Hava artıq istiləşir. Aktiv istirahət və avtomobil və ictimai nəqliyyat olmadan istənilən yerə getmək imkanını seçmək vaxtıdır. Velosipedlər, roliklər və skeytbordlar buna kömək edəcək. Təzə başlayanlar uyğun variantı necə seçə bilər? Bu gün bunun üçün Umico Market-dən nə ala biləcəyiniz haqda sizə məlumat verəcəyik.
Velosiped seçirik
Əgər heç vaxt velosipediniz olmayıbsa (uşaqlıq dövrü istisna olmaqla), indi əsl vaxtıdır. Sizdən qətiyyət, bizdən isə sizə uyğun modeli seçmək üçün tövsiyələr. Beləliklə, böyüklər üçün velosiped seçərkən nələrə diqqət etməli?
Əvvəlcə onu harada sürəcəyiniz haqda düşünün:
- Velosipedi hər gün şəhər ətrafında və ya parklarda gəzinti üçün istifadə etmək niyyətindəsinizsə, sizə şəhər və ya şəhər velosipedi yarayacaq.
- Dərə-təpəli yollarda və ya yolsuzluqda sürməyi planlaşdırırsınızsa, o zaman sizə dağ velosipedi lazımdır.
- Əsasən hara sürəcəyinizi hələ bilmirsinizsə, o zaman şose velosipedinin kifayət qədər yüksək sürətini və dağ velosipedinin yolsuzluqda idarə olunma qabiliyyətini birləşdirən hibrid variantı seçə bilərsiniz.
Yeri gəlmişkən, Umico Market-də istənilən növ velosipedləri tapa bilərsiniz.
Bir qədər texniki xüsusiyyətlərə nəzər salın. Bəli, tövsiyələrimiz yeni başlayanlar üçün nəzərdə tutulub. Lakin velosiped alarkən onun əsas elementləri haqqında məlumatlı olmaq lazımdır. Söhbət çərçivə və təkərlərdən gedir.
Çərçivənin hazırlandığı materialdan onun dözümlüyü, çəkisi və eyni zamanda velosipedin qiyməti asılıdır.
- Polad çərçivələr, aşağı qiymətə və möhkəmliyə baxmayaraq, yüksək çəki və hər hansı bir zədələnmə zamanı korroziyaya meylli olma mənfi cəhətlərinə malikdir.
- Alüminium çərçivələr möhkəmlik və yüngüllük birləşməsinə görə daha populyardır. Bununla belə, onlar tez köhnələ bilər və zədələndikdə təmir edilə bilməz.
- Karbon çərçivələr ən yüksək möhkəmliyə və yüngüllüyə malikdir, lakin yüksək qiymətə görə əsasən peşəkar velosiped idmanında istifadə olunur.
Təkərlərin ölçüsü velosipedin ümumi klirensini (hündürlüyünü), eləcə də onun manevr qabiliyyətini, idarə olunmasını və yuvarlanmasını müəyyən edən əsas amillərdən biridir.
- 26” – bu təkərlər kifayət qədər güclü və yüngüldür, lakin getdikcə popolyarlığını itirir
- 29” – bu təkərləri startda sürətləndirmək daha çətindir, lakin onlar yuvarlanmağı daha uzun müddət saxlayır və yol əyriliklərini daha asan dəf edirlər.
- 27,5” – universal ölçü: yuvarlanmağı və sürəti daha yaxşı saxlayırlar
Velosiped ölçüsünü seçin. Burada hər şey fərdi, velosipedin sürmək üçün rahat olması və boyunuza uyğun olması vacibdir. Aşağıda müəyyən bir insanın boyu üçün hansı çərçivə ölçüsünün uyğun olduğunun sadə bir təsviri var.
Velosipedin ölçülərini düzgün seçib-seçmədiyinizi yoxlamaq çox asandır. Yəhərə oturun, aşağı vəziyyətdə olan pedaldakı ayaq demək olar ki, düz olmalıdır. Əgər belədirsə, rahat şəkildə gəzintiyə çıxa bilərsiniz.
Roliklər seçirik
Yerə daha yaxın olmağı üstün tutan, lakin yenə də sürətlə hərəkət etmək istəyənlər üçün roliklər əla seçimdir.
Roliklərin bir çox növləri var. Hamısını sadalamayacağıq, sadəcə qeyd edək ki, yeni başlayanlar üçün “fitness” və ya “spidskeytinq” xəttindən olan modellər rahat sürüş üçün uyğundur. Onlarla tarazlığı saxlamağı öyrənmək və sürüş bacarıqlarınızı inkişaf etdirmək daha asandır. Onları hətta qabarlı və yüngül yolsuzluqlu yollarda da idarə etmək olar.
Diqqət edilməli olan əsas texniki xüsusiyyətlər hansılardır?
- Təkərlərin ölçüsü. Təkərlər nə qədər böyükdürsə, sürət də bir o qədər yüksəkdir. Lakin eyni zamanda, manevr qabiliyyəti kiçik diametrli təkərlərdə daha yaxşıdır. 70-80 mm diametrli təkərlər orta hesab olunur.
- Podşipniklər. Hətta yeni başlayanın bir qədər anlamalı olacağı bir detal. Podşipniklər təkərlərin sabitliyinə və manevr qabiliyyətinə cavabdehdir. Bu göstərici 1-dən 9-a qədər xüsusi ABEC şkalası ilə ölçülür. Nə qədər yüksək olsa, bir o qədər yaxşıdır. Amma həm də daha bahalı. Adətən, ABEC3 – ABEC5 işarələri olan podşipniklər yeni başlayanlar üçün kifayətdir.
- Çərçivə. O, plastik və metal (müxtəlif ərintilərdən) ola bilər. Metal sürüşməni narahat edən vibrasiyaları ötürür. Bu baxımdan plastik daha rahatdır, eyni zamanda daha az davamlıdır.
Roliklər seçərkən başqa nə vacibdir? Əlbəttə ki, ölçü. Roliklərin düzgün seçilməməsi həm zövqlə sürməyə mane olacaq, həm də yıxılmağa səbəb ola bilər. Həmçinin roliklərin eninə diqqət yetirin və sizin üçün çox dar olan variantları seçməyin.
Umico Market kataloqunda özünüz üçün müxtəlif roliklər tapa bilərsiniz. Hətta retro həvəskarları üçün dörd təkərli modellər də var.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Sadəcə təkərli taxta lövhə deyil
Skeytbord, fərdiliyinizi maksimum dərəcədə vurğulamağa imkan verir. Parlaq, dəbli, diqqət çəkən… Umico Market-də təklif olunan gözəlliyə bir baxın!
Seçim meyarlarına qayıdaq. Əslində, birinə artıq ad verdik – dizayn. Bəli, yeni başlayanlar ilk növbədə buna diqqət yetirirlər.
İkinci məqam ölçüdür. Burada hər şey sadədir – o, ayağınızın ölçüsündən asılıdır.
- 38 ölçüsünə qədər ölçü 7,8″-ə qədər lövhələr uyğun olacaq
- 38 – 41 ölçü – 8″ lövhələr
- 41 – 43 ölçü – 8”, 8,125” və 8,25” lövhələr
- 43-dən 45-ə qədər ölçülər – 8.38″, 8.475″ və 8.5″ lövhələr
- 45 ölçüdən yuxarı – 8,5”-dən yuxarı lövhələr
Skeytbord seçərkən yeni başlayana başqa hansı məlumat lazım ola bilər?
- Təkərlərin diametri nə qədər böyük olarsa, bir o qədər keçicilik, sürətlənmə, yuvarlanma və sürətin saxlanması daha yaxşı olar. Təkərlərin diametri nə qədər kiçik olsa, manevr qabiliyyəti bir o qədər çox olar.
- Təkərlər nə qədər sərt olarsa, sürətlənmə də bir o qədər yaxşı olar. Yumşaq olduqda skeytbord sabit və dayanıqlı olur.
- Lövhə (deka) 7-9 qat ağacdan ibarət ola bilər. Bu, onun sərtliyinə və gücünə, həmçinin çəkisinə təsir edir. Yeni başlayanlar üçün ən uyğun seçim 7 qatdan ibarət bir lövhədir.
Təhlükəsizliyə diqqət yetirin
Seçiminizdən asılı olmayaraq, təhlükəsizliyinizi nəzərə alın. Dəbilqə, dirsək və diz yastiqciqları kimi aksesuarlara laqeyd yanaşmayın. Onları Umico-da bir neçə kliklə almaq olar.