Umico Beauty

Achromin Krem Haqqinda ətraflı məlumatlar

Achromin Krem haqqında

Çoxlarının tanıdığı və məşhur olan Achromin krem haqqinda ətraflı məlumat əldə edək. Dəriyə qulluq məqsədilə geniş şəkildə istifadə olunan bir məhsuldur. Achromin krem , dəri rəngini bərabərləşdirmək və ləkələri aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur. Achromin krem, müxtəlif dərilərə uyğun formulalar ilə hazırlanmış və uzun illərdir kosmetik bazarında öz yerini qoruyan bir məhsuldur. Bu krem, dəri tonunu açmaq və dəriyə daha parlaq bir görünüş vermək üçün istifadə edilir.

Onun tərkibindəki xüsusi maddələr, dərini nəmləndirir, qidalandırır, bu da dərinin elastikliyini artırır və yaşlanma əlamətlərini azaldır. Achromin krem, dermatoloqlar tərəfindən tövsiyə olunan bir məhsuldur, çünki onun tərkibi təhlükəsiz və faydalıdır. Əsas tərkib hissələri adətən melanin təsirini əngəlləyən alfa-arbutin və parlaqlıq xüsusiyyətləri ilə tanınan licorice ekstraktından ibarətdir. Bu maddələr bəzən həssas dərilərdə yanma hissi verə bilər. Üz dərinizə istifadə etməzdən əvvəl, bilək nahiyəsində yoxlaya bilərsiniz.

Achromin Krem Qiymeti ən münasib burada

Achromin krem qiymeti , məhsulun satıldığı yerə və qramına görə dəyişə bilər. Adətən, Achromin krem, apteklərdə və onlayn mağazalarda mövcuddur. Qiymətləri münasib olub, hər kəsin büdcəsinə uyğun olan variantları var. Bəzi yerlərdə kampaniyalar vasitəsilə daha uyğun qiymətə də əldə etmək mümkündür. Achromin krem qiymeti barədə daha ətraflı məlumat üçün yerli apteklər və onlayn satış saytları ilə əlaqə saxlamaq tövsiyə olunur. Həmçinin,umico.az ilə əlaqə saxlaya və bu məhsul haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Qiymət dəyişiklikləri, məhsulun xüsusi paketlənməsi və ya kampaniyalar ilə də bağlı ola bilər. Müxtəlif qramlarda təqdim olunan Achromin krem qiymeti ,keyfiyyət və effektivlik ilə müqayisədə münasibdir, bu da onu geniş bir auditoriya üçün əlçatan edir. Bəzi onlayn mağazalarda pulsuz çatdırılma və əlavə endirimlər də mövcuddur ki, bu da alıcıların əlavə xərclərdən qaçmasına kömək edir.

Achromin Krem Faydalarini siz də öyrənin

Achromin krem faydalari ilə tanınır. Əsas faydalarından biri, dəri tonunu bərabərləşdirmək və ləkələri azaltmaqdır. Bu krem, günəş ləkələri,sızanaq ləkələri, yaş ləkələri və hamiləlik dövründə yaranan dəri problemlərinin aradan qaldırılmasında effektivdir. Achromin krem, həmçinin dəriyə parlaqlıq verir və daha gənc bir görünüş təmin edir. Dərinin nəmlənməsinə də kömək edən bu krem, quru və çatlamış dərilər üçün də idealdır. Achromin krem, dərinin yenilənməsini sürətləndirir və onu daha təravətli edir. Krem, dərinin təbii qoruyucu baryerini gücləndirir və onu ətraf mühitin zərərli təsirlərindən qoruyur.

Achromin krem faydalarından biri də , həmçinin incə qırışları və yaşlanma əlamətlərini azaltmağa kömək edir. Onun tərkibindəki antioksidantlar, dərinin elastikliyini artırır və ona daha gənc bir görünüş verir. Bu krem, müxtəlif dəri tiplərinə uyğundur və hipoallergen tərkibi sayəsində həssas dərilərdə rahatlıqla istifadə edilə bilər. Uzun müddətli araşdırmalarımıza əsasən, Achromin kremi əldə edən bəzi müştərilərin rəylərinə nəzər yetirək. Parabensiz,sulfatsız və silikonsuz məhsuldur və hippoalergenikdir. Tərkibində sızanaqların müalicəsində istifadə edilən salisilik asit mövcuddur. Bu, dəridə səpgi yaranmasının qarşısını alır. Yaşlanmaya qarşı Tokoferil asetat və Sitrik asid mövcuddur ki, dərinin qocalmasına imkan vermir. Həmçinin, gtərkibində olan Titanium Dioksid maddəsi sizi günəş şüalarından qoruyacaqdır.

Achromin Krem İstifadə Qaydası ilə tanış olun.

Achromin krem istifadə qaydası çox sadədir. İlk öncə, dərini təmizləmək lazımdır. Daha sonra, kremdən bir miqdar götürərək nazik bir təbəqə şəklində dəriyə tətbiq etmək tövsiyə olunur. Achromin krem, gündə iki dəfə, səhər və axşam istifadəsi məsləhətdir. Kremi istifadədən sonra günəşdən qoruyucu vasitələrdən istifadə etmək vacibdir, çünki günəş şüaları krem tətbiq olunmuş dəridə ləkələrin yaranmasına səbəb ola bilər. Achromin krem istifadə edərkən, onu göz ətrafına və açıq yaralara tətbiq etməkdən çəkinmək lazımdır. Kremi müntəzəm olaraq istifadə etmək, onun effektivliyini artırır və daha yaxşı nəticələr əldə etməyə kömək edir.

Daimi olaraq istifadədə dərinizə təsirini müşahidə edəcəksiniz. Həmçinin, kremi tətbiq edərkən dərini yüngülcə masaj etmək, onun dəriyə daha yaxşı nüfuz etməsinə kömək edir. Achromin krem istifadəsi zamanı, dəridə hər hansı bir qıcıqlanma və ya allergik reaksiya yaranarsa, istifadəni dayandırmaq və dermatoloqa müraciət etmək tövsiyə olunur. Əvvəlcə, biləkdə yoxlamaq məsləhətlidir. Biləkdə yoxladıqda heç bir allergik reaksiya yaranmırsa, rahatlıqla dərinizdə istifadə edə bilərsinniz

Achromin Kremin tərkibini araşdırırıq.

Achromin krem tərkibi, əsasən hidrokinon, kojik turşusu, vitamin C və E, qliserin və digər nəmləndirici maddələr mövcuddur. Hidrokinon, piqmentasiyanı azaltmağa kömək edən bir maddədir. Kojik turşusu isə, dərinin tonunu açmaq və ləkələri azaltmaq üçün istifadə olunur. Vitamin C və E, dərinin yenilənməsini və sağalmasını təmin edir. Achromin krem tərkibi, dermatoloqlar tərəfindən təsdiq olunmuş və təhlükəsiz maddələrdən ibarətdir, bu da onun həssas dərilərdə də rahatlıqla istifadə olunmasını təmin edir. Achromin krem, həmçinin paraben və sülfat kimi zərərli kimyəvi maddələrdən azaddır.

Achromin Krem, tərkibindəki aktiv maddələr sayəsində dəridə melanin istehsalını azaldır və beləliklə dəri rənginin bərabərləşməsinə kömək edir. Achromin Krem tətbiqi müntəzəm olaraq davam etdirilməli və nəticələr üçün bir neçə həftə gözləmək lazımdır. Hər kəsin dəri tipi fərqli olduğundan, fərdi nəticələr dəyişə bilər. İstifadə müddəti əldə etdikdən sonra 3 ildir.

Tərkibi: Aqua, Cetearyl Alcohol, Stearic Acid, Caprylic/Capric Triglyceride, Dimethicone, Glyceryl Stearate, Niacinamide, Cyclopentasiloxane, Arbutin, Camelia Sinensis Extract, Aloe Barbadensis Extract, Diazolidinyl Urea, Methyl Paraben, Propyl Paraben, Parfum, Propylene Glycol,Ascorbyl Palmitate, Carbomer, Triethanolamine, Citric Acid, BHT. Tərkibində mineral yağ, qliserin, petrolatm, cetil spirti karbomer, salisilik turşusu və vitamin b3 mövcuddur.

Gəlin Achromin kremin tərkibindəki maddələrə ətraflı göz gəzdirək.

Mineral yağ neftdən əldə edilən rəngsiz və qoxusuz yağdır. Nəmləndirmə və dəridə qoruyucu bariyer yaratmaq xüsusiyyəti sayəsində bir çox məhsulun daxilində mövcuddur. Tərkibində mineral yağ olan məhsullardan istifadə edərkən qeyd etmək lazımdır ki, bəzi insanlar üçün məsamələri bağlaya bilər, bu da qırışlara və sızanaqlara səbəb ola bilər. Mineral yağ əsaslı məhsulları bütün üzə və ya bədənə tətbiq etməzdən əvvəl dəridə başqa kiçik bir bölgədə test aparmaq tövsiyə olunur.

Qliserindən dərinin nəm balansını qorumağa kömək etmək üçün losyonlar, kremlər və serumlar kimi kosmetik məhsullarda geniş istifadə olunur. Saçlara nəm və parlaqlıq vermək üçün saç baxım məhsullarında da qliserin var. Bundan əlavə, qliserin tonal kremlər və dodaq boyaları kimi makiyaj məhsullarında onların qurumasının qarşısını almaq üçün qliserindən istifadə olunur. Petrolatum neft jeli kimi tanınan, neftdən əldə edilən karbohidrogenlərin yarı bərk qarışığıdır. Nəmləndirici və qoruyucu xüsusiyyətlərinə görə dəriyə qulluq və kosmetik məhsullarda petrolatum maddəsi geniş istifadə olunur Dərinin səthində bu maddə, qoruyucu bariyer əmələ gətirir və nəmləndirir.

Cetil spirti , kokos, palma yağı kimi təbii mənbələrdən əldə edilən yağlı spirtdir, kosmetikada yumşaldıcı, emulqator, qatılaşdırıcı və stabilizator kimi geniş istifadə olunan maddədir. Cetil spirti kosmetikada losyonlara, kremlərə və digər dəriyə qulluq məhsullarına krem tekstura vermək üçün istifadə olunur. Həmçinin, cetil spirti həmçinin məhsulları uzun müddətli qalıcı edir. Karbomer, kosmetologiyada stabilizator kimi istifadə olunan sintetik polimerdir. Bu maddə ağ, tüklü tozdur, yüksək uducudur və suda səpələndikdə öz həcmindən 1000 dəfə artıq şişir. Karbomer kremlər, losyonlar, gellər və zərdablar da daxil olmaqla geniş çeşiddə kosmetik məhsullarda istifadə olunur.

O, hamar və kremli tekstura yaratmağa, məhsulların dəriyə yayılma qabiliyyətini artırmağa kömək edir. Stearin turşusu heyvan və bitki mənşəli yağlarda çox rast gəlinən doymuş yağ turşusudur. Yumşaldıcı və emulsiyalaşdırıcı xüsusiyyətlərinə görə kosmetikada tez-tez istifadə olunan bərk maddədir. Stearin turşusu kosmetikada dərini yumşaltmaq və hamarlamaq üçün istifadə olunur. O, həmçinin losyonlar və kremlər kimi məhsullarda su və yağ əsaslı inqrediyentləri birləşdirməyə kömək edən bir emulqator kimi çıxış edir.
Salisilik turşusu, iltihab əleyhinə xüsusiyyətlərinə görə dəriyə qulluq məhsullarında geniş istifadə olunan beta hidroksi turşusudur (BHA), məsamələrə nüfuz edərək onları açmağa və sızanaqların qarşısını almağa kömək edir.

Salisilik turşu əsasən təmizləyicilər, toniklər və maskalar kimi dəriyə qulluq məhsullarında istifadə olunur. Tıxanmış məsamələrin səbəb olduğu sızanaq, qara nöqtə və digər dəri xəstəliklərinin müalicəsində salisilik turşusu təsirli olur. Bu maddə , qızartıları azaltmağa da kömək edir. Niasinamid kimi də tanınan B3 vitamini, B-kompleks qrupuna aid olan suda həll olunan vitamindir, bədən üçün vacib bir qidadır və sağlam dərinin qorunmasında mühüm rol oynayır. Həmçinin, qızartı, qıcıqlanmanı azaltmağa kömək edən antinflamatuar xüsusiyyətlərə malikdir, həssas dərilərə istifadəsi uyğundur. Bu vitamin, incə xəttlərin və qırışların görünüşünü azaltmağa kömək edə bilər.”

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %