Umico Relax

TOP 10 baxmadığınız Yeni il filmi

Yeni il filmləri təkcə zamanın sınağından keçmış “Evdə tək” və ya “Əsl sevgi” deyil. Yeni il mövzusu kinoda ən populyar mövzulardan biridir. Biz öyrəşdiyiniz film siyahısını şaxələndirməyi təklif edirik: Umico-nun tərəfdaşı Park Cinema ilə birlikdə izləmədiyiniz 10 Yeni il filmi topladıq.

“Kuperləri sevin”

Hollivud aktyor heyəti ilə klassik Yeni il komediyası. Bu, ailə, sevgi və insanlar haqqında bir hekayədir. Hekayə il boyu bir-birini görməyən və ənənəvi olaraq Yeni il bayramını birlikdə qeyd etmək istəyən Kuper ailəsi haqqındadır. Şarlotta Kuper ailəsinin bütün üzvlərini Yeni il süfrəsinə yığmaq qərarına gəlib. Bu, bütöv bir külfətdir – dörd nəsil. Elə olur ki, bayram ərəfəsində qonaqlar müxtəlif vəziyyətlərdə düşürlər: kədərli, gülməli, bəziləri isə hətta tamamilə absurd. Sonda şam yeməyində əsl ailə qalmaqalı baş verir. Üstəlik, çağırılmamış qonaqlar da peydə olur. Bütün çaxnaşmaları ailənin digər bir üzvü olan it Reks izləyir. Onun isə baş verənlərə öz baxışı var.

“Nə olursa olsun, biz bir ailəyik”

“İki nəfərlik Milad”

Keyt Milad mağazasında işləyir, spirtli içkilərdən istifadə edir, daimi evi yoxdur və tənhalıqdan əziyyət çəkir. Keyt (əsl adı Katarina) vaxtilə Yuqoslaviyada yaşayıb, oradan valideynləri ilə birlikdə Londona köçüb. Burada qız məşhur müğənni olmaq arzusunda idi, lakin karyerası nəticə vermədi. İndi o, il boyu Milad mağazasında elf kimi işləyir və arada nəticə verməyən dinləmələrə gedir. Bir gün Keyt mağazanın qabağında Tom adlı qəribə bir oğlanı görür. O, velosiped sürür, mobil telefondan istifadə etmir, evsizlər üçün sığınacaqda könüllü işləyir və tez-tez izsiz yoxa çıxır. Yeni tanışı Keytə həyatı yenidən parlaq rənglərdə görməyə və özünə inanmağa kömək edir.

“Normal bir şey olmur. Bu hamıya ziyan verən axmaq bir sözdür”

“Milad salnamələri”

Teddi və Keyt Pirs adlı qardaş və bacı Santanın varlığını sübut etmək üçün onun peydə olmağını lentə almağa qərar verirlər. Bu cəsarətli təşəbbüs heyrətamiz bir macəraya çevrilir, məqsədi Santanın özü, onun əlaltıları və uçan maralları ilə birlikdə Milad bayramını xilas etmək olur. Bu, çox yüngül, mehriban və ibrətamiz bir nağıl filmidir, onu Yeni il ərəfəsində mütləq bütün ailəniz ilə izləməlisiniz.

“Milad bayramını Santanın kirşəsində keçirən neçə uşaq tanıyırsınız?”

“Xoş gəlmisiniz və ya qonşulara giriş qadağandır”

Finç ailəsi Milad ərəfəsində Şimali Amerikanın sakit bir şəhərinə köçür. Ailənin atası Stiv bayram zamanı ailəsini bir araya yığmağı ümid edir, lakin ailəsi ilə birlikdə bu şəhərə köçən Baddi Holl onun planlarını yarımçıq qoyur. Tanış olandan sonra qonşular dost oldular. Lakin Baddi kompüterdə peyk vasitəsilə evinin şəkillərini gördükdən sonra hər şey dəyişir və o, Stivin evindən çox kiçik olduğu ortaya çıxır. Baddi, evinin kosmosdan daha yaxşı görünməsi üçün onu bayram çələngləri ilə bəzəmək qərarına gəlir. Lakin bu Stivin xoşuna gəlmir, çünki Holl çox səs-küy salır və evi işıqlandırmaq üçün elektrik oğurlayır. Finç nəyin bahasına olursa olsun qonşusunun işinə müdaxilə etməyə hazırdır.

“Milad işinə mən baxıram!”

“Miladı icad edən adam”

Yaradıcılıqda uğursuzluqlar və maliyyə çətinlikləri ilə üzləşən gənc ingilis yazıçısı Çarlz Dikkens sonralar bağışlanma, mərhəmət və məhəbbət rəmzinə çevrilmiş “Milad mahnısı” əsərini yazmaq və nəşriyyatın imtinasına baxmayaraq, müstəqil şəkildə nəşr etmək qərarına gəlir. Bu xəyalına inam və Milad möcüzəsinin necə yaradıldığı haqqında təsirli bir hekayə hətta yüz illər sonra da yaxşılıq etməyə çağıracaq və heç vaxt ruhdan düşməyəcək.

“Qorxulu yuxu görürəm: böyük bir porsuq məni təqib edir!”

“Evcanlı adam”

2000-ci illərin klassik Milad filmi. “Evcanlı adam” Yeni il ab-havasını hiss etmək və dincəlmək üçün əla seçimdir. Zəngin, lakin tənha bir həyat yaşayan, lakin bir gün Santanın köməyi olmadan həyatı dəyişən bir qəhrəman haqqında təsirli hekayə. Qaradərili Santa qiyafəsindəki tale Cekə çətin seçim təqdim edir. O, investisiya şirkətinin prezidenti ola, dəbdəbəli mənzildə yaşaya, ən son Ferrari sürə və subay ola bilər. Yaxud ailə başçısı olub təkər satıcısı kimi işləyə bilər, supermarketdən paltar alıb mikroavtobus sürə bilər. Filmdə baş rolu Nikolas Keyc canlandırır.

“Xoşbəxt olmaq istəyirsən, Cek? … Onda planlarını unut!”

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

“12 Milad görüşü”

Bir oğlan tərəfindən atılan qızın hekayəsi, onun Milad ərəfəsində getdiyi “kor görüş” isə uğursuzluqla nəticələnir. Ancaq sehrin köməyi ilə qızın bu günü yenidən yaşamaq və hər şeyi düzəltmək imkanı var. Bu unikal fürsət ona nəinki ilk görüşdə etdiyi səhvi düzəltməyə, həm də onun həqiqətən necə gözəl ailəsi və gözəl dostları olduğunu dərk etməyə kömək edə bilər. Miladda hər arzunun gerçəkləşə biləcəyi haqda səmimi hekayə.

“Taledən başqa hər şeyi dəyişmək olar”

“Dörd Milad”

Baş rollarda Vins Von və Riz Uizerspunun çəkildiyi məşhur Hollivud komediyası. Onlar üç ildir görüşürlər, amma evlilikdə yaxşı heç nəyin olmadığına inanaraq toy etməyə tələsmirlər. Hamısı valideynlərinə görədir: həm ana, həm də ata boşanıb ikinci dəfə evləniblər. Buna görə də, ümumilikdə, əsas personajların Miladda ziyarət etmək üçün dörd ailəsi var. Bunun əvəzinə onlar tətilə getməyə qərar verirlər – lakin pis hava səbəbindən uçuş ləğv edilir, qəhrəmanlar xəbər buraxılışında görünürlər. Bundan sonra ailə məclislərindən qurtulmaq tamamilə qeyri-mümkün olur.

“Bir insanı onun kim olduğunu bilmədən, olduğu kimi necə sevmək olar?”

“Murrey sayağı Milad”

İzləyiciləri üçün Netflix-dən Milad hədiyyəsi. 2015-ci ildə Netflix bayram ərəfəsində Sofiya Koppolanın filmini nəşr etdi. Filmin hadisələri Milad ərəfəsində Nyu Yorkda baş verir. Aktyor Bill Murrey bir çox məşhur insanların, eləcə də kino və musiqi ulduzlarının qonaq olacağı bayram şousunun aparıcısı olacaq. Bayram televiziyada yayımlanacağından o, bu tədbirə çox ciddi hazırlaşır. Lakin şoudan bir neçə gün əvvəl şəhərdə kəskin pis hava şəraiti başlayır, buna görə demək olar ki, hər şey dayanır: hava limanları bağlanır, qatarlar, eləcə də ictimai nəqliyyat işləmir. Pis hava səbəbindən Billin şousuna dəvətli qonaqların heç biri gəlmir, bu da yayımı sadəcə qeyri-mümkün edir. Bununla belə, kanal rəhbərliyi verilişi keçirməkdə israrlıdır və bunun üçün hər cür fəndlər uydururlar. Sadəcə, Murreyın özünün tamamilə əhval-ruhiyyəsi yoxdur, lakin Milad ərəfəsində əsl sehr baş verir ki, bu da ona möhtəşəm şou göstərməyə kömək edir.

– “Xəzinə ovçuları” filminə baxmısan?

– Mən orada rol oynamışam.

“Klaus”

Poçt imperiyasının sahibi tənbəl oğlu Cesperə dərs vermək qərarına gəlir və onu uzaq şimala – oğlanın poçt şöbəsi təşkil etməli olduğu Smirensburq şəhərinə göndərir. Həmin yerə gələn Cesper əsl müharibə zonasında olduğunu kəşf edir: iki ailə klanı uzun əsrlər boyu düşmənçilik edir. Belə bir xoşagəlməz şəraitdə şəhərlilərin məktub yazmağa vaxtı olmur və yeni poçtalyonun işi yaxşı getmir. Demək olar ki, çarəsiz qalan Cesper meşəyə gedir və heyrətamiz oyuncaqlar düzəldən Klaus adlı zahidlə tanış olur. Bu tanışlıq heyrətamiz hadisələrin başlanğıcı olur – Klaus və Cesper birlikdə əsrlər boyu davam edən davanı dayandıracaq və milyonlarla uşağa bayram bəxş edəcəklər.

“Bir xeyirxah əməl yenilərini etməyə ruhlandırar”

Umico sizə xoş sehrlər və Yeni il əhval-ruhiyyəsi arzulayır!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
0 %