Shopping Guide

8 Martda hər xanımı sevindirəcək 10 hədiyyə

Hədiyyələr siyahısı maraqlı olmasa da, klassika da hər zaman yerinə düşür. Oxşar hədiyyələri ola bilsin ki, artıq bəxş etmisiniz, lakin həyat yoldaşınızı və ya sevgilinizi, ananızı, nənənizi, bacı və ya rəfiqənizi yenə də sevindirəcək hədiyyələri bir araya toplamışıq. Brilyant qaşlı ikinci üzük heç artıq ola bilərmi? 

1. Zinyət əşyaları

Bu cür zərgər sənətinin incilərindən hər xanımın gözləri yanacaq. Məşhur istehsalçılardan olan gözəl sırğaları, asma bəzəkləri və üzükləri yeni Avenue Joaillerie multibrend zinyət əşyaları butikində tapmaq olar. Umico-dan keşbek – 3,5%.

Ünvan: Neftçilər pr., 99

Bu zərgərlik əşyalarının qiyməti büdcənizə uyğun deyilsə, əla bir alternativ var – dəbli bijuteriya. Be Chic Accessories-dən dəbli aksesuarlar hər görünüşü özünəməxsus edəcəkdir. Üstəlik, bijuteriya ilə ən azı hər gün dəyişməyi bacara biləcəksiniz! Umico-dan keşbek – 3%.

2. Qol saatları 

İncə və zərif Michael Kors saatları əla hədiyyə olacaq. Məşhur brenddən olan bu dəbli aksessuar əsl modabazın biləyini bəzəyəcək. Yumru korpusu kristallarla bəzədilib, qolbağı isə paslanmayan poladdandır. Belə saatları Umico-nun tərəfdaşı olan Vintaj-dan əldə etmək və 10% keşbek qazanmaq olar. 

3. Yeni don 

Qarderobu yeniləmək istəyi baharla birlikdə gəlir. Charuel donları əsl təbii zəriflikdir. Charuel tərzi sadəlikdən və temperamentdən, işgüzar etiketdən və zəriflikdən, etimaddan və hissiyatdan ibarətdir. Charuel dizaynın ağıllı, görüntünün intellektual, siluetin isə zərif olmağına diqqət yetirir. Umico-dan keşbek – 7%.

Ünvan: Hüseyn Cavid pr., 18

4. Ətriyyat

La Parfumerie mağazasından ilhamlandırıcı yaz ətrini, misal üçün, Chanel Chance Eau Tendre ətrini seçin. Bu, populyar Chanel ətrinin çiçəkli-meyvəli versiyası zərif romantik çəhrayı çalarlarda yaradılmışdır. Qoxusu açılan səhərin havasının qoxusuna bənzərdir. Chance Eau Tendre ətrinin üst notları yasəmən, sünbülçiçəyi və limondur. Ürək notları vetiver, paçuli və tik ağacından ibarətdir. Ətri əmbər və muskus tamamlayır. Umico-dan keşbek – 2 %.

Ünvanlar:

Nizami küç., 83/3

Hüseyn Cavid pr., 19

Azadlıq pr., 245

5. Qırmızı dodaq boyası 

Kosmetik çantada mütləq şəkildə yer almalı daha bir klassik məhsul. Qırmızı dodaq boyanı çəkməyə səbəb hər zaman tapılar. Yves Rocher-dən olan «Grand Rouge» mat dodaq boyası davamlıdır və dodaqları qurutmur. Onun tərkibində kameliya toxumlarından çəkilən duru yağ var, boyanın rəngi 6 saat müddətində qalır və dodaqlara mat effektli hamar və əlvan rəngi bəxş edir. Umico-dan keşbek – 3,5%.

Ünvanlar: 

Bülbül pr. (“Sahil” T/m)

Azadlıq pr., 15a/4

İstiqlaliyyət küc., 63H

Puşkin küc., 30

Fətəli Xan Xoyski küç., 14

6. Üz üçün krem 

Yves Rocher-də təbii maddələrdən hazırlanmış bir krem ​​seçin. Məsələn, bərpa edici bir gün kremi bütün dəri tiplərinə uyğundur. O, dəriyə qulluq edir və çirklərdən qoruyur. Bu gün kremi ​​dərini oksigen ilə zənginləşdirir və dərinin tonunu bərabərləşdirir, bununla da dəri təravətləndirilir və rahatlanır. Ultra qatılaşdırılmış Afloi ekstraktı çirklənmə, mavi işıq, ultrabənövşəyi radiasiya, yorğunluq və stres kimi yaşlanma faktorları ilə mübarizə aparır. Umico-dan keşbek – 3,5%.

Ünvanlar: 

Bülbül pr. (“Sahil” T/m)

Azadlıq pr., 15a/4

İstiqlaliyyət küç., 63H

Puşkin küç., 30

Fətəli Xan Xoyski küç., 14

7. Alt paltarı 

Gözəl, keyfiyyətli və rahat alt paltarları – sevgiliniz belə bir hədiyyəyə sevinəcəkdir. Ancaq ölçünün səhv hesablanması təhlükəsi var. Əmin deyilsinizsə, ev geyimləri və pijama əla alternativdir. Qadınların ən sevdiyi və bütün bunları tapa biləcəkləri brendlərdən biri də Women Secret-dir. Umico-dan keşbekiniz 4%-dir.

Ünvanlar: 

M.Ə.Rəsulzadə küç., 8

8. Romantik şam yeməyi

Xoş bir atmosferin və incə zövqlü təamların məkanı olan restoranda iki nəfərlik bir masa əsl bayram hissi verir. Paris Bisto-da şam yeməyini təşkil edin. Qapalı sərhədlərlə belə, Parisdə olduğunuzu hiss edəcəksiniz. Mötəbər bir atmosfer, şəhərin təlaşı hissi və Fransız mətbəxi – bütün bunlar xüsusi bir əhval-ruhiyyə yaradır. Umico-dan keşbek – 4%.

Ünvan: Zərifə Əliyeva küç.,  ¼

Birdən axşamı evdə keçirtmək istəsəniz, bu halda da romantik bir şam yeməyini təşkil etmək çətin olmayacaq. Le Plaisir Kulinariya-da sevdiyiniz yeməklərin qabaqcadan sifarişini verin, bircə bayram süfrəsini düzmək qalır. Umico-dan keşbek – 7%.

9. Ləzzətli şirniyyatlar  

Tortun üstündəki albalı kimidir. Hər hansı bir hədiyyə yaxşı şokolad, sevdiyiniz desert və ya tortla birlikdə verilsə daha xoş olacaqdır. Xoncha Bakery T Bakery qənnadı mağazalarında ailənizin və dostlarınızın sevdiyi şirniyyatları seçin. Bu hədiyyələr mütləq bəyəniləcək! Umico-dan keşbek – 5%.

 Xoncha Bakery: Həsənoğlu küç., 4

TBakery: Şöbkət Ələkbərova, 7

Hədiyyə seçdiyiniz şəxs fiqurasına diqqət yetirirsə və hətta bayramlarda tort və ya şokoladdan imtina etməyə hazırdırsa, sizin üçün bir əla təklifimiz var. Olee-dən xeyirli qoz-fındıq və qurudulmuş meyvə dəstini hədiyyə edin. Umico-dan keşbek – 3%.       

Ünvan: A.Hüseynov küç.,5

10. Möhtəşəm buket 

Bu, standart bir hədiyyədir, lakin çiçək seçiminə məsuliyyətlə yanaşmaq lazımdır. Bir buket düşündüyünüzdən daha çox şeyi deyə bilər. Tələsik yol üstü alınan gül dəstəsi dərhal bilinir. Diqqət və sevgi ilə seçilmiş güllər isə tam başqa bir məsələdir. İnanın, belə bir buketi ən görünən yerə qoyacaqlar ki, ona gün ərzində yorulmadan baxmaq olsun! Ən yaxşı buketi burada seçin: Lilac Flower Boutique (keşbek 5%-dək), Gallery gifts and flowers (keşbek 10%), Gloria Flowers (keşbek 7%), Fleurs de Baku (keşbek 5%), Garden shop (keşbek 5%), Gloria Garden(keşbek до 7%), Peony (keşbek 5%), Fikus (keşbek 3%), Flora (keşbek 3%), Zərif gül  (keşbek 2%).

Lilac Flower Boutique: 

Neftçilər pr., 153

Füzuli küç., 29

Gallery gifts and flowers: Cəfər Cabbarlı küç., 38

Gloria Flowers Elmler: Fətəli Xan Xoyski küç., 144

Hüseyn Cavid pr., 55

Fleurs de Baku: Yusif Səfərov küç., 43

Garden shop: Cəfər Cabbarlı küç., 48а

Gloria Garden: Aşıq Molla Cümə küç., 15 

Peony: Mehdi Hüseyn küç., 71

Fikus: Tbilisi pr., 53

Flora: Rəsul Rza küç., 7А

Zərif gül:  Əliyar Əliyev küç.,26

Hədiyyələri sevgi və Umico ilə edin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %