2023-cü ilin yaxşı filmlərin bol olması gözlənilir. Bizi sürət, adrenalin və ailə haqqında hekayənin davamı, Transformerlərin məşhur qəhrəmanları, yeni “İndiana Cons”da Antonio Banderas gözləyir. Umico-nun tərəfdaşı Park Cinema ilə birlikdə 2023-cü ildə böyük ekranda baxmağı məsləhət gördüyümüz filmlərin siyahısını tərtib etdik.
Premyeralara Park Cinema-da baxın və hər bilet alışından 3%-ə qədər keşbek qazanın!
“Super Mario qardaşları kinoda”
Rejissorlar Aaron Horvat və Mixayel Elenik tərəfindən çəkilmiş, əfsanəvi Nintendo video oyununun bu film adaptasiyası su kəməri işçisi Marionun düşməni Bouzerlə necə mübarizə aparması və Şahzadə Piçin xilas etməli olduğu haqda bəhs edir. Yeri gəlmişkən, Mario qardaşları haqqında video oyunun ilk versiyası 1985-ci ildə işıq üzü görüb.
Film Park Cinema kinoteatrının ekranlarında 6 aprel tarixində nümayiş olunacaq.
“Renfild”
Komedik dəhşət filminin süjetinin mərkəzində qüdrətli vampir Drakulanın xidmətçisi Renfild dayanır. Qəhrəman Drakuladan fövqəltəbii güc alır, lakin bunun müqabilində sahibinin qayğısına qalmağa, o cümlədən yemək üçün ona günahsız qurbanlar gətirməyə borcludur. Əsrlər boyu xidmət etdikdən sonra Renfild bu “zəhərli münasibətlərdən” çıxmaq və normal həyata qayıtmaq istəyir, lakin bunu necə edəcəyini bilmir.
Lent Park Cinema-nın ekranlarına aprelin 13-də çıxacaq.
“Qalaktika mühafizəçiləri 3”
“Qalaktika mühafizəçiləri 3” filmi “Qisasçılar: Sonsuzluq Müharibəsi” filmindəki hadisələrdən sonra cərəyan edir. Piter Kvill hələ də Qamoranın ölümündən sonra özünə gəlməyib. Lakin dəstə hələ təqaüdə çıxa bilməz. Sıçrayışdan sonra dünyanı bərpa etmək lazımdır.
Süjet “Oblivion” stansiyasında başlayır. Mühafizəçilər komandası yenidən hücuma məruz qalır. Bütün qəhrəmanlar bu bəladan sağ çıxmayacaq. Lentdə Raketaya xüsusi diqqət yetirilir. Tamaşaçılar yenotun hekayəsini öyrənəcək, onun yaradıcısı ilə tanış olacaq və Böyük Təkamülün digər törəmələrini görəcəklər. “Qalaktika mühafizəçiləri 3”-də Qamora yenidən peyda olacaq. Daha doğrusu, onun alternativ kainatdan sürəti. Artıq məlumdur ki, üçüncü film “Qalaktika mühafizəçiləri” seriyasının finalı olacaq.
Park Cinema-nın ekranlarında lent mayın 4-də nümayiş olunacaq.
“Forsaj 10”
Dominik Toretto və möhtəşəm avtomobillərin pərəstişkarları, sevinin: sürət, adrenalin və ailə hekayəsi geri dönür! Əvvəlki, 9-cu hissə 2021-ci ildə çıxdı və bütün dünyada səs-küyə səbəb oldu. Onuncu hissəsinin final olacağı, yaradıcıların ona cani patron əlavə edəcəyi güman edilir. Brayan O’Konnorun qayıdışı ilə bağlı çoxlu şayiələr gəzir. Personaj rolunu artıq Pol Uokerin qardaşları sınayırlar. Bu personajın geri dönüşü epik film üçün əla bir son olacaq.
Park Cinema-da premyera mayın 18-də baş tutacaq.
“Su pərisi”
Macəralı ailəvi fantastik film gözəl su pərisi Arielin hekayəsindən bəhs edir. O, Kral Tritonun qızlarının arasında ən gənc və ən cəsarətlisidir və suyun üstündəki dünya haqqında daha çox öyrənmək istəyir. Quru torpağa etdiyi səyahətlərin birində o, Şahzadə Erikə aşiq olur. Su pərilərinin insanlarla ünsiyyəti qadağan olunsa da, Ariel ürəyinin səsinə qulaq asır.
Bu film Hans Xristian Andersenin 1837-ci il nağılı əsasında çəkilmiş 1989-cu ilin eyniadlı Disney cizgi filminin ekranlaşmasıdır.
“Park Cinema”da premyera mayın 25-də baş tutacaq.
“Transformerlər: Vəhşi botların yüksəlişi”
“Paramount Pictures” şirkəti “Transformerlər: Vəhşi botların yüksəlişi” filminin ilk treylerini yayımlayıb. Videoda qarşıdan gələn filmdən kadrlar göstərilib, burada keçmiş Transformerlər filmlərindən vəhşi botları və məşhur qəhrəmanları görə bilərsiniz.
“Vəhşi botların yüksəlişi” 1994-cü ildə Nyu Yorkda və Perunun bir neçə şəhərində baş verəcək və əsas diqqət Optimus Praymın hekayəsinə yönəldiləcək. Filmdə baş rollarda Mişel Yeh, Pit Devidson, Ron Perlman və Entoni Ramos çəkilib.
“Transformerlər: Vəhşi botların yüksəlişi” filminin premyerası Park Cinema-da iyunun 8-də olacaq.
“İndiana Cons və tale saatı”
“İndiana Cons və tale saatı” filminin rejissoru Ceyms Mengold bildirib ki, yeni film Şaya Labaffın personajının başına gələnlərdən bəhs edəcək. Entertainment Weekly-ə verdiyi müsahibədə Mengold, 2008-ci ildə “Kristal kəllə krallığı” filmində təqdim edilən İndinin üsyankar oğlunun “Tale saatı”nda olmayacağını izah etdi. O, tamaşaçıların personajla “nə baş verdiyini öyrənəcəklərini” qeyd edib, lakin əlavə təfərrüat verməyib.
Antonio Banderas Labaffın qarşıdakı filmdə olmamasını kompensasiya edə bilər. İndinin dostu rolunu oynayan Banderas çəkiliş zamanı çəkiliş meydançasında olması haqqında ətraflı danışaraq, “Çəkiliş meydançasında olmağım mənim üçün olduqca vacib idi” deyə izah etdi. O, əlavə etdi: “Harrison Fordla əla vaxt keçirdim. O, həm çəkiliş meydançasında, həm də ondan kənarda centlmendir”.
“İndiana Cons və tale saatı” filmi Park Cinema-da 30 iyun tarixində nümayiş olunacaq.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
“Opengeymer”
Kristofer Nolan atom bombasının ixtirası haqqında film çəkməklə qorxularımızı mümkün qədər reallaşdırır. Sənayenin əsas adlarını (Robert Daunidən Qari Oldmana qədər) bir araya gətirən möhtəşəm layihə, şlyapalı Killiyan Mörfinin kədərli fiquru isə filmin vizit kartı oldu. Baxmamaq mümkün deyil, yeni Nolan istənilən yerdə məcburi müzakirə mövzusudur.
Premyeraya iyulun 20-dən Park Cinema-da baxın.
“Qarşısı alınmazlar 4”
Yeni hissədə peşəkar muzdlulardan ibarət komandanı daha bir təhlükəli missiya gözləyir, bunun üçün qəhrəmanlar özlərinə hər cür silah toplamalı və kömək kimi bir neçə yeni gələnləri cəlb etməli olacaqlar. Stethem və Stallone ilə birlikdə dördüncü filmdə Dolf Lundqren, Rendi Kutur, 50 Cent, Meqan Foks, Toni Jaa, Endi Qarsiya və başqa aktyorlar çəkilib. Ümumilikdə, “Qarşısı alınmazlar” franşizasının bütün hissələri dünya üzrə 804 milyon dollar qazanıb.
Premyeraya sentyabrın 21-dən Park Cinema-da baxın.
“Dune 2”
Rejissor Deni Villnöv lap əvvəldən təkid edirdi ki, Frenk Herbertin məşhur romanını çəkmək üçün ona iki film lazımdır. Birinci hissə kitab danışılan hekayənin yalnız yarısından ibarət idi və yarımçıq qaldı. “Dune 2” Pol Atreydesin (Timoti Şalame) macəraları və onun xain Harkonnen Evinə qarşı siyasi mübarizəsini haqqında hekayəni davam etdirir.
Süjetdə bir neçə yeni və vacib personaj görünməlidir. İmperator IV Şaddamın rolu Kristofer Uolkenə verildi, bu isə bir az qəribədir: kitaba görə, Şaddam qocaya bənzəmir. Onun qızı Şahzadə İrulanı Florens Pyu (“Qara Dul”dakı Elena Belova), fransız aktrisası Lea Seydu (“Ölmək vaxtı deyil” filminin Bondun sonuncu rəfiqəsi) isə Ledi Marqo rolunu canlandıracaq. Devid Linchin 1984-cü ildə çəkdiyi film adaptasiyasında cani Feyd-Rautanı müğənni Stinq, yeni film adaptasiyasında isə bu rolu Ostin Batler (Elvis filmindən Elvis Presli) canlandıracaq. Villnöv Çaniyə (Zendeya) daha çox diqqət yetirəcəyini vəd edir və onun ilk Dune-də yalnız sonda göründüyü üçün, vədinə əməl etmək onun üçün asan olacaq.
Premyera Park Cinema-da noyabrın 2-nə planlaşdırılıb.
“Akvamen və itirilmiş krallıq”
“Akvamen və itirilmiş krallıq” filminin ulduzu Ceyson Momoa, səkkizayaqlı ilbiz Toponun “DC Comics” kinokomiksində qayıdacağını təsdiqlədi. Birinci hissədəki qeyri-adi personaj musiqi istedadı ilə pərəstişkarları valeh etdi. Fanatlar Toponun növbəti filmlərdə görünəcəyinə ümid edirdilər.
Ceyson Momoa “The Wrap”-a verdiyi müsahibədə onun personajı Artur Karrinin yenidən səkkizayaqlı ilbizlə mütləq qarşılaşacağını bildirib. Aktyorun sözlərinə görə, Topo çox gülməli səhnədə görünəcək: “Bəli, bəli! O, qayıdacaq. Əyləncəli və sadəcə gözəl olacaq. Bunu bəyənəcəksiniz. Mənə bu sualı verdiyiniz anı xatırlamağını istəyirəm[Topo ilə səhnəni gördüyünüz zaman]. Bu, yəqin ki, filmin ən gülməli səhnələrindən biridir”.
Digər personajlar da “Akvamen və itirilmiş krallıq” filmində geri dönəcək. Beləliklə, yeni macərada Akvamen əvvəllər super qəhrəmanın düşməni olan qardaşı Orm ilə birləşəcək. Birlikdə Qara Mantanın (Yahya Abdul-Matin II) dəhşətli bir şey etməsinin qarşısını almağa çalışacaqlar.
Premyeraya dekabrın 21-dən Park Cinema kinoteatrlarında baxa bilərsiniz.