AZ
Şirkət kataloqu
Bakı
915
AZ
Texniki reqlament

UmicoPos mobil tətbiqi (IOS, Android).

Təsvir: Bu inteqrasiya növü, UmicoPost tətbiqinin smartfonun tələblərinə uyğun quraşdırılmasını və istismarını nəzərdə tutur. Umico kartı ilə edilən bütün alış-verişlər UmicoPos tətbiqi vasitəsilə həyata keçirilir. Belə inteqrasiya növündə tərəfdaşın kassa proqram təminatı ilə texniki əlaqəsi yoxdur.

  1. Mütləq: Aktiv Google hesabı ilə 5.0 və ondan yeni Android əməliyyat sistemi olan smartfon və ya planşet (Play Market üçün nəzərdə tutulmuş hesab) və ya Aktiv Apple ID hesabı ilə 10.0 və ondan yeni IOS əməliyyat sistemi olan smartfon və ya planşet (Apple Store üçün nəzərdə tutulmuş hesab).
  2. Mütləq: UmicoPos tətbiqinin istifadə ediləcəyi filialda davamlı kabelsiz (Wi-Fi) internet bağlantısı.və ya UmicoPos tətbiqinin istifadə ediləcəyi filialda davamlı 500-750 Meqabayt-lıq mobil internet bağlantısı (Azercell-in GencOl2 paketi məsləhət görülür).
  3. Mütləq: Şirkətdə Firewall istifadə edildiyi təqdirdə - UmicoPos tətbiqi vasitəsilə sorğu göndərilməsi üçün icazənin əlavə edilməsi.
  4. Mütləq: Kartın ştrix-kodunu tez zamanda təyin edə biləcək və alış-veriş çekinin keyfiyyətli şəkilini çəkə biləcək smartfon və ya planşet.
  5. Mütləq: UmicoPos tətbiqinin olduğu cihazın müntəzəm enerjisinin mövcudluğu.
  6. Mütləq: UmicoPos tətbiqinə təkrar giriş zərurətinin yaranması kimi hallarda login və şifrəni operativ şəkildə qeyd etmək üçün icazə.
  7. Mütləq: UmicoPos-a daxil olmaq üçün login və şifrənin operativ şəkildə almaq imkanının mövcudluğu.
  8. Mütləq: Texniki nasazlıqlar (istənilən) olduğu təqdirdə, Umico əməkdaşlarına müraciət etmək (915 qaynar xətti).

Vacibdir: Bu növ inteqrasiyada, tərəfdaş Umicopos əlavəsinin istifadəsi üzrə təlimata mütləq şəkildə əməl etməyə borcludur. Bütün təlimatlara keçiddə baxa bilərsiniz.

«UmicoPos Web» web-tətbiqi.

Təsvir: Bu inteqrasiya növü, UmicoPos web-tətbiqinin birinci bəndin tələblərinə cavab verən cihazlarda istifadə edilməsi üçün nəzərdə tutulub. Umico kartı ilə edilən bütün alış-verişlər “UmicoPos Web” web-tətbiqi vasitəsilə həyata keçirilir. Belə inteqrasiya növündə tərəfdaşın kassa proqram təminatı ilə texniki əlaqəsi yoxdur.

  1. Mütləq: Kompüter Noutbuk/ Netbuk/ Smartforn/ İnternet-brauzer-i olan planşet (Google Chrome/ Safari/ Opera və s.)
  2. Mütləq: UmicoPos tətbiqinin istifadə ediləcəyi filialda davamlı (Wi-Fi/ mobil/ kabelli) internet bağlantısı. Mobil bağlantısından istifadə edildiyi halda, UmicoPos tətbiqindən istifadə olunacaq məkanda, paketin mobil trafiki 500-750 meqabayt təşkil etməlidir. (Azercell-in GencOl2 paketi məsləhət görülür).
  3. Mütləq: Şirkətdə Firewall istifadə edildiyi təqdirdə - UmicoPos Web tətbiqi vasitəsilə sorğu göndərilməsi üçün icazənin əlavə edilməsi.
  4. Mütləq: UmicoPos web-tətbiqinin olduğu cihazın müntəzəm enerjisinin mövcudluğu.
  5. Mütləq: UmicoPos tətbiqinə təkrar giriş zərurətinin yaranması kimi hallarda login və şifrəni operativ şəkildə qeyd etmək üçün icazə
  6. Mütləq: UmicoPos tətbiqinə təkrar giriş zərurətinin yaranması kimi hallarda login və şifrəni operativ şəkildə almaq üçün icazə
  7. Mütləq: Texniki nasazlıqlar (istənilən) olduğu təqdirdə, Umico əməkdaşlarına müraciət etmək (915 qaynar xətti)
  8. Məsləhət görülür: Kassirin iş yerində, həm Umico plastik kartının üstündəki ştrix-kodu, həm də telefonun ekranındaki ştrix-kodu müəyyən edə biləcək skannerin quraşdırılması.

Vacibdir: Bu növ inteqrasiyada, tərəfdaş Umicopos əlavəsinin istifadəsi üzrə təlimata mütləq şəkildə əməl etməyə borcludur. Bütün təlimatlara keçiddə baxa bilərsiniz.

Onlayn inteqrasiya.

Təsvir: Bu inteqrasiya növü, tərəfdaşın kassa sistem təminatının API sənədləşdirməsinə əsasən tamamlanmasını nəzərdə tutur. Umico kartı ilə edilən alış-verişlər tərəfdaşın kassa proqram təminatı vasitəsilə həyata keçirilib, real vaxt rejimində emal edilir. Belə inteqrasiya növündə tərəfdaşın kassa proqram təminatı ilə texniki əlaqəsi mövcuddur.

  1. Mütləq: API sənədləşdiriməsində yazılan metodlara uyğun və qəbul testlərini keçmiş bir kassa proqram təminatının tamamlanması.
  2. Mütləq: Umico kartı ilə edilən alış-veriş məkanında davamlı internet-bağlantısı (Wi-Fi/ mobil/ kabel).
  3. Mütləq: Texniki nasazlıqlar (istənilən) olduğu təqdirdə, Umico əməkdaşlarına müraciət etmək (915 qaynar xətti).
  4. Məsləhət görülür: Kassirin iş yerində, həm Umico plastik kartının üstündəki ştrix-kodu, həm də telefonun ekranındaki ştrix-kodu müəyyən edə biləcək skannerin quraşdırılması.
  5. Məsləhət görülür: Texniki nasazlıqlar yarandığı təqdirdə, Umico kartı ilə edilən bütün alış-verişlərin offline-rejim vasitəsilə tamamlanması üçün – bütün alış-verişi yadda saxlamaq (offline inteqrasiyaya baxın).

Offlayn inteqrasiya.

Təsvir: Bu inteqrasiya növü, tərəfdaşın kassa sistem təminatının API sənədləşdirməsinə əsasən tamamlanmasını nəzərdə tutur. Umico kartı ilə edilən bütün alış-verişlər tərəfadşın kassa proqram təminatından keçir və müəyyən vaxtlarda tamamlanır (tərəfdaşla razılaşmanın əsasında). Belə inteqrasiya növündə tərəfdaşın kassa proqram təminatı ilə texniki əlaqəsi mövcuddur.

  1. Mütləq: API sənədləşdirmədə qeyd olunan və qəbul təstlərini keçən kassa proqram təminatının tamamlanması.
  2. Müləq: Bu inteqrasiya növündə Umico kartı ilə edilən bütün alış-verişlərin offline-rejim vasitəsilə tamamlanması üçün – bütün alış-verişi yadda saxlamaq lazımdır.
  3. Mütləq: Bütün alış-verişlər razılaşdırılmış formatda faylda ötürülməlidir (Umico əməkdaşlarına giriş imkanının verilmiş bir FTP serverə yüklənməlidir)
  4. Mütləq: Texniki nasazlıqlar (istənilən) olduğu təqdirdə, Umico əməkdaşlarına müraciət etmək (915 qaynar xətti).
  5. Məsləhət görülür: Kassirin iş yerində, həm Umico plastik kartının üstündəki ştrix-kodu, həm də telefonun ekranındaki ştrix-kodu müəyyən edə biləcək skannerin quraşdırılması.