Umico-nun tərəfdaşları Libraff və Baku Book Center kitab mağazaları ilə birlikdə insanlarla daha rahat ünsiyyət qurmağınıza, məqsədlərinizə çatmağınıza, daha məhsuldar və xoşbəxt olmağa kömək edəcək on kitabı topladıq.
Tərəfdaş mağazalarda kitab seçin və Umico-dan keşbek qazanın: Libraff-da 2,5%-dək, Baku Book Center-də isə 2%-dən.
“Yapon ahəngdar həyat sənəti”. Mari Fucimoto, Devid Bakler, Maykl Kenna
Yaponiyada təbiət həmişə həm bərəkətli, həm də dağıdıcı olub. Bundan sintoizm dininin əsasını təşkil edən “ətraf mühit ilə harmoniyada yaşamaq” prinsipi yaranmışdır. Kitabda dilçi Mari Fucimoto Yapon mədəniyyətinin 43 əsas dəyərini bölüşür və yapon müdrikliyinə uyğun yaşamağa çalışmağı təklif edir. Təsvir edilən anlayışlar mənəviyyat, gözəllik və dəyişikliyə münasibət vasitəsilə həyatı anlamağı və özünü dərk etməyi öyrədir. Onlar həyata sadə, lakin daha şüurlu yanaşmanı tapmaqda bələdçi olacaqlar.
“Meditasiya və şüurluluq: Düşüncələrinizi nizama salmaq üçün gündə 10 dəqiqə.” Endi Paddikomb
Meditasiyanın stress səviyyəsini azaltmağa, daha rahat və daha diqqətli olmağa kömək etdiyi sübut edilmişdir. Endi Paddikomb şüurluluğu və meditasiya üsullarını mənimsəmək üçün uzun bir yol qət etdi – o, hətta peşəkarlardan öyrənmək üçün Buddist monastırına getdi. “Meditasiya və şüurluluq” kitabında müəllif, əvvəllər bunu etməmiş olsanız belə, meditasiya etməyə başlamanıza kömək etmək üçün addım-addım təlimatları paylaşır.
“Daxilimizdəki sevgi: tənhalıqdan həqiqi yaxın münasibətlərə səyahət.” Yun Kan Çen
Tənhalıq müxtəlif formalarda olur. Ola bilsin ki, partnyor və ya dost tapa bilmirsiniz deyə özünüzü bədbəxt hiss edirsiniz. Və ya bəlkə də çox şən və ünsiyyətcilsiniz, amma heç kimin sizi başa düşməməsi hissiniz var. Tənhalıq hissindən qurtula bilərsiniz, lakin bunun üçün ağrıları ünsiyyətlə boğmaq lazım deyil, daxili nifaqla məşğul olmaq və daxilinizdə sevgi tapmaq lazımdır. Kitabda ruhani mürəbbi Yun Kan Çen real hekayələr danışır və sizə özünüzü qiymətləndirməyi və anlamağı, duyğuları yaşatmağı və travmaları dəf etməyi öyrənməyə kömək edəcək məşqləri paylaşır.
“Qeyri-mükəmməllik sevgisi: özünüzün və başqaların qüsurlarını qəbul etmək”. Gemin Sunim
Həyat qeyri-mükəmməlliklərdən ibarətdir. İstənilən vəziyyət narazılığa səbəb ola bilər: başqalarının sözləri hərəkətlərlə təsdiqlənmədikdə, gələcək üçün planlar iflasa uğrayanda, hətta yaxın adamlar da ümidləri doğrultmayanda. Amma bizim həyatımız o qədər qiymətlidir ki, onu nifrətlə, xoşagəlməz şeyləri inkar etməklə keçirmək olmaz. Kitabda Buddist rahib Gemin Sumin qayğı ilə özünü və başqalarını qəbul etməyə kömək edir. Onun həyat hekayələri sizə özünüzə qayğı göstərməyi, valideynlərinizin səhv qərarlarını qəbul etməyi, dinləməyi öyrənməyi, öz istəklərinizə uyğun yaşamaqdan qorxmamağı, bağışlamağı və buraxmağı öyrədir.
“Dahilərin vərdişi. Bir vərdiş işinizi və həyatınızı necə tamamilə dəyişdirə bilər. Lora Qarnett
Bu kitabın müəllifi, aparıcı biznes məsləhətçisi, səmərəlilik strategiyasının tərtibçisi və TEDx mühazirəçi, ən böyük şirkətlərlə (Capital One, Pandora, LinkedIn) əməkdaşlıq etdiyi illər ərzində hər bir insanın müəyyən mənada dahi olduğuna və işin sevinc və məmnunluq gətirə biləcəyi nəticəsinə gəldi. Müvəffəqiyyətin açarı özünü kəşf etməkdir: əgər siz öz unikal qabiliyyətlərinizi müəyyənləşdirsəniz və onlardan daha tez-tez istifadə etməyi öyrənsəniz, təsir edici nəticələr əldə etmək asan olacaq. “Dahilərin vərdişi” və Lora Qarnett tərəfindən hazırlanmış unikal alət olan məhsuldarlıq izləyicisi ilə silahlanaraq, xəyal etdiyiniz karyeranı addım-addım quracaqsınız!
«21 günə həyatını dəyiş». Luiza Hey
“Güzgü işi” Luiza Heyin insanın özü və başqaları ilə daha dərin münasibətlər qura və inkişaf etdirə bilməsi, həmçinin dəyərli və mənalı həyat yaşaması üçün işləyib hazırladığı və uzun müddətdir ki, tətbiq etdiyi bir metoddur. İndi isə müəllif “Güzgü işi” kitabında göstərir ki, bu sadə, lakin çox effektiv metodu cəmi 21 gün ərzində pozitiv dəyişikliyinizi və özünüzə qayğını davamlı olaraq dəstəkləyən bir üsul kimi öyrənə bilərsiniz.
“İnsanlara affirmasiyaları öyrətməyə başladığım gündən bəri onlara “güzgü işi” metodunu da öyrədirəm. Ən təsirli və effektiv affirmasiyalar isə sizin güzgü qarşısında dayanaraq ucadan söylədiyiniz affirmasiyalardır. Bu zaman güzgü özünüzlə bağlı hiss etdiklərinizi əks etdirərək sizə “geri qaytarır” və siz harada müqavimət göstərdiyinizin, harada isə açıq, səmimi və rahat davrandığınızın dərhal fərqinə varırsınız. Güzgü sizə açıq-aydın göstərir ki, xoşbəxt və dolğun bir həyat yaşamaq istəyirsinizsə, buna mane olan düşüncələrinizi dəyişməli olacaqsınız”.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
“İradəni necə inkişaf etdirmək və gücləndirmək olar”. Kelli Makqoniqal
Bu kitab iradənin qurulması üçün əsl bələdçidir. Kitabda fəlsəfə doktoru, professor və Stenford psixoloqu Kelli Makqoniqal, özünüzə verdiyiniz vədləri tutmağı öyrənmək üçün nə və necə etməli olduğunuzu izah edir. İqor Mann bildirib ki, qəbul zamanı hər bir tələbəyə zaçot kitabçası ilə birlikdə bu kitabı vermək və ilk zaçotu bu kitab əsasında aparmaq lazımdır.
“Xüsusi xidmət orqanlarının metodlarına uyğun olaraq cazibəni işə salırıq.” Cek Şafer və Marvin Karlins
Bu kitab isə insanı necə aldatmaq, onun xoşuna gəlmək və istədiyinizi etməyə məcbur etməkdən bəhs edir. Bu, ikiüzlülük üçün bir bələdçi deyil. Müəllif sadəcə bəzi insanlara başqalarını razı salmağa kömək üsullarını izah edir. Bəzən öz mənfəətiniz üçün.
“Eynşteyn Ayda gəzişir”. Coşua Foer
Yaddaş üzrə ABŞ Çempionatının qalibi Coşua Foer bir il ərzində yaddaşını məşq etdirməsindən danışır. Həmçinin, “Eynşteyn Ayda gəzişir” kitabında siz minilliklər boyu yaddaş funksiyasına həsr olunmuş effektiv əzbərləmə üsullarını, mövzu ilə bağlı elmi araşdırmaların nəticələrini və keçmişə ekskursiya tapa bilərsiniz.
“Skeptik. Dünyaya rasional baxış.“ Maykl Şermer
Biz daim yeni məlumatlar alırıq, lakin onların heç də hamısı doğru deyil. Maykl Şermer “Skeptik” əsərində həqiqəti aşkar etmək üçün rasional yanaşmadan necə istifadə etmək lazım olduğunu izah edir və həyatdan yanlış təsəvvürlərə dair parlaq nümunələr gətirir. Kitab elmi dərk etmək istəyənlər üçün xüsusilə faydalıdır.