Shopping Guide

2021-ci ildə bizimlə olan 10 interyer və dizayn trendi

Şübhəsiz ki, hər şeyə və hər kəsə təsir edən qlobal trend evdə daha çox vaxt keçirməyə başladığımızdır. Və bu vəziyyət dizaynın və interyerin necə olmasını diktə edir. “Təbiiliyə” qayıtdığımızı deyə bilərik: evdə heç bir şey bizi qıcıqlandırmamalıdır, qeyri-təbii parlaq rənglərdən uzaq oluruq. İndi populyarlığın zirvəsində, ilkin qüsur və bütün təzahürlərində təbiətlə birləşməkdir. Əsas məsələ isə fərdiliyi göstərməkdir.

1. Təbiilik və mötəbərlik

Elledecoration.ru

Təbii materiallar, təbii toxumalar, təbii rənglər – süni olan hər şeydən yorğunluq yeni tendensiyaları diktə edir. İndi material seçərkən dizaynerlər təbiiliyi seçirlər. Bu, kobud işlənməmiş daş, boz məsaməli beton, soyuq metal, müxtəlif kobud taxta səthlər ola bilər. İndi hər şeyin bərabər və mükəmməl olması vacib deyil; təbiilik və mötəbərlik ön plana çıxır. Ev tekstili də təbii parçalardan – yun, kətan, pambıqdan hazırlanmalıdır. Toxunma baxımından xoş olması və parlaq printlərin olmaması çox vacibdir.

Mətbəxinizi təbii materiallardan istifadə edərək tərtib edin. Umico-nun tərəfdaşı olan Franke Azerbaijan-dan ilham axtarın, burada həmçinin 5%-dək keşbek qazana bilərsiniz. 

2. Təbii çalarlar

Salon.ru

Onların sayı getdikcə çoxalır. Dizaynerlər rənglərin adlarının belə oxşar təbii materiallar adları ilə əvəz olunduğunu qeyd edirlər: zeytun, günəşli, işıqlı, daş, ağac. Pandemiya zamanı rahat təbii palitra ön plana çıxır və bu, sakit bir məkan yaradır. Daş, gil, qum, müxtəlif bej və boz çalarlar gözü yormur. Təbii parlaq çalarlar aktualdır: ağ gil, toz, un, ağ daşlar – oniks, əqiq. Ağ rəng əsas kimi istifadə olunur, bitki mənşəli yaşıl isə getdikcə aksent halına gəlir. Sıx, zəngin parlaq interyerlər isə artıq dəbdə deyil. Parlaq rənglər sadəcə bir aksent kimi istifadə olunur və onları əhval-ruhiyyədən və ya fəsildən asılı olaraq asanlıqla dəyişdirmək olar, məsələn tekstil, xalça, keramika, dekorasiya və aksessuarlar dəyişdirilə bilər.

Aksentləri Umico-nun tərəfdaşı olan Madame Coco -da tapa biləcəyiniz dekor və aksesuarlarla yaradın və 2% keşbek qazanın.

3. Funksionallıq

Salon.ru

Bu, karantin dövründəki əsas trendlərdən biridir. Məsələ burasındadır ki, mənzildə və ya evdə hər şey dəqiq bir şəkildə planlaşdırılmış və funksional olmalıdır: ayrı olaraq yataq otağı, mətbəx, iş otağı. Çox güman ki, studiya mənzillərinin sonu gəldi. Pandemiya xəstə bir qohumunu təcrid edə biləcəyiniz və ya sadəcə təklikdə qala biləcəyiniz ən azı bir otaq olması lazım olduğunu göstərdi. Eyvanların və lociyaların funksionallığına münasibət kökündən dəyişdi. Əvvəllər eyvanı yaşayış sahəsinə birləşdirməyə çalışırdılar, bu gün isə eyvan təmiz havada nəfəs ala biləcəyiniz, günəşdə isinə biləcəyiniz və işinizə ara verə biləcəyiniz bir yerdir. Mətbəxdə çox vaxt keçirməyə başladıq, buna görə o, funksionallıq və ölçü baxımından tam olmalı, mətbəx texnikası isə yüksək keyfiyyətli olmalıdır. Dizaynerlər, evlərin və mənzillərin planlaşdırmalarının gözə görünməyən daha böyük həcm və funksional zonalaşdırma üçün çalışacaqlarına inanırlar. Bu, hər hansı bir otağın böyük şüşə listlərlə qismən bölünməsi, arakəsmələr, təbii bitkilər, lakonik üzlük materialları və ssenari işıqlandırması yolu ilə edilə bilər.

Funksional saxlama üçün hər şeyi Umico-nun tərəfdaşı Skandinavia Evi-dən tapa bilərsiniz, eyni zamanda 2% keşbek qazanacaqsınız. 

4. Loft əvəzinə Vabi-sabi

Elledecoration.ru

Loft stili hələ də çox aktualdır, lakin meydana yeni favorit – Vabi-sabi gəlir. O, bizi təlaşdan və ideallığa doğru səylərdən uzaqlaşmağa təşviq edir, hər anı yaşamalı və ani gözəlliyə diqqət yetirməli olduğumuzu xatırladır. “Vabi” yapon “wabiruba” sözündən yaranıb və “təklik və viranəlik” kimi, “sabi” isə “keçici və nostalji hiss” kimi tərcümə olunur. Niyə Vabi-sabi günü gündən populyarlaşır? Artıq məlumatlardan yoruluruq, daxili dinclik və sakitlikdən məhrumuq, bu üslub isə bizə bunların hamısını gətirir. Vabi-sabi üslubunda interyer təbii materialların və rənglərin istifadəsinə əsaslanır, burada hər şey yaponların əsas fəlsəfi qaydalarına tabedir: həqiqi gözəllik sadəlikdədir.

Ev və bağ evi üçün mebelləri Umico-nun tərəfdaşı olan Decoria-dan seçin və 2% keşbek qazanın. 

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

5. Eklektiklik

@nadezgda.rado

İndi interyerdə hər şeyin hər şeylə birləşdirilməsi mümkündür. Bunu özünüzü ifadə etməyin bir yolu kimi qəbul edin, çünki interyerlər daha fərdi hala gəlir. Antikvariat həvəskarısınız? O. həm də müasir üslubda olan mənzilə uyğun gələcək. Müxtəlif əl işlərini sevirsiniz? Onların da istənilən interyerdə yeri var. Yaxşı və pis zövqün, lüks və kütləvi bazar brendlərinin qarışıqlarının, təsəvvür azadlığı və yeni təcrübələrdən zövq almağın vaxtı gəldi. Əsas məsələ isə tək bir mövzu, konsepsiya və ya fikri saxlamaqdır.

Ev əşyalarını Umico-nun tərəfdaşı olan Schafer-dən əlverişli qiymətlərlə tapa bilərsiniz və eyni zamanda 2% keşbek qazanacaqsınız. 

6. Yumşaq yumru formalar 

Gori&Yoon

Künclərin və kəskin kənarların olmaması, hamar və yumşaq xətlərin, yumru və havadar formaların olması – bütün bunlar yenidən dəbdədir və çox güman ki, uzun müddət dəbdə qalacaq. Düzbucaqlı formalar keçmişdə qaldı, hətta otaqların küncləri yuvarlaqlaşdırıldı, divanın ən şık forması isə ayparadır. 1970-ci illərin üslubundan tağlı açılışlar, jurnal masaları, masalar, kreslo kürəkləri, yumru küncləri olan qol dayaqları və dairəvi çilçıraqlar mənzillərə qayıtdı. Bu trend şüuraltı olaraq bu formaların daha təhlükəsiz və daha rahat görünməsi ilə izah edilə bilər və bu, çox vaxt keçirtdiyimiz ev üçün olduqca vacibdir.

Eviniz üçün hər şeyi Umico-nun tərəfdaşı olan Home Baku-dan tapacaqsınız və burada hər alış üçün 7% keşbek alacaqsınız. 

7. Antikvariat və əl işi 

remodelista.com 

Nostalji, yaxın gələcək üçün digər interyer dizaynı trendidir. Əvvəllər necə olduğunu xatırlayırıq və bu haqda çox danışırıq, bəlkə də bu, qədim və antik əşyalara marağın artması ilə əlaqədardır. Onlar daimilik və sabitlik ilə əlaqələndirilir. Pandemiya sayəsində ortaya çıxan digər bir trend, yerli markalara daha çox diqqət yetirməyə və müxtəlif əl işlərini qiymətləndirməyə başlamağımızdır. Nədənsə əşyaların tarixçəsi vacib oldu: kimlər tərəfindən yaradılıb, nədən yaranıb, yaradıcıları nədən ilhamlanıb və hansı texnologiyalardan istifadə edilib. Bütün bunlar indiki şüurlu istehlak dövrünün başladığını göstərir. 

Mətbəx üçün hər şeyi Umico-nun tərəfdaşı olan Gipfel-də tapacaqsınız, və  2% keşbek qazanacaqsınız.

8. Ayrı iş sahəsi

Salon.ru

Bir çox insan evdən işləməyə davam edir, buna görə də rahat bir iş sahəsi təşkil etməyi düşündülər. Mənzil tikən və ya təmir edənlər üçün əvvəlcədən ayrı kabinet dizayn etmək, geniş iş masaları, rahat ofis stulları üçün yer ayırmaq daha yaxşıdır. Əvvəllər yataq otağında və ya qonaq otağında bir iş yeri bizi qane edirdisə, indi tam hüquqlu iş üçün ayrı otağa əsl trend yaranıb.

Yumşaq və korpuslu mebellər üçün Umico-nun tərəfdaşı olan Embawood Binə-yə müraciət edin, keşbekiniz 2% təşkil edir. 

9. Evdə idman zalı

NW3 Interiors

Pandemiyanın diktə etdiyi digər trend mənzildə idman üçün yerin olmasıdır. Dizaynerlərə dediklərinə görə, idman üçün bir yer təchiz etmək istəyi indi çox aktualdır. Bir çox insan idman zallarına getmədən evdə məşğul olmağa üstünlük verir və o, artıq gündəlik həyatlarının bir parçası halına gəlib. Kiçik bir mənzildə də belə idmanla məşğul ola biləcəyiniz məlum oldu: evin bir küncünü boşaldın, böyük bir güzgü qoyun, inventarınızı saxlamaq üçün bir yer təşkil edin. Şərait olduqda isə trenajor, qantel və ştanqları olan tam hüquqlu bir idman zalını hazırlaya bilərsiniz.

Umico-nun tərəfdaşı olan Room Interiors ilə evinizin hər otağını unikal edin və 5% keşbek qazanın. 

10. “Ağıllı” ev və modullar

Elledecoration.ru

Modul mebel və “ağıllı ev” sisteminin populyarlığı çox praktik bir əsaslandırmaya malikdir: bunların hamısı, həyatın müxtəlif ssenarilərini birləşdirməyə, otaqları zonalaşdırmağa və iş və dərsdən yayınmamaq üçün gündəlik məişət tapşırıqlarını bir düyməni basaraq həll edə biləcəyinizə kömək edir. Nə yeniliklər olacaq? Adi qarderoblar yerinə masa və hətta kresloları olan transformer dolablar aktual olacaq. Rəqəmsal və ya avtomatlaşdırılmış funksiyaları olan ağıllı mebel bir trend halına gəlir. “Ağıllı ev” sistemi məişət texnikası, video nəzarət, istilik sistemləri, kondisionerləri məsafədən idarə etməyə və müxtəlif işıqlandırma ssenarilərini təyin etməyə imkan verir.

Hətta “ağıllı eviniz” olsa da belə məişətdə lazım olan kiçik əşyaların olması zəruridir. Mətbəxinizdə sizə lazım olan hər şeyi Umico-nun tərəfdaşı olan Hobby Kitchen-dan tapa bilərsiniz. Hər alış üçün keşbekiniz  3,5% olacaq.

Trendlərdən ilhamlanın və Umico tərəfdaşları ilə mənzilinizi daha da yaxşılaşdırın!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %