Shopping GuideUmico Beauty

Yayda kosmetoloji proseduralar: nə etmək olar, nə olmaz və nəyi elə indicə etmək lazımdır?

Yayda hansı kosmetoloji maşın prosedurları etmək olar və hansıları etmək olmaz? Mezoterapiya və Biorevitalizasiya nədir? Dərimizi daha sağlam və gözəl göstərmək üçün hansı maskaları tətbiq edə bilərik? Bütün bu suallara Lalisa Estetik Mərkəzinin professional kosmetoloqu Qasımova Fəridə ilə birlikdə cavab verəcəyik.

Hamımız yay aylarını çox sevirik. Günəş altında qaralmaq və dənizdə, çayda, hovuzda üzmək əladır. Ancaq dərinizə belə cazibədar şəkildə parıltı verən günəşin həm də onun üçün çox zərərli olduğunu bilirdinizmi? Hovuzdakı günəş, isti hava, xlorlu su – bunların hamısı dəriniz üçün zərərli ola bilər. Buna görə də yay aylarında dərimiz xüsusi qorunma və qayğı tələb edir. Tərəfdaşımız Lalisa Estetik Mərkəzi ilə birlikdə yay aylarında həyata keçirilə bilən proseduralar və həyata keçirilməsi məsləhət olunmayan prosedurlar haqqında bir məqalə hazırladıq. Bu məqalədə dərinizi təravətli və parlaq etmək üçün evdə edə biləcəyiniz gündəlik baxımlar barədə də məlumat əldə edəcəksiniz.

Professional gözəllik proseduraları

Yay aylarında kimyəvi pilinq, dərin soyma proseduraları və mikroneedlingdən uzaq durmaq lazımdır.

Kimyəvi pilinqlərə yayda “yox” deyirik

Bir və ya daha çox kimyəvi soyucu maddənin dəriyə tətbiq olunması zamanı dəridə soyulma baş verməsi prosesi kimyəvi pilinq adlanır. Kimyəvi pilinqin 3 növü var: səthi, orta və dərin. Bu porseduralar nəticəsində əsasən – ləkələr aradan qaldırılır, qırışlar yox edilir, yara və sızanaq izləri itirilir, daha parlaq və gənc dəri yaranır, qidalandırıcı və nəmləndirici serumların, kremlərin və maskaların daha dərin qatlara çatmasına imkan yaranır.

Unutmayın, yayda kimyəvi pilinq etmək olmaz! Əgər isti havalarda sizə kimyəvi pilinq məsləhət görülübsə, belə mütəxəssisin xidmətindən istifadə etməməlisiniz. Yayda kimyəvi pilinq çox təhlükəlidir, çünki bu cildinizin sağlamlığına zərər verə və hiperpiqmentasiyaya (bütün üzün ləkələr və yaralarla örtüldüyü dərəcədə) səbəb ola bilər. Buna görə də kimyəvi pilinqlər payıza qədər təxirə salınmalıdır.

Mezoterapiya

Mezoterapiya – problemli bölgədə dərinin orta qatına mikroinyeksiya metodu ilə bəzi dərman preparatlarının yeridilməsidir. Bu məqsədli dəri probleminə uyğun olaraq hialuron turşusu, antioksidantlar, vitaminlər, minerallar, amin turşuları və digər tərkibli özəl dərman kokteylləri hazırlanır. Bu maddələrin bir-başa dəriyə verilməsi dəridə kollagen və elastin sintezini artırır, dərinin yenilənməsinə səbəb olur. Bu prosedura sizə – saçların gücləndirilməsi, saç tökülmələrinin qarşısının alınması, dərinin gəncləşdirilməsi, dəriyə nəm və parlaqlıq qazandırılması, ləkələrin rəginin açılması və selulit müalicəsini təmin edir. Heç bir yan təsiri yoxdur və hər mövsümdə tətbiq edilə bilər.

Biorevitalizasiya

Biorevitalizasiya (Biocavanlaşma) – Yaş irəlilədikcə dəridə mübadilə prosesləri zəifləyir və dərinin nəm qalmasını təmin edən hialuron turşusunun miqdarı azalır. Dəri quru, cansız və mat bir görünüş alır. Biorevitalizasiya proseduru bunlarla mübarizədə ən təhlükəsiz və effektiv metodlardan biridir. Bu prosedur zamanı hialuron turşusu dəriyə yeridilərək nəm balansını bərpa edir, bunun nəticəsində dəri canlı, təravətli və baxımlı görünür. Preparatın hialuron turşusu sovrulduqdan sonra belə, dəridə sintezi artırılmış hialuron turşusu, dərini uzun müddətli nəmləndirmə və qoruma gücünə sahib olur. Biorevitalizasiya nəticəsində səthi qırışlar açılır və dəri parlaq görünür. Bu prosedura arıqlama və pəhrizlərdən sonra dərini reabilitasiya edir, intensiv nəmləndirmə dərini baxımlı və təravətli edir, quru və mat dəriyə tonus və canlılıq qazandırır.

Karbon Pilinq

Karbon Pilinq – Son zamanlar dəb halını almış və Hollywood ulduzlarının çox sevdiyi bu prosedur, ilin istənilən fəslində tətbiq edilə bilən bir prosedurdur. Dərinin məsamələrinə yeridilmiş karbon maddəsi, lazer işığı vasitəsi ilə parçalandığında məsamələrin içərisi daha dərindən təmizlənir və dəridə sıxılma baş verir. Yeni yaranmış və səthi ləkələrin aradan qaldırılması, böyümüş məsamələrin yığılması, dəri yağlanmasının balanslaşması, dəridə olan xırda çivzələrin aradan götürülməsi, dəri rənginin açılması və hamar relyefin yaranması, makiyajın dəriyə daha rahat oturması üçün Karbon Pilinq edə bilərsiniz. 

Normal quru dərilər istisna olmaqla,çox quru dərilərə bu proseduru etmək məsləhət deyildir. Hər seansda gözlə görüləcək nəticə əldə edilməsinə baxmayaraq daha gözəl və qalıcı nəticə üçün həftədə 1 dəfə olmaqla 5-6 seans edilə bilər. Tamamilə ağrısız və izsizdir, prosedurdan dərhal sonra gündəlik həyatınıza qayıda bilərsiniz. Kimyəvi pilinqdən fərqli olaraq Karbon Pilinqi zamanı dəri soyulmur. Ona görə yayda edilməsi mümkündür. 

Plazma Liftinq

Plazma Liftinq – orqanizmin təbii yolla cavanlaşmasına yönəldilmiş kosmetoloji prosedurdur. Onun digər adı PRP terapiyadır. Bu prosedur dəridaxili aparılır. İlk öncə xəstənin öz qanı, mərkəzimizdə steril bir mühitdə alınır və sentrifuqa cihazında yüksək sürətdə qanın trombositləri (qan hüceyrələri) ayrılır. Qırmızı və ağ qan hüceyrələri dibə enərkən trombositlə zəngin hissəsi “plazma” üstdə qalır. Bu trombositlər zəngin plazma müalicə bölgəsinə mikro iynə ilə yeridilir. Bu prosedura yara sağalmasını tezləşdirir, Kollagen, Elastin və Hialuron turşusunun sintezini artırır, Toxumaları bərpa edir və cavanlaşdırır, Yeni və sağlam damarların yaranmasını təmin edir. Toxumaları qidalandırır və canlılıq verir. Yaşlanmaya və piqmentasiyaya qarşı mübarizəni gücləndirir, Dəri dartılmalarını müalicə edir. Dəriyə hamar və sağlam görünüş qazandırır. Proseduradan dərhal sonra normal həyata davam etmək mümkündür. Hər hansı bir yan təsiri yoxdur və istənilən fəsildə tətbiq edilə bilər. 


Evdə qulluq proseduraları

Çoxlu su için. Dərinizi daxildən və xaricdən nəmləndirin.

Kimyəvi proseduralardan əlavə həmçinin düzgün qidalanmaq və sağlam həyat tərzi seçərək də dərimizi daha təravətli və təmiz edə bilərik. Yayda mütləq çoxlu su içmək (məsləhət görə gündə 2 litrə qədər) və dərini daxildən nəmləndirmək lazımdır. Bundan əlavə çoxlu vitamin qəbul etmək üçün meyvə və tərəvəz yemək lazımdır. Bütün bunlar təkcə dərinin deyil bütün bədənin sağlamlığını qorumağa kömək edəcəkdir. Əlavə olaraq aşağıdakı maskaları da rahat evdə hazırlayıb üzünüzə tətbiq etməklə ağardıcı, təravətləndirici və parıldadıcı effekt əldə edə bilərsiniz.

Fəridə Qasımovadan evdə edilə biləcək maskalar

  1. 2 xörək qaşığı kəsmik, 5-6 xörək qaşığı meyvə şirəsi və ya meyvə pürəsi, 1 xörək qaşığı düyü unu, 0.5 çay qaşığı E vitamini – qarışdırıb üzümüzə tətbiq edirik. 20 dəqiqə gözləyib sonra yuyuruq.
  2. 1 ədəd əriyi blenderdən püre halına gələnə qədər keçirin, üzərinə 1 xörək qaşığı süd əlavə edin. Üz və boyun dərinizə çəkin, 10 dəqiqədən sonra soyuq su ilə yuyun.
  3. 2 xörək qaşığı yaşıl çay, 1 xörək qaşığı mayonez və 1 xörək qaşığı uşaq nəmləndirici kremi qarışdırıb, üzümüzə tətbiq edirik. 20 dəqiqə sonra yuyuruq.

Diqqət: AKSİYA!

Yalnız Umico istifadəçiləri üçün, 30 İyuna qədər, Üz Gərmə prosedurası cəmi 260 AZN, hədiyyə olaraq İynəsiz Mezoterapiya pulsuz və 3,5% Umico keşbeki!30 İyuna qədər, yalnız Umico istifadəçiləri üçün Üz Gərmə prosedurası 290 AZN yox cəmi 260 AZN və hədiyyə olaraq 79 AZN dəyərində olan İynəsiz Mezoterapiya pulsuz. Bu aksiya çərçivəsində 3,5% Umico keşbeki aktiv olacaqdır. 

Lalisa Estetik Mərkəzində üz gərmə prosesi SHIFU Plus aparatı ilə həyata keçirilir. Bu aparat əməliyyatsız olaraq üz və bədən nahiyələrində dəri sallanmalarının aradan qaldırılması və cavanlaşması üzrə istifadə olunan ən yeni texnologiyadır. 

Zamanla dəridə baş verən sallanmaların başlıca səbəbi smas təbəqəsinin boşalması və sıradan çıxmasıdır. Və SHIFU Plus, cərrahi müdaxilə olmadan əzələlərin üzərində yerləşən smas təbəqəsini müalicə edən yeganə texnologiyadır. 

SHIFU PLUS-un bir başa dərinliyinə enmə gücü nahiyəyə görə 1.5 mm-dən 16 mm–ə qədərdir. Bu səbəbdən sıxılmış ultrasəs dalğaları dəri dartılması üçün lazımi təbəqəni müalicə edə bilir. Buna görə də, nəticə üçün 8-10 seans deyil, cəmi 1 seans kifayət edir. Seansdan dərhal sonra 20-25% effekt nəzərə çarpır. Lakin ölü hüceyrələrin canlanması və sağalması zaman aldığına görə tam nəticə seansdan sonrakı 30-90 gün içərisində əldə edilir. 

Prosedur müddəti 60 – 75 dəqiqədir. Üz nahiyəsinə – Alın, Yanaqlar, Buxaq və Boğaz daxildir. Cəmi bir seansa tam nəticə əldə edə bilərsiniz!
Həkim məsləhəti ödənişsizdir.Lalisa Estetik Mərkəzində karonavirusla bağlı bütün təmizlik tədbirləri görülmüşdür. Mərkəz davamlı olaraq dezinfeksiya edilir. Qeydiyyat masasında hər kəsin istifadəsi üçün antiseptik gel, spirt və təmizləyici vasitələr var. Başlıqlar sterilizasiya olunur. Müştəri üçün 1 dəfəlik örtüklərdən istifadə olunur və hər müştəridən sonra otaq və aparatlar təmizlənir. İşçilər daimi olaraq maskadan istifadə edirlər. 

Daha ətraflı məlumat üçün — Lalisa Estetik Mərkəzi ilə əlaqə saxlayın.

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %