Razılıq
Əgər siz Umico.az vebsaytından, Umico mobil tətbiqindən (bundan sonra “Umico Məhsulları” adlandırılır) istifadə edirsinizsə, o zaman siz hazırkı Şəxsi məlumatlar haqqında siyasətin tətbiqinə razılıq verirsiniz (aşağıda göstərilmiş hallar istisna olmaqla).
Əgər siz Umico Məhsullarının istifadə olunduğu kənar vebsayta daxil olmusunuzsa, o zaman həmin onlayn resursda təqdim etdiyiniz hər hansı məlumatlar həmin vebsaytın (şirkətin) şəxsi məlumatlar haqqında siyasətinə uyğun şəkildə toplanılır.
Sizin məlumatlarınızın məxfiliyi bizim üçün çox vacibdir və biz şəxsi məlumatların mühafizəsinin əhəmiyyətli olduğunu qəbul edirik. Ona görə də, hazırkı Siyasəti hazırlamaqda məqsədimiz şəxsi məlumatlarınızın bizim tərəfimizdən necə toplanıldığı, istifadə edildiyi, bölüşüldüyü və dəyişdirdiyi barədə sizə məlumat verməkdir.