Güclü avadanlığa malik ASUS ExpertBook P5 nələr təklif edir? ASUS ExpertBook P5 icmalı ilə bu noutbuku yaxından araşdıracağıq.
ASUS ExpertBook P5 yüksək performans, rahat daşınma, uzun batareya ömrü, süni intellekt və bir çox üstünlükləri ilə seçilir. Bu icmalda yeni noutbukun təqdim etdiyi xüsusiyyətləri ətraflı şəkildə incələyəcəyik.
ASUS ExpertBook P5 İcmalı
Birinci sinif alüminium korpusa malik ASUS ExpertBook P5 cəmi 1,29 kq ağırlığında və 1,49 sm qalınlığındadır. Noutbuk, yüngül və incə dizaynı sayəsində gün ərzində asanlıqla daşına bilir.
Noutbuku yanınızda apararkən dayanıqlılıqla bağlı narahat olmağa ehtiyac yoxdur. Çünki bu notbuk MIL-STD 810H hərbi standartına uyğun 21 testdən və ASUS-un daxili dayanıqlılıq testlərindən uğurla keçib. Buna görə də noutbuku çətin şəraitlərdə problem yaşamadan istifadə edə bilərsiniz.
Ötən nəsilə nisbətən 3 qat daha güclü AI performansı təqdim edən notbukda 47 TOPS-a qədər NPU və 120 platform TOPS-a qədər süni intellekt performansına malik Intel Core Ultra 7 prosessoru mövcuddur.
Notbukda XMX sürətləndiricili yeni GPU yer alır. Eyni SoC-də Intel CPU, GPU və NPU-nun bir arada təqdim olunması, unikal süni intellekt təcrübəsi yaradır.
32 GB-a qədər LPDDR5X RAM-ə malik bu notbuk, ikili SSD dəstəyini təklif edir. Bu dəstək sayəsində 3 TB-a qədər yaddaş sahəsi əldə etmək mümkündür. Noutbukun Wi-Fi 7 texnologiyasını dəstəklədiyini də vurğulayaq.
ASUS tərəfindən hazırlanan bu noutbuk, işçilər üçün olduqca faydalı süni intellekt xüsusiyyətlərinə malikdir. ASUS AI ExpertMeet tətbiqi vasitəsilə toplantı transkriptlərinə baxa və hətta görüşlərin xülasəsini çıxara bilərsiniz.
Notbuk video görüş zamanı real vaxtda tərcümə edə bilir. Həmçinin toplantıda görüntünüzün üzərinə filiqran əlavə etmək mümkündür. Məsələn, adınız, soyadınız, işdəki vəzifəniz və e-poçt ünvanınız kimi məlumatların görünməsini təmin edə bilərsiniz.

AI Texnologiyası və Təhlükəsizlik Xüsusiyyətləri
ASUS İki Yönlü AI Səsin Ləğvi texnologiyasını dəstəkləyən ExpertBook P5, video görüş zamanı arxa fon səsini azaldır və səsin daha aydın eşidilməsinə imkan yaradır. Bu xüsusiyyət sayəsində görüşlər daha məhsuldar keçirilir.
Klaviaturada Microsoft Copilot düyməsi də yer alır. Bu düymə vasitəsilə maraqlandığınız sualların cavabını ala və istənilən mövzuda məlumat əldə edə bilərsiniz.
Notbukda TPM 2.0 çipi yer alıb. Bu çip, autentifikasiya məlumatlarını təhlükəsiz şəkildə saxlayaraq məlumat sızıntısı riskini minimuma endirir. Noutbukda Kensington nano kilid portu da mövcuddur. Bu fiziki qoruma, noutbuku zərərli şəxslərdən müdafiə edir.
ASUS Adaptive Lock texnologiyası, inteqrasiya edilmiş infraqırmızı kameradan istifadə edir. Kompüterdən uzaqlaşdığınız anda ExpertBook P5 avtomatik olaraq kilidlənir. Bu yolla məlumatlarınız fiziki olaraq qorunur.
Ekranın yuxarısında fiziki kamera qapağı yer alır. Kameradan istifadə etmədiyiniz zaman bu qapağı örtərək məxfiliyi təmin edə bilərsiniz. Təkmilləşdirilmiş BIOS təhlükəsizliyi ilə seçilən bu noutbuk, 5 il ərzində BIOS/firmware təhlükəsizlik yeniləmələri və ASUS sürücü yeniləmələri təqdim edir.
Bağlantı və Batareya Ömrü
Notbuk Wi-Fi 7, Bluetooth LE, sürətli şarj, 2x 4K60 ekran bağlantısı və ultra sürətli məlumat ötürməsini dəstəkləyən iki Thunderbolt 4 USB-C portuna malikdir. Bundan əlavə, standart ölçüdə HDMI 2.1, iki ədəd USB 3.2 Gen 2 Type-A və kombinə edilmiş səs girişi də mövcuddur.
ExpertBook P5 modeli 28 saata qədər batareya ömrü təqdim edir. Bu, cihazı tez-tez şarj etmə ehtiyacını aradan qaldırır və təcrübəni əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Sürətli şarj texnologiyasını dəstəkləyən noutbuk 40 dəqiqədə 5%-dən 60%-ə qədər enerji yığa bilir.
14 düymlük ekran ölçüsünə malik noutbuk, 2560 x 1600 piksel çözünürlük və 144Hz yeniləmə tezliyi təqdim edir. Ekranın parıltı əleyhinə texnologiyanı dəstəkləməsi əlavə üstünlükdür. Bu texnologiya sayəsində əks olunma problemi yaşamadan rahat işləyə bilərsiniz. Süni intellekt dəstəyi ilə ASUS Adaptive Dimming ekran parlaqlığını avtomatik tənzimləyir.
ASUS ExpertBook P5 Xüsusiyyətləri
- Ekran Ölçüsü: 14 düym
- Ekran Çözünürlüğü: 2560 x 1600 piksel
- Yeniləmə Tezliyi: 144Hz
- Ekran-Gövde Nisbəti: %90
- Prosessor: Intel Core Ultra 7
- Qrafik Kartı: Intel Arc
- RAM: 32 GB LPDDR5X
- Yaddaş: 1TB M.2 NVMe PCIe 4.0 SSD (İkili SSD dəstəyi)
- Batareya Tutumu: 63Wh
- Batareya Ömrü: 28 saata qədər
- Çəki: 1,29 kq
- Qalınlıq: 1,49 sm
- Portlar: 2x Thunderbolt 4 USB-C, HDMI 2.1, 2x USB 3.2 Gen 2 Type-A, kombinə edilmiş səs girişi