Shopping Guide

Beton interyerdə necə istifadə oluna bilər

Son vaxtlara qədər az adam interyerdə betondan istifadə etməyə cürət edirdi. Bağ yollarını, qarajdakı döşəməni, evin sütunlarını onunla işləmək tanış və başa düşüləndir, lakin mətbəx mebelinin üst səthini, hamamdakı döşəməni və ya betondan hazırlanmış dekorativ elementlər etmək cəsarətli bir qərardır. Dizaynerlər və memarlar betonun estetika və cazibəsini aşkar etdilər və bu materialı layihələrində fəal şəkildə istifadə etməyə başladılar. İnanın, bu ən çox yayılmış və ucuz tikinti materialı interyeri həqiqətən gözəlləşdirə bilər. Sadəcə bir az fantaziya və bacarıq lazımdır.

Aksentli beton divarını hazırlayın

Təmir mərhələsindəsinizsə, divar kağızlarını yapışdırmağa tələsməyin. İlk baxışdan beton divarlar bitməmiş təmir əlaməti kimi görünə bilər. Canlı təcəssümündə, aksentli divardakı işlənilməmiş beton, loft evlərə uyğun cəsarətli bir dizayn həllidir.

Monolitik beton divar, hətta qeyri-bərabər və taxta qəlib izləri olsa da, otağınızın estetik cazibəsinin mərkəzinə çevrilə bilər. Betonun səth qatını gücləndirən və çökməsinin qarşısını alan xüsusi şəffaf örtüklərlə materiala lazımi çalar verə və fakturasını müəyyən edə bilərsiniz. Bundan əlavə beton, rəngli posterlər, rəsmlər, fotoşəkillər üçün ideal bir fondur.

İndustrial beton tavan

https://dizain.guru/wp-content/uploads/2018/08/originalnye-svetilniki-budut-vyglyadet-vyrazitelne.jpg

Beton tavanı bəzəmək üçün də istifadə edilə bilər, bu həll minimalist və industrial üsluba uyğundur. Tavan divarlardan daha tünd olarsa, otağın vizual olaraq daha aşağı görünəcəyini nəzərə alın. Buna görə də, xüsusilə divarlarınız hündür deyilsə, beton tavanı açıq rəngli etmək daha yaxşıdır.

Dizaynerlər tavanda işlənilməmiş beton plitələri olduğu kimi saxlamağı məsləhət görmürlər. Piqmentlər və ya teksturalar, taxta dekor, isti işıqlandırma və digər “alətlər” ilə işlənilmiş beton isə çox təsiredici görünür.

Brutal beton döşəmə

Tökmə beton döşəmələr yalnız texnoloji otaqlarda deyil, həm də müasir bir interyerdə gözəl görünür. Nəticədə təmizlənməsi praktik və davamlı olan gözəl səth alınır. Belə bir döşəməni “çılpaq” saxlamaq lazım deyil, o, piqmentlər və doldurucuların köməyi ilə vizual olaraq yumşaldıla bilər. Əlavələr istənilən rəng, hamarlıq və teksturanı təmin edir.

Dizaynerlər betonu metal və ya taxta əlavələrlə kombinə edirlər, bu halda beton səth əsl lüks əşyaya çevrilir. Belə bir materialla işləyərkən digər vacib məsələ, döşəməni isti etməkdir. Beton sərtliyi ilə tanınır, amma yenə də çıxış yolu var. Məsələn, betonun altına isti döşəmə quraşdıra və ya üzərinə xalça sərə bilərsiniz.

Monolit beton mebellər

“Soyuq” beton mebelləri, şübhəsiz ki, uşaq otağı üçün qətiyyən uyğun deyil, yemək otağına, qonaq otağına, bağ evinin verandasına isə yaxşı uyğunlaşa bilər. Arakəsmələr, orijinal vanna, möhkəm yemək və jurnal masasının üstü, kamin, bağ mebelləri və mətbəx skamyaları – bunlar hamısı betondan hazırlana bilər.

Beton mebel metal və ağac kimi digər materiallarla yaxşı uyğunlaşır. Beton bağ mebelləri çıxarıla bilən rəngli yastıqlarla tamamlana bilər. Stereotipik təsvirin əksinə olaraq, beton mebel həm vizual baxımdan gözəl görünür, həm də toxunuşda olduqca xoşdur, çünki mat hamar səthə malikdir.

Betondan dekor

https://cdn5.roomble.com/wp-content/uploads/2020/06/6-13.jpg

Sərt görünüşünə baxmayaraq, beton elastik və plastik bir materialdır, buna görə də xüsusi formalardan istifadə edərək ondan qeyri-standart məhsullar hazırlamaq olar. Bu, mətbəx mebelinin üst səthi, çanaq, dibçəklər, müxtəlif qablar və heykəlciklər, interyer hərfləri və digər dekorativ qurğular ola bilər. Bu cür elementlər yalnız bağ evi üçün deyil, həm də şəhərdəki evin interyerinə uyğun olacaq.

Çox vaxt betondan canlı bitkilər üçün dibçəklər hazırlanır – süni daşla yaşıllıq arasındakı kontrast parlaq və heyrətamiz görünür. Belə dibçəyi pəncərəyə, iş masasına, yataq tumbasına, rəflərə yerləşdirilə bilər – o, hər yerdə şık görünəcək.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Beton nə ilə uyğun gəlir

https://dizain.guru/wp-content/uploads/2018/08/beton-horosho-smotritsya-radom-s-derevom.jpg

Otağın dizaynı balanslaşdırılmış olmalıdır, buna görə beton səthlərdən yalnız birində istifadə olunur: tavanda, döşəmədə və ya divarlardan birində. Beton təmirin qeyri-adi şəkildə edildiyi interyerlərdə ahəngdar görünür. Burada taxtadan və ya metaldan sərt mebel uyğun olacaq. İnteryeri əksinə işləyə və loft ilə ziddiyyət təşkil edən məkan yarada bilərsiniz. Dəbdəbəli Baroссo üslubunda güzgü və çilçıraqlar, Art Deco üslubunda divan və kreslolar ikinci nəfəs alacaq, yeni rənglərlə parlayacaq və yenidən dəbli görünəcək.

“Soyuq” və sərt beton səthlərin birləşməsi təbii ağac, böyük şüşələr, metal elementlər, təbii yaşıllıq ilə ecazkar görünür – bunlar urbanistik və ya sənaye üslublarının dizaynında ən çox rast gəlinən elementlər və materiallardır.

Unutmayın ki, “açıq” beton olan interyerlərdə işıqlandırmanın keyfiyyəti çox vacibdir. Təbii şeylər çox olmalı, süni əşyalar isə düzgün düşünülməlidir. Künclər işıqlandırılmasa, otaq vizual olaraq balaca görünəcək.

Beləliklə, ucuz beton qarışıqlarından istifadə edərək, eksklüziv materialla pul xərcləmədən şık, dəbli bir interyer yarada bilərsiniz.

Holcim ilə keyfiyyətli beton

Beton bir neçə komponentdən ibarət olan süni tikinti materialıdır: sement, doldurucu (qum və ya çınqıl) və su. Keyfiyyətli beton əldə etmək üçün əvvəlcə yaxşı sement seçməlisiniz.

Sement istehsalında dünya lideri Holcim, materialı ilə bir neçə əsrlik tikdiyinizə zəmanət verir. Holcim sementi çox davamlıdır və müxtəlif tikinti işləri üçün idealdır: təməl tökməkdən divarların suvaqlanmasına qədər. Təkcə Azərbaycanda hər il milyonlarla kisə satılır. Keyfiyyət dünya markasının 180 ildən çox tarixi ilə təsdiqlənib, Qaradağ sement zavodu isə artıq 70 ildir dayanmadan fəaliyyət göstərir.

Holcim sementinin hər alışından keşbek qazanın

https://lh3.googleusercontent.com/vD_XzQL2o2cc2cPvxhcpYIq9z52nxq--kR9OU6VZrzJ_2DPeEkeEDSkQGZ1A0mSjKBF-RPcvhQnjUce3sc3iPYD72nPyPjR6XrT1FzMl-HABAPSLTnM4TCjBuoJEFg=s0

Qaradağ Spesial, Qaradağ Optimal Qaradağ Sprint sementlərinin hər bağlamasında 0,30 AZN keşbek qazandıran Umico promo QR kodu var. Məhz bu xüsusi tikinti materialını seçin və təmiri mənfəətli edin.

Keşbek almaq çox asandır – Umico mobil tətbiqində QR kodu skan etmək kifayətdir.

https://lh5.googleusercontent.com/HyLqh8cO8RWxTc5F5jIpvpM6KRCUep4waQww9zW29mv55lhMy1EYvDEtBqG1TTIXPdb9I-wC_Wys2uHCh8XI3z3eKqFu7X69N_EsmVDqDx0PghDFxmfk4PMDs-0ALw
  1. Holcim sement kisəsini açın, içərisində Umico promo QR kodunu tapacaqsınız.
  2. Mobil tətbiqə daxil olun. Əsas səhifədə və ya “Bonus” bölməsində “Skan etmək” düyməsini seçin.
  3. Ekranın aşağı hissəsindəki “Promo kod” düyməsini tıklayın və Umico skanerindən istifadə edərək bağlamanızdakı QR kodu skan edin.
  4. QR kodu skan etdikdən dərhal sonra keşbek hesabınıza əlavə olunacaq. Bir QR kod yalnız bir dəfə istifadə oluna bilər.

Umico və Holcim ilə cəsarətli qərarlardan çəkinməyin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %