Umico Relax

Yeni il tətilini planlaşdırırıq və onun üçün lazım olan hər şeyi Umico Market-də tapırıq

Bu bayram nə edəcəyinizi artıq bilirsinizmi? 2023-cü ilin ilk günlərinin yaddaqalan olması üçün sizin üçün xoş, faydalı, əyləncəli və aktiv fəaliyyətləri bir araya gətirdik! Yeni ili necə qarşılasan, o cür də keçirəcəksən.

Gəlin sürüşək!

Qış idman növlərinin əsl vaxtıdır. Xizək, snoubord və tubinq sürmə sizə bayramlarda yığdığınız kalorilərdən qurtulmağa və fiziki hazırlığı bərpa etməyə kömək edəcək. İsti geyinin və Yeni ilə aktiv başlayın! 

Film festivalını təşkil edirik

Gündəlik həyatda kifayət qədər aktivlik varmı? O zaman bayram günlərini ailəniz və dostlarınızla kinoya baxaraq keçirməyə nə deyirsiniz? Bu filmləri sizə məsləhət görürük:

  • “İki nəfərlik Milad”. Londonun bəzəkli Milad mənzərələri, ən tanınan Milad mahnısı “Last Christmas” və eyni əjdaha anasının baş rolda oynadığı ənənəvi romantik komediya.
  • “Harold və Kumar: Möhtəşəm Milad Bayramı” – yumor hissini yoxlamaq üçün film. Yeni il dekorlarında 33 bədbəxtlik və qəhrəmanların qeyri-banal sərgüzəştləri.
  • “Əsl sevgi” – öz hekayələri, təcrübələri və hissləri olan 10 nəfər, əsası isə sevgidir. Əsas möcüzəli gecədə heç kim tək qalmasın!
  • “Mənə nəsə olub” rus filmidir, burada tragikomediya və dram, daha doğrusu, bütün emosiyaların palitrası ilə real həyat var, baş rolda isə Qoşa Kutsenkodur.
  • “34-cü küçədə möcüzə”. Üç Oskarı olan, 1947-ci ildə çəkilmiş film. Şaxta babaya və möcüzələrin mümkünlüyünə inanmayan hər kəsə tövsiyə olunur. Möcüzələrə inamdan üstün yalnız onların həyata keçirilməsidir!

Oyun marafonu

Əgər kinoya baxmaq artıq darıxdırıcı gəlirsə və prosesdə iştirak etmək istəyirsinizsə, o zaman video oyunlar sizə daha uyğundur. Siz tək və ya dostlarınızla, sevgilinizlə və ya uşaqlarınızla oynaya bilərsiniz. Marafona təkcə bir oyun deyil, bir neçə idman növü də daxil edilə bilər. Beləliklə, tətiliniz Olimpiya kiber oyunları kimi olacaq, sadəcə olaraq sevdiyiniz oyunçularınızla!

Təhsil özümüz alırıq

Yanvarın biri bazar ertəsinin səhəri deyil, daha mühüm tarixdir. Bəlkə elə indi yeni peşəni öyrənməyin və ya yaxşı vərdişi aşılamağın əsl vaxtıdır? Vaxt var, imkan da tapılar. Tətillərdən səmərəli istifadə edin: uzun müddətdir oxuya bilmədiyiniz kitabları oxuyun və nəhayət qeydlərinizdə saxladığınız kurslara yazılın.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Yaradıcılıq üçün vaxt

Terapevtlər qeyd edirlər ki, hisslər və duyğular yaradıcılıqda ən yaxşı şəkildə üzə çıxır. Art terapiya ilə məşğul olun və özünüzü yaxından tanıyın, yeni bir şey sınayın və ya köhnə arzunuzu həyata keçirin. Yeni il tətilində bir sviter toxumaq və ya bir rəsm çəkmək həqiqətən mümkündür. Birlikdə mahnı oxumaq isə təkcə faydalı deyil, həm də əyləncəlidir. Yeni ili yenidən qeyd etmək üçün əla fürsətdir!

Bir illik yuxunu almaq

Bunu çoxdan gözləyirdiniz! Rahat və həcmli bir yorğan altında gizlənərək, ümumiyyətlə yataqdan qalxmayacağınız qazandığınız tətil. Özünüzə əsl istirahət hədiyyə edin, tətildən sonra gücünüzü bərpa edin və doyunca yatın. Xoş və gözəl bir ev kostyumu isə bu vacib işə lüks və rahatlıq əlavə edəcəkdir.

Bütün Yeni il tətilini şənlənərək qeyd etmək!

Tətil günləri sadəcə olaraq Yeni ili bütün dostlar, qohumlar, əzizlər, həmkarlar və hətta qonşularla qeyd etmək üçün kifayət edəcək. Şənlik dəsti üçün yəqin ki, sizə lazım olacaq: şampan badələri, Yeni il ağacı və əhval-ruhiyyə. Daha çox bayram mallarını, hədiyyələri, bəzək əşyalarını və ən yaxşı oyunları Umico Market-də axtarın!

Birdən isti çimərliyə səfər etsəniz

Əgər isti çimərliyə səyahət etməyi planlaşdırmısınızsa, özünüzlə SPF krem ​​götürməyi unutmayın. Xüsusilə də indi, dəri günəş şüalarının nə olduğunu unudanda. Özünüzlə qaralmadan sonra krem, gün eynəyi, baş örtüyü, çimərlik paltarı və dalğıc maskasını götürün.

Tətil günlərini elə keçirin ki, onlar bütün 2023-cü il boyu yaddaşınızdan çıxmasın. Umico Market isə daim sizin yanınızdadır!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %