Umico Relax

Azərbaycanın aktiv səyahət üçün 3 marşrutu

Sərhədlər bağlı olsa da, əsl səyahət həvəskarları yeni təəssürat əldə etməyə yol tapacaqlar. Xüsusən də, unikal təbiəti və zəngin tarixi olan bu cür gözəl ölkəmiz olan yerdə. Bu, bir çox dünya dinlərindən qədim olan qorunmuş zərdüşti kilsələridir. Bu, autentik Azərbaycan plovunun 40-dan çox növləridir. Bunların hamısını sevirik. Beləliklə, bağlı sərhədlər ölkəmizi və özümüzü daha yaxşı anlamağın vaxtıdır. PASHA Travel ilə birlikdə sizə Azərbaycanı daha yaxşı tanımağınıza kömək edəcək üç aktiv marşrutu hazırlamışıq. 

Səyahətdən öncə lazım olacaq əşyaların siyahısını hazırlayın. Çadırları, yataq kisələrini, pledləri və termo yorğanları, turistik qab-qacağı və digər turizm və kempinq aksessuarlarını Umico Market-də tapacaqsınız.  

Astaradakı Sım kəndinə haykinq turu. 

Şəkil: azerbaijan.travel

Sım kəndi mənzərəli və əsrarəngiz Talış dağlarının ürəyində yerləşir. Burada qaya qırıqlarını, köhnə tikintiləri və minillik ağacları keçərək, özünüzü əsl səyahətçi kimi hiss edəcəksiniz. Bu yer bir sıra özəllikləri ilə seçilir: gözəl təbiət, qonaqpərvər və ürəkli əhali, onların evləri isə əsl sənət əsərləridir! Bu yerə baş çəkərək özünüz bundan əmin olacaqsınız, çünki Sım kəndinin ağ və mavi evləri günəşli Santoriniyə bənzəyir. 

Sım “qayada kənd” kimi tərcümə olunur. Bu sözün əsl mənasında belədir. Kəndin demək olar ki, hər məhəlləsində qaya qırıqları var. Kəndin ətrafında mixi xətli yazılar olan əzəmətli qayalar vardır. İlk arxeoloji qazıntılar göstərib ki, insanlar burada bizim eramızdan əvvəl də yaşayıblarmış! Daş oturacaqları və masaları, hovuzlar, qala, saray uçuqları, naməlum əlifbanın yazıları, çoxsaylı mağaralar və zirzəmilər – bunların hamısı kəndin 2-3 min illik tarixçəsi haqqında danışır. 

Şəkil: Gani Nasirov

Sım kəndinin unikal, təkrarolunmaz atmosferi təkcə təbiəti ilə yox, yerlə əhalisi ilə də seçilir. Bura çatmaq elə də asan deyil, buna görə insanlar hər gələn qonağa sevinir. Qonaqpərvər kənd sakinlərinin təbəssümləri uzun müddət ərzində yadınızda qalacaqdır. Burdakı insanlar arıcılık, tərəvəzçilik və heyvandarlıq ilə məşğuldur. Geri qayıdarkən yerli təbii balı, Astarı çayını və Lənkəran rayonunun məşhur limonlarını əldə etməyi unutmayın. 
Biz haykinq turuna yönlənirik və sizləri də dəvət edirik. Bizi Sımın məşhur olan mənzərəli yerləri, sirli əfsanələri və əsrarəngiz şəlaləsi də gözləyir. Hirkan milli parkında yerləşən kəndinin qədim meşələri və əsrarəngiz şəlaləsi sizə Talış dağlarının əsl gözəlliyini göstərəcək.

Şəkil: azerbaijan.travel

Turistik yürüşdə lazım olacaq hər şeyi öncədən Umico Market-də əldə edin. 

İsmayıllıdakı Sulut kəndinə haykinq turu

Şəkil: azerbaijan.travel

İsmayıllı rayonunda yerləşən Sulut kəndinin unikal təbiəti onu haykinq sevənləri üçün əsl cənnətə çevirir. Burada, sıx dağ meşələri və çayları ilə bərabər palçıq vulkanları da var! Baku Sightseeing sizi ölkəmizin bu zəngin guşəsinə olan səyahətə qoşulmağa dəvət edir.  

Sulut kəndi İsmayıllı rayonunun ən qədim kəndlərindən biridir, buna görə də tarixi sevənlər buranı sevəcək. Misal üçün, çox mənzərəli yerdə yerləşən Haram qalası. Yerli əhali onu Qırxqız və ya Qırxotaq adlandırır, əslində otaqların sayı daha çox olsa da. Əfsanəyə görə, Şirvanşah hər otaqda bir qız saxlayırdı. Zina üçün istifadə olunan bu qala Haram, yəni, günah adını qazanıb. Mürəkkəb, çoxsaylı tağlardan və örtmələrdən ibarət olan arxitekturanın bu gündə salamat qalması təəccübləndiricidir. 

Fit adlı daha bir qala. O, dəniz səviyyəsindən 1810 metr hündürlüyündə olan dağın adına görə adlandırılıb. Bu, qədim Şirvanşahların iqamətgahı strateji məna daşıyırdı və sığınacaq kimi istifadə olunurdu. Bu qala haqqında çoxlu əfsanələr var, onlardan biri isə Makedoniyalı İsgəndər ilə bağlıdır. Rus ordusu ilə vuruşarkən Şamaxı xanı Mustafa Fit qalasını istinad kimi istifadə edirdi. Yaxınlıqda müdafiə sərhədi çəkilmişdir. Haramçaydan qalaya yalnız dik yamacdan piyada və ya atın üstündə qalxmaq olurdu. Qalanın ətrafında hamam, meydanlar və müdafiə sərhədi qalıb. 

Turistik yürüşdə lazım olacaq hər şeyi öncədən Umico Market-də əldə edin.

Bakıda samokat turu

Bakıda təmiz havada gəzinti nəqliyyatla daha xoş olar. Bunu necə edək? Tur müddətində Bakını samokat ilə gəzərək şəhərimizin gözəlliyindən və əcaib havasından həzz ala biləcəksiniz. Gəzintinin müddəti 2 saatdır, və bu müddət ərzində siz həm şəhərə yeni bucaqdan baxacaqsınız, həm vaxtı aktiv şəkildə keçirəcəksiniz. Baku Sightseeingbələdçisi isə sizə Bakı haqqında olan maraqlı faktları çatdıracaq.

İdeyadan ilham alaraq özünüz Bakını samokat ilə gəzmək istəsəniz, samokatı Umico Market-də seçə bilərsiniz. 

PASHA Travel və Umico Market ilə Azərbaycanı gəzin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %