B 12 vitamini nədir
B12 vitamini nedir dedikdə, kobalamin olaraq da bilinən suda həll olan vitamin nəzərdə tutulur. Bu vitamin bədən üçün çox vacibdir və bir sıra həyati funksiyaları dəstəkləyir. B12 vitamini, qırmızı qan hüceyrələrinin formalaşmasında və yenilənməsində mühüm rol oynayır. Qırmızı qan hüceyrələri oksigeni bədənə daşımaq üçün vacibdir. Həmçinin, sinir hüceyrələrinin sağlam qalması və sinir impulslarının düzgün ötürülməsi üçün B12 vitamini vacibdir. B12 vitamini, DNA sintezində iştirak edir ,hüceyrə bölünməsi və yenilənməsi üçün lazımdır. Bu vitamin bədənin karbohidratları, yağları və zülalları enerji üçün istifadə etməsinə kömək edir.
B12 vitamini əsasən heyvan mənşəli qidalarda tapılır, bura o cümlədən ət, balıq, süd məhsulları və yumurta aiddir. Vegeterian və ya vegan pəhrizində olanlar üçün B12 vitamini çatışmazlığı riski daha yüksəkdir ,buna görə də, əlavələrdən istifadə etmək tövsiyə oluna bilər. B12 vitamini faydaları say say bitməz.Bu faydalar haqqında sizinlə ətraflı danışacayıq. B12 vitamini, beyinin sağlam qalmasına və yaddaş funksiyalarının düzgün işləməsinə kömək edir. B12 çatışmazlığı yaddaş problemlərinə və demans riskinin artmasına səbəb ola bilər.
B12 vitamin catismazligi
B12 vitamini çatışmazlığı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu çatışmazlığın səbəbləri və əlamətləri aşağıda qeyd olunub. Əsasən heyvan mənşəli qidalarda olduğu üçün vegeterian və vegan pəhrizi ilə qidalananlarda B12 vitamini çatışmazlığı riski yüksəkdir. Mədə və ya bağırsaq problemləri (məsələn, Crohn xəstəliyi, çölyak xəstəliyi) B12 vitamininin sorulmasını çətinləşdirə bilər. Bu otoimmün xəstəlik mədənin B12 vitaminini sorulması üçün lazım olan intrinsek faktor adlı zülalın istehsalını azaldır. Yaş artdıqca B12 vitamininin sorulması zəifləyə bilər.
Bəzi dərmanlar (məsələn, metformin və proton pompası inhibitorları) B12 vitamininin sorulmasını azalda bilər. Yorğunluq, zəiflik, solğun dəri B12 vitamin çatışmazlığının əlamətlərində biridir. Uyuşma və ya iynə batırma hissi, yaddaş zəifliyi, depressiya b12 vitaminin çatışmazlığının simptomlarıdır. İştahasızlıq, çəki itkisi, dilin qızartısı, unutqanlıq, qarışıqlıq, düşünmə və yaddaş problemləri də b12 vitamin çatışmazlığı olan şəxslərdə görülür. B12 vitamini serotonin kimi nevrotransmitterlərin sintezində iştirak edərək, ruh halının yaxşılaşdırılmasına və depresiya riskinin azalmasına kömək edə bilər. Homosistein səviyyələrini tənzimləyərək, ürək-damar xəstəlikləri riskini azaldan vitamin b12 faydaları faydaları mövcuddur.
Hansı qidaların tərkibində b12 vitamini var?
B12 vitamini əsasən heyvan mənşəli qidalarda tapılır. Aşağıda B12 vitamini ilə zəngin olan bəzi qidaların siyahısı verilmişdir. Qaraciyər və böyrəklər B12 vitamininin ən zəngin mənbələrindən biridir və çox vaxt dietaya daxil edilir. Toyuq əti də yaxşı mənbədir, lakin B12 səviyyəsi qırmızı ət qədər yüksək deyil. Protein və omeqa-3 yağ turşuları ilə yanaşı, yüksək miqdarda B12 vitamini ehtiva edir. Əsasən konservləşdirilmiş ton balığı B12 vitamini ilə zəngindir. Kiçik yağlı balıqlar yüksək B12 vitamini məzmununa malikdir.
Təbii olaraq B12 vitamini ilə zəngindir. Çox yüksək B12 vitamini səviyyəsi ilə seçilir. Günlük bir stəkan süd B12 vitamininin bir hissəsini təmin edə bilər. Xüsusilə Yunan qatığı B12 vitamini ilə zəngindir. Kərə yağında az miqdarda B12 vitamini var. Əsasən yumurta sarısı B12 vitaminini ehtiva edir. Bir orta ölçülü yumurta gündəlik ehtiyacın bir hissəsini təmin edə bilər. Bəzi dənli bitkilər B12 vitamini ilə gücləndirilir. Soya, badam, düyü südü kimi bitki mənşəli südlər də B12 vitamini ilə zənginləşdirilə bilər. Vegetarianlar üçün xüsusi olaraq hazırlanmış B12 əlavəli qidalar mövcuddur. Bu vitamin, sağlam dəri, saç və dırnaq üçün vacibdir. B12 vitamininin çatışmazlığı dəridə rəngsizlik, saç tökülməsi və dırnaq problemlərinə səbəb ola bilər. Bu səbəblə, B12 vitamininin yetərli səviyyədə qəbul edilməsi ümumi sağlamlığın qorunması üçün çox vacibdir.
B12 vitamininin qiymeti
B12 vitamininin qiymeti məhsulun markasına, tərkibinə və alındığı yerə görə dəyişir. Aşağıda müxtəlif markalar və onların qiymətləri haqqında geniş məlumat verilmişdir.
- Solgar Vitamin B12
Hər tabletdə 1000 mcg B12 vitamini var. 100 tabletlik qab təxminən 20-30 ABŞ dolları arasındadır. Solgar, keyfiyyətli vitamin, mineral əlavələri ilə tanınır, çox vaxt təhlükəsiz və effektiv tərkibə malikdir - Dynavit Vitamin B12
Hər tabletdə 1000 mcg B12 vitamin mövcuddur. 100 tabletlik qab təxminən 10-20 ABŞ dolları arasında dəyişir. Dynavit markası, xüsusilə enerji və yorgunluğu azaltmaq üçün yaxşı bir seçimdir. Bu məhsul qoruyucu maddələr ehtiva etmir, aromasızdır, bu da onu asanlıqla udulan edir. Umico.az-dan b12 vitamini geniş çeşiddə mövcuddur. Ən münasib qiymət umico.az-dadır. B12 vitaminləri haqqında məlumatı umico.az-dan əldə et.”
B12 vitaminin mənfi təsirləri
B12 vitaminin iynə forması bəzən allergik reaksiyalara səbəb ola bilər. Bu reaksiyalar qaşınma, şişlik, nəfəs darlığı ilə özünü göstərə bilər. Həddindən artıq B12 vitamini qəbul etmək bəzi insanlarda sızanaqların yaranmasına və digər dəri problemlərinə səbəb ola bilər. Bu vitamin bəzi insanlarda mədə-bağırsaq problemlərinə, o cümlədən ishala və ya qarın ağrısına səbəb ola bilər. Həddindən artıq B12 vitamini qəbul edildikdə, bəzi qan testlərinin nəticələrində anormallıqlar müşahidə oluna bilər.
Bu, xüsusilə B12 iynə forması ilə bağlıdır. Bəzi tədqiqatlar, yüksək dozada B12 vitamini qəbulunun şəkərli diabet və böyrək problemləri olan insanlarda risk faktorlarını artırdığını göstərmişdir. Yüksək dozalarda B12 vitamini qəbulunun ürək-damar xəstəlikləri riskini artıra biləcəyinə dair bəzi tədqiqatlar mövcuddur. Bu, xüsusilə yüksək homosistein səviyyələri ilə əlaqələndirilir. Hamiləlik dövründə B12 vitamini əlavələrinin yüksək dozalarda qəbul edilməsi potensial olaraq fetus üçün mənfi təsirlərə səbəb ola bilər. Buna görə hamiləlikdə vitamin qəbulundan əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həddindən artıq B12 vitamini qəbul edilməsi bəzi insanlarda sinir sistemi problemlərinə səbəb ola bilər.