asmaq lazımdır, amma tənbəllik etməyin və oruca görə idmanı dayandırmayın. Hər şeydə mötədillik olmalıdır, xüsusən də idmanda.

Məsləhət №1. Müntəzəmliyə sadiq qalın. Oruc tutarkən, yükü azalda bilərsiniz, lakin cədvəli qırağa çıxmayın. Məsələn, qaçış əvəzinə gəzin. Güc məşqləri əvəzinə daha az aktivlik tələb edən uzanma fəndləri ola bilər.

Məsləhət №2. Yeməkdən dərhal sonra və ya gün batmazdan əvvəl məşq etməyin. Yeməkdən sonra bədənin enerjisi qidanın emalına yönəldilir, yeməkdən əvvəl isə sadəcə aktivlik üçün güc olmaya bilər.

Məsləhət №3. Su içə bilmədiyiniz gün ərzində intensiv məşqdən çəkinin.

Məsləhət №4: Enerjinizi artırmaq və hipoqlikemiya riskini azaltmaq üçün idmanla yeməkdən bir saat sonra məşğul olmağa çalışın.

Məsləhət №5: Kifayət qədər yatmadığınızı və ya aclıq hiss etdiyiniz günlərdə bədəndəki fiziki aktivliyi azaldın. Belə anlarda bədəni dinləmək və ona bərpa üçün vaxt vermək daha yaxşıdır.

Ramazan ayında sağlamlığınızın qayğısına necə qalmağınızdan asılı olmayaraq, unutmayın ki, hər hansı bir sağlamlıq probleminiz yaranarsa, həkimə müraciət etməlisiniz.

Umico Market-də Ramazan ayını faydalı və rahat keçirmək üçün lazım olan hər şeyi tapa bilərsiniz

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %