Shopping Guide

Toy trendləri 2021. Ən vacib günə ciddi şəkildə hazırlaşırıq

Keçən il keçiriləcək toyların çoxu 2021-ci ilin yayına qədər təxirə salındı. Bu, toy modasına təsir etdi: hər kəs toyları xüsusi səbirsizliklə gözləyir və ciddi hazırlaşır. Maksimalizm, bu il yalnız geyimlərdə deyil, dekorasiyada da, bayram daxilində də əsas toy trendidir. Toyunuz bu yay olmasa da sizə ilham verəcək digər 2021 toy trendlərini topladıq.

Gəlin paltarı – aktual olan nədir? 

Maksimalizm və kral estetikası

Hələ 2021-ci ilin əvvəlində Britaniyanın Vogue jurnalı maksimalizmin ilin trendinə çevriləcəyini elan etdi. Bir neçə tanınmış toy dizaynerləri lokdaun səbəbi ilə təxirə salınan toyların həmişəkindən daha təntənəli olacağını təxmin etdilər. Toy paltarlarına da aiddir. Kral estetikasını özündə cəmləşdirən paltarlar bu mövsümün moda trendidir. Çoxqatlı parlaq ətəklər, uzun şleyflər və inci, gül-çiçəkli və kristal şəklində lüks dekor – bunların hamısı məşhur brendlərin son kolleksiyalarında təqdim olunub. Şahzadə obrazını sevirsinizsə, bu mövsüm o, populyarlıq zirvəsindədir.

Minimalizm – təmiz rənglər və xətlər

Bu, təmtəraq trendi ilə mükəmməl uyğunlaşan toy modasının klassikasıdır. Saf çalarlar, nəcib materiallar, zərif xətlər və lakonik dizaynlar fəsildən asılı olmayaraq həmişə aktual olacaqdır. Bunlar krep, ipək və ya atlasdan hazırlanmış zərif paltarlar, açıq çiyinli və uzun şleyfli siluet modelləri, bel və ya ombada kəsiklər olan paltarlardır. Buna başqa bir trend də aid edilə bilər – lakonik büstiyer paltarları və zərif atlas kombinasiyaları. Açıq körpücük sümükləri və çiyinlər, sinədə aksent və ensiz bel bu stili gəlinlər arasında ən sevilənlərdən biri edir.

Möcüzəli parıltı 

Nağıllardakı şahzadə paltarlarına bənzəyən nəcib parıltı dizaynerlər tərəfindən yüksək qiymətləndirilir. Parıltılı, sayrışan bəzəkli və ya gümüş rəngli, yüngül parçadan hazırlanan gəlin paltarları bir çox brendin kolleksiyalarında yer alıb.

Krujevalı geyimlər və aplikasiyalar

İlk krujeva paltarlarının Fransada ortaya çıxdığına və Breton Kraliçası Anna sayəsində populyar olduğuna inanılır. O dövrlərdə Venesian toxuculuğun dəyəri brilyantlara bərabər idi, bu səbəbdən yalnız kral ailəsi krujevalı paltarları geyə bilərdi. Zərif tikmə, incə naxışları və aplikasiyalar, 2021-ci ildə bizimlə olacaq toy modasının başqa bir klassikidir. Fərqli bəzəkli incə, romantik, eleqant və zərif gəlinliklər sizi ilk baxışdan sevdirir.

Bantlar

Bu da bir toy mövsümü trendidir. Bantlar paltarların arxa hissəsini, qollarını və hətta gəlinin saç düzümlərinin bəzəyir.

Bu gün gəlinin timsalında hər şey mükəmməl olmalıdır. Alt paltarı da həmçinin. Zərif və yüksək keyfiyyətli alt paltarı Umico tərəfdaşlarında təqdim olunub. LasenzaLa Vie en Rose mağazalarında 3%, Womans secret mağazalarında isə 4% keşbek qazanacaqsınız.

Saç düzümü seçimi

2021-ci ildə başlıqdakı təbiilik dəbdədir, qıvrımlar və mürəkkəb dizaynlar – bütün bunlar keçmişdədir. Təbii bir görünüşə nail olmağın ən asan yolu saçları ortadan ayırmaq və qıvrımları qulaqların arxasında staylinq əlavə etməklə daramaqdır. Təbii qıvrımlarınız varsa, təbii görünmək üçün bir saç klipsi ilə ön qıvrımları götürə bilərsiniz. Üzdən çəkilən qıvrım saçlar da ola bilər. Bu saç düzümü açıq arxa və ya çiyinli qapalı paltarlar üçün uyğundur. Korset və təmtəraqlı ətək ilə klassik şahzadə üslublu gəlinliklərlə uyğun gəlir.

Toyda özünüzü sanki qırmızı xalçadakı kimi görürsünüzsə, Hollywood dalğası sizin üçündür. Bu saç düzümü dekolteli, açıq çiyinli və ya açıq belli həcmli A xəttli paltarla uyğundur. Düzdür, toyunuz açıq havada keçirilirsə, “Hollywood dalğası” etmək məsləhət deyil – qıvrımlar tez bir zamanda itəcək.  

Gəlin saç düzümü və makiyaj üçün Sev Beauty Zone salonuna üz tutun. Bu salon Umico tərəfdaşıdır, deməli keşbeksiz qalmayacaqsınız – 2%.    

Həmişə aktual olan başqa bir seçim aşağı bağlamadır. Saç düzümünü düz ayrılma ilə və ya ön qıvrımları buraxaraq daha maraqlı etmək olar. Bağlama istənilən paltarla uyğun gəlir, lakin açıq çiyinli və ya arxada bir kəsikli paltar ilə xüsusilə gözəl görünür.

Çiçəkləri və inciləri olan aksessuarlar dəbdədir: baş bantları, bağlar və saç sancaqları. Bu, naxışlı krujeva ilə dərin kəsikli bir paltar axtaranlar üçün mükəmməl bir seçimdir. İpək bir baş bağı görüntüyə romantika əlavə edəcək, parıltılı və inci ilə bəzədilmiş saç sancaqları isə ciddi saç düzümünü bəzəyəcəkdir.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Toy saç düzümü və makiyaj Umico-nun digər tərəfdaşı olan Face Up Beauty Academy salonunda edilə bilər. Burada 3% keşbek qazanacaqsınız.

Möhtəşəm seçim – gəlin üçün bəzəklər

Bəziləri şənlik görünüşü üçün klassikanı seçir, bəziləri müxtəliflik axtarır, bəziləri isə özlərini şahzadə kimi hiss etmək istəyirlər. Tam əminliklə məsləhət görürük – ilk növbədə zövqünüzə və geyiminizə uyğun olan şeylərə etibar edin. Trendlər ilham üçündür. Budur, 2021-ci ildə gəlinlik modasında aktual olanlar. 

İri həcmli sırğalar

Gəlinin paltarının minimalist olmasına baxmayaraq, lazımsız dekorasiya və bəzək olmadan, sırğalar toy albomunda ayrı bir fotoşəkilə layiq ola bilər. Böyük, kaskadlı, parlaq, göz oxşayan, dəbdəbəli sırğalar gəlin timsalında çox gözəl görünür.

Bu cür sırğaları Umico-nun tərəfdaşı olan Avenue Joaillerie butikində əldə edə və 3,5% keşbek qazana bilərsiniz.

Tac

Toy günü gözəl bir tac taxıb özünüzü bir şahzadə kimi hiss edə biləcəyiniz gündür. Tac ilə saç düzümü çox effektiv görünür. 

Vintaj

Şüurlu istehlak zərgərlik qarderobuna da çatdı. Xüsusi bir şik nənənizin qutusunda həqiqətən bənzərsiz bir şey tapmaqdır: inci sırğalar, böyük sapfirli üzük və ya vintaj broşu. Toy stilistləri, vacib bir tədbirdən əvvəl analarınızın və ya nənələrinizin xəzinələrinə yaxşı baxmağı məsləhət görürlər. 

Umico tərəfdaşı olan Vintaj-dan toy bəzəyini seçin, burada 10%-a qədər keşbek alacaqsınız.

Qeyri-adi bəzəklər

2020-ci ildən sonra hər şeyə sahib olmaq istəyirsən – bu istək bütün moda trendlərində açıq şəkildə görünə bilər. Dizaynerlər toy mərasimi üçün zərgərlik seçərkən, bütün məhdudiyyətləri aradan qaldırmağa və əvvəllər taxmağa cəsarət etmədiyiniz modellərə üstünlük verməyi tövsiyə edir.

Umico-nun tərəfdaşı Azgold Silver-dan lüks zərgərlik əşyalarına sahib olun, keşbekiniz 3%-dir.

Gəlin üçün buket

Sadəlik və lütf toy floristikasında bir trenddir. Gəlin buketini yığarkən üçdən çox bitki və dörddən çox çaları qarışdırmayın. İdeal formalı qönçələrini, düzgün rəngini seçmək və yaşıl bitkilərlə düzgün birləşdirmək çox vacibdir.

Buketinizi Roses Are Red çiçək dükanında tapın, burada 7% keşbek zəmanəti verilir.

Gəlin buketini çöl çiçəklərindən yığmaq olar! Bu seçim zərif sadəlikdir. Belə bir buket gözəlliyi və çalarları ilə təəccübləndirəcəkdir. Ot və dənli bitkilər çöl çiçəklərindən olan gəlin buketini tamamlaya bilər. Əsas qayda mövsümü izləməkdir.

İlham və gəlin buketi üçün Lilac Flower Boutique-i ziyarət edin, keşbek – 5%-a qədər. 

Trenddə akvarel palitrası və onun təbiətə yaxınlığıdır. Bu palitra həssaslığı, təbiiliyi, həmahəngliyi təcəssüm etdirir. Təbii yaşıl, qəhvəyi, sarı çalarlar toyun çiçək dizaynında da çox aktualdır.

Gloria Flowers, gəlin üçün buket yığmağa sizə kömək edəcək, keşbekiniz 7%.

Gəlinin buketi çox rahat bir aksesuara çevrilib miniatür ola bilər, Gəzinti və ya fotosessiya zamanı tez-tez düzəltmək, rəfiqələrə müvəqqəti verib narahat olmaq lazım deyil. Üstəlik, belə bir kiçik buket olduqca təsirli görünür. Floristlər qeyri-adi bir rəng palitrası və forma, toxuma və əhval-ruhiyyəsi ilə fərqli rəng növlərinin birləşməsindən istifadə etməyi məsləhət görürlər.

Flora mağazasında zərif buket seçin, Umico-dan keşbekiniz 3% təşkil edir.

Digər bir trend hündür çiçəklərin minimalist kompozisiyalarıdır. Bunlar uzun saplı mono buketlər ola bilər. Ağ və ya şərab kall zanbaqları, orxideya, ekzotik strelitzia idealdır. Amma bu cür buketlərin imicinizin fonunda itməməsinə əmin olun. Uzadılmış kompozisiyalar ən yaxşı şəkildə sıx və düz paltar və ya şalvar kostyumları ilə görünür.

Gəlin buketini Umico tərəfdaş çiçək mağazalarında yığa bilərsiniz. Gallery gifts and flowers-də 10% keşbek qazanın.

Hər hansı bir xüsusi formanın olmaması və səliqəli, şık asimmetriya bu yay trenddədir. Belə bir buket mütləq fərqlənəcəkdir. Yalnız asimmetriyanın xaos olmadığını unutmayın, buna görə kompozisiya səliqəli və ahəngdar görünməlidir.

Zərif Gül Salonu mağazasında zərif bir gəlin buketi seçin və 2% keşbek alın.

Gəlinlik, saç düzümü, zərgərlik seçiminə gəlincə, trendlər ilk növbədə yada düşmür. Bu normaldır: toy günü, bir paltarın yalnız sizin üçün xüsusi olması lazım olan bir gündür. Bir tövsiyə var: stereotiplərə yox deyin və ürəyinizi dinləyin.

Umico ilə toy trendlərindən ilham alın!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %