Umico Relax

Sevgililər Gününü harada qeyd etmək olar: görüş və şam yeməyi üçün 7 restoran

Sevgililər Günündə iki nəfərlik masa sifariş etmək sadə və əla bir fikirdir. Biz Umico-nun tərəfdaş restoranlarından 14 fevralda qonaqlarını nə gözləyəcəyini öyrəndik. Və bu axşam fərqli ola bilər: romantik və ya aktiv, qastronomik və ya sadəcə səmimi. Öz zövqünüzə görə seçin və masa sifariş edin. Unutmayın ki, istənilən restoranda siz 4%-ə qədər Umico bonusları ilə keşbek qazanacaqsınız.

“Atelier 61”də İlqar Xəyalın sevimli mahnıları

Əyləncə üçün

Bu məkanda həmişə canlı musiqi səslənir, bundan əlavə Atelier 61 qril yeməkləri və gözəl terrası ilə məşhurdur. Sevgililər Günündə burada ulduz heyəti – əfsanəvi Karvan qrupunun üzvü İlqar Xəyal, Dilarə Terequlova çıxış edəcək. Gecənin aparıcısı Kamal Bayramzadə olacaq, sizi müsabiqələr və hətta hədiyyələr gözləyir. Bayram yaddaqalan olacaq: təşkilatçılar hətta vals də planlaşdırıblar!

Dadmaq üçün

Xüsusilə Sevgililər Gününə özəl Atelier 61 bayram menyusu hazırlayıb. Bu axşam sizə yüngül qəlyanaltılar təklif olunacaq – pendir seti, şakşuka, hisə verilmiş ət və zeytun, Kapriz salatı, tuna və ya badımcan salatı. İsti qəlyanaltılar – balıq topları və kalmar üzükləri. Əsas yemək kartof və rozmarin ilə Ribay steykidir. Və əlbəttə ki, bir badə şərab. Bayram menyusunu Napoleon deserti tamamlayacaq.

Ünvan: Dövlət Bayrağı Meydanı, Atelye 61

“Movida Baku”da romantika

Əyləncə üçün

Avropa, Livan və Mərakeş mətbəxinin təamlarını təklif edən Movida Baku restoranı sizi romantik axşam keçirməyə dəvət edir. Burada sizi aşpazdan xüsusi menyu və Boris Bayramovdan gözəl və romantik musiqi gözləyir.

Dadmaq üçün

Əsas menyudan bir şey sifariş edə bilərsiniz: Sezar salatı, Club-sandvich, klassik panakota. Və ya 14 fevral üçün xüsusi olaraq hazırlanan menyudan bir şey sınayın: humus, babaqanuş, yunan salatı, hisə verilmiş toyuq salatı, qızılbalıq və qril tərəvəzlər və ya qril tərəvəzli mal əti medalyonları. Axşamı desertlə bitirin, bu axşam üçün xüsusi təam armudlu tartdır.

Ünvan: Neftçilər prospekti 153, Port Baku Towers

“Hard Rock Café”də əylənin

Əyləncə üçün

Hard Rock Cafe Baku bayramı iki gün qeyd edəcək! DJ Estgamin-dən bazar gününüzü unudulmaz edəcək xüsusi miksləri ilə 13 fevral axşamı Sevgililər Günü! Fevralın 14-də qonaqlar Efendi Band-ın canlı ifası ilə romantik ab-havaya qərq olacaqlar. Odur ki, tələsin və masanızı bron edin.

Dadmaq üçün

Təbii ki, bu əfsanəvi burqerlərdir, dadını uzun müddət xatırlayacaqsınız. Digər hitlər də var: naços, buffalo qanadları, steyk ilə salat. Axşamın sonunda üzərinə nazik şokolad və karamel sousu əlavə edilmiş zəngin, qaymaqlı Nyu York çizkeykini dadın.

Ünvan: Əzizə Əliyev, 8 (Fəvvarələr meydanı)

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

“SAHIL bar & restaurant”da rəqs və Azərbaycan mətbəxi

Əyləncə üçün

Rəqs etməyi və ləzzətli şam yeməyini sevənlər üçün təklif. Azərbaycan mətbəxi restoranı SAHiL bar & restaurant sizi xüsusi bayram menyusunu dadmağa və Anita Tağıyevanın konsertinə dəvət edir, bundan sonra sizi DJ Sergiosun ilə rəqslər gözləyir.

Dadmaq üçün

Milli mətbəxin ən yaxşı yeməkləri, evdə hazırlanmış turşular, təzə təndir çörəyi, bənzərsiz alkoqollu kokteyllər və təbii ki, çay və desertlər.

Ünvan, Neftçilər pr, 34 (Bulvar)

“Pasifico lounge & dining” Moët sevənlərini gözləyir

Əyləncə üçün

Sevginizi etiraf etmək üçün bir səbəb lazım deyil, lakin bir səbəb varsa, sevdiyiniz insandan əsas sözləri eşitmək çox vacibdir. Pasifico lounge & dining sizə bu sözləri tapmağa kömək edəcək. Fevralın 14-də Pasifico və Moët sizi romantik şam yenəyinə və Aydan Həsənova, Fərid Mailov, DJ Ruido Loco və GO-GO SHOW ilə əyləncə proqramına dəvət edir.

Dadmaq üçün 

Krevetli və ya xırtıldayan badımcanlı yüngül salatlar və qəlyanaltılar, şirəli steyk və ya qızardılmış quzu qabırğası. Pan-Asiya mətbəxinin pərəstişkarlarını da geniş seçim gözləyir.

Ünvan, Neftçilər pr, 34 (Bulvar)

Ən səmimi qucaqlar “Пивная Аптека”-da

Əyləncə üçün

Fevralın 14-də şəhərin ən kreativ məkanlarından biri olan Пивная аптека sizi romantik ab-havadan, TED ayının qucaqlarından, DJ CRIS TAYLOR-dan ən yaxşı sevgi treklərindən və bir-birinizdən həzz almağa dəvət edir.

Dadmaq üçün

Burada soyuq pivə ilə sifariş etmək üçün hər şey var: burqer, fri kartofu, steyklər, qrildə qızardılmış qanadlar, naços, hot-doqlar. Və əlbəttə ki, pivələrin böyük seçimi.

Ünvan: Neftçilər pr, 147 (Port Baku Mall)

“ZAZU”da dəniz mənzərəli romantika

Baxmaq üçün

14 fevral sizi ZAZU-da sevgi axşamı gözləyir. “Səs Azərbaycan” müsabiqəsinin ən parlaq iştirakçılarından olan Əmrah səhnədə çıxış edəcək. Bundan əlavə: dəniz mənzərəli rahat masa, ləzzətli yeməklər və sevimli musiqi. Körpə uşaqlarınız varsa, özünüzlə gəritin! Onlar üçün uşaq otağı və maraqlı interaktiv masalar olacaq.

Dadmaq üçün

Avropa menyusunun klassikası: salatlar, pasta, pizza, steyklər. Həmçinin desertlərin böyük seçimi: Vyana vafliləri, pankeyk, şokoladlı fondan, zərif süd kokteylləri.

Ünvan, Neftçilər pr, 34 (Bulvar)

Masanızı indidən bron edin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %