Umicology

Umico Market ilə bir il daha. 2022-ci ildə necə yaxşılaşırdıq

İlin sonu geriyə baxıb nəticələr çıxarmaq üçün əla vaxtdır. 2022-ci il ərzində Umico Market komandası sizin üçün daha da yaxşı, rahat və əlçatan olmaq üçün çox işlər gördü. Fəxr edə biləcəklərimiz haqqında danışaq.

Biz daha da böyüdük

Bu gün Umico Market-in artıq 1.600.000-dən çox istifadəçisi var! Siz də onlardan birisiniz? Yəgin ki, məhsul seçiminin daha geniş olduğunu görmüsünüz. Bir il əvvəl 100 min məhsulumuz var idisə, bu gün say artıq 150 minə çatıb. Artıq yeni brendlər sifariş etmisinizmi? Onların arasında Jysk, Trendyol, Ali&Nino, Flo, Nars, IKEA, Poppy Gallery, Accessories, Infinix, Pablosky, Kerastase, City Farm, U.S.Polo və digərləri var.

Premium abunəliyi işə salmışıq

Yazda Umico tətbiqində yeni xidmət – Umico Premium abunəliyi təqdim olundu. Onunla siz supermarketlərdə daha çox keşbek qazana, Umico Market-də 10%-ə qədər əlavə keşbeklə alış-veriş edə və bonusları komissiyasız köçürə bilərsiniz!

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Geyim və ayaqqabı satışına başladıq

Artıq mağazaları gəzmək və ya xaricdən göndərmələri emal etmək üçün vaxt sərf etməyə ehtiyac yoxdur. Bu il Umico Market istifadəçilərinin geyim və ayaqqabı sifariş etmək imkanı yarandı! Fərqli ölçülər və rənglər arasından seçin, təhvil aldığınız zaman geyinib yoxlayın və yalnız sizə uyğun olanı seçin.

Rayonlara çatdırılmanı mümkün etdik

Umico Market Azərpoçt ilə birlikdə məhsulları bölgələrə çatdırmağa başlayıb. Ölkəmizin istənilən yerindən məhsul sifariş edə bilərsiniz. Gəncə, Astara, Balakən, Quba, Cəlilabad, Lənkəran, Oğuz, Samux – Azərpoçt çatdırılmanı Azərbaycanın 34 şəhərinə həyata keçirir. Çox gözləməli olmayacaqsınız. Beş gün ərzində məhsul şəhərinizdəki Azərpoçt şöbəsinə çatdırılacaq. Böyük məişət texnikası istisna olmaqla, 30 kq-a qədər olan istənilən malları virtual səbətə yığa bilərsiniz. Sifarişi rəsmiləşdirmə zamanı kartla və ya Azərpoçt şöbəsində təhvil aldıqda ödəyə bilərsiniz.

Köhnə ili böyük endirimlərlə yola salırıq

İl ərzində istədiyiniz zaman Umico Market-də böyük endirimlərdən yararlana bilərsiniz. Endirimlər və aksiyalar daim var, xüsusi hallarda isə daha da böyüyür. Yeni il endirimləri olan malları elə indi almağa tələsin. Birbank kartları ilə 18 aylıq taksit imkanlarından yararlanın, eyni zamanda Apple məhsulları üçün eyni kartlarla ödəniş edin və ikiqat keşbek qazanın.

Bizimlə olduğunuz üçün sizə təşəkkür edirik! Qarşıda daha sərfəli təkliflər və çoxdan arzuladığınız alışlar var.

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %