Shopping Guide

Courir və Skechers. Bakının xəritəsində iki yeni dəbli mağazası və Umico-dan ikiqat keşbek

Dəbi izləyənlər və şık görünməyi sevənlər üçün əla xəbər! 7 mart tarixində iki dəbli, trend qeyim və ayaqqabıları mağazaları açılır – Courir və Skechers. Açılışdan üç gün sonra – 7, 8 və 9 mart tarixlərində – Umico-dan 8% ikiqat keşbek ala bilərsiniz! Zövqlü idman obrazınızı elə indidən fikirləşin, özüdə bir neçəsini, axı mağazalar yan-yana yerləşir. 

Courir-ə niyə mütləq baş çəkmək lazımdır

Çünki dəbli idman tərzi və obrazlarını axtararkən bütün yollar Courir-ə aparır.” Dünya idman moda titanlarının ən populyar kolleksiyaları burada toplanır: Adidas, Nike, Timberland, Vans, Puma, Asics, New Balance, Reebok.

Tərzin yeni nəsli – Nike Air Max Axis qadın idman ayaqqabısı

Adidas OZWEGGO – 90-cı illərin yeni görünüşlü klassikası. Rahat retro-futuristik model

RS-X Mono Metal Wn’s idman ayaqqabısı – lakonik siluet və materialların qeyri-adi birləşməsidir. Puma-nın RS xətti texnologiyanı estetika ilə birləşdirən ilklərdən biri idi.

Aktiv idman və ya gündəlik həyat üçün idman qeyim və ayaqqabıları seçin – Courir-də həm böyüklər, həm də uşaqlar üçün hər şey var. Courir idman ayaqqabı mağazası 1980-ci ildən bəri fəaliyyət göstərdiyindən artıq öz sahəsində tanınmış mütəxəssisə çevrilib.

Skechers-ə niyə mütləq baş çəkmək lazımdır

Bu Amerika brendinin idman ayaqqabıları parlaq və dəblidir, şəhər tərzinin cəsarətini və idman ayaqqabılarının rahatlığını birləşdirir. Rahatlıq və dəbli dizayn hər zaman hər kolleksiyanın əsası olmuşdur. Skechers idman ayaqqabıları – gündəlik rahatlıq seçiminizdir. Brend xüsusi davamlılığı və etibarlılığı ilə yüksək keyfiyyətli məhsullar istehsal edir. Burada həm böyüklər, həm də uşaqlar üçün bir cüt tapa bilərsiniz.

Dəbli görünüş üçün parlaq rənglər

Özünü göstərməyə hazır olanlar üçün cəsarətli Skechers Monster

Rahat – aktiv həyat tərzi üçün 

Brend 1992-ci ildə Kaliforniyada Robert Grinberq və onun oğlu tərəfindən yaradılıb. Üç il sonra, Los Ancelesdə bir idman xətti təqdim etdikləri dükanlarını açdılar və çox keçmədən Skechers bütün dünyada tanındı və populyar oldu.

Courir və Skechers-də alış-veriş etmək həm də sərfəlidir 

Bu iki mağazanı yalnız əla alış-veriş və geri dönmək arzusu ilə deyil, həm də Umico-dan keşbek ilə tərk edəcəksiniz. 7, 8 və 9 mart tarixlərində açılışla bağlı, ikiqat keşbek əldə edəcəksiniz – 8%! Bayram bitəndən sonra da keşbek almağa davam edəcəksiniz – artıq adi 4%.

Sizi Huseyn Cavid pr. 566 ünvanındakı Courir və Skechers mağazalarında alış-verişə dəvət edirik.

Umico sizi açılış günlərində gözləyir!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %