Shopping Guide

Umico Market-də yerli istehsalçılardan nə almaq olar

Bir neçə ay əvvəl azərbaycanlı sahibkarları Umico Market ilə birlikdə satmağa dəvət etmişdik. Təklif öz cavabını tapdı və indi yerli istehsalçıların orijinal, bənzərsiz və faydalı məhsulları marketpleysimizin kataloqunda göründü. Suvenirlər, uşaqlar və ev üçün mallar, aksesuarlar – hamısını Umico Market-də tapa bilərsiniz.

Orijinal ABAD suvenirləri

ABAD, Azərbaycan sənətkarlarını və sənətçilərini bir araya gətirən bir layihədir. Evinizi fərqli, orijinal və sadəcə gözəl məhsullar ilə bəzəyə bilərsiniz. Heykəlciklər, armudu stəkanlar, güldanlar, bəzək əşyaları, səbətlər, rəsmlər, boyalı və mis qablar, orijinal nərd taxtaları – bunların hamısı əl işidir. Belə şeylər əzizləriniz üçün orijinal bir hədiyyə olacaq.

Destino körpələr üçün məhsullar

Azərbaycanın Destino markalı körpələr üçün bütün mallar yalnız ekoloji cəhətdən təmiz və təhlükəsiz materiallardan hazırlanır. Silikon diş qaşıyıcılar, önlüklər, əmziklər, ilk qablar dadı və qoxusu olmayan qida silikonundan hazırlanır. Bütün bunlar xüsusi qayğı tələb etmir, qabyuyan maşında yuyula, qaynadıla, mikrodalğalı və adi sobada qızdırıla bilər. Əsas odur ki, onlar zəhərli deyil və uşaq üçün təhlükəsizdir.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Malybeili əl işləri

Limon və nar şəkilləri və ənənəvi naxışlarla bəzədilmiş şamdanlar, kəsmə lövhələr və məcməyilər – Malybeili-dən olan bütün bu əl işləri zəngin mədəni irsimizi xatırladır.

Zeyband əl istehsalı aksesuarlar

2021-ci ilin yanvar ayında qızları gözəlləşdirmək üçün ortaya çıxan gənc bir markadır. Pis hava və ya pandemiya – heç bir şey şık və parlaq görünməyinizə mane olmayacaq. Limon sarı, yasəmən, qırmızı, çəhrayi, qara – əhvalınızın uyğun olan rəngi seçin. Aksesuar görünüşünüzü tamamlayacaq və ona xüsusi gözəllik bəxş edəcək.

Ninka cards & gifts – əl istehsalı açıqcalar və hədiyyələr

Səmimi hədiyyələr verməyi sevirsinizsə, bu brend sizin üçündür. Məşhur sərgi salonundan hər şeyi indi Umico Market-də almaq olar. Açıqcalar, albomlar, çərçivələr və digər əl istehsalı suvenirlər hədiyyənin ünvanlandığı şəxsə münasibətinizi vurğulayacaq. Bu şeylər uzun illər ərzində səmimi hisslərinizi qoruyacaq.

Umico Market-də bəyəndiyinizi seçin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %