Oktyabrın 13-də Birbank-dan yeni “10 001 hədiyyə” lotereyasına start verilir, bu lotereyada məhz bu sayda hədiyyə qazana bilərsiniz. Super mükafat oynanılacaq əsas oynama Yeni il ərəfəsində – dekabrın 27-də keçiriləcək. Bu, “Xəzri Rezidens”-də iki otaqlı mənzil olacaq!
Nə oynanılır?
- 5 AZN keşbek
- 500 bonus və Umico-dan hədiyyələr
- Tur paketi
- 10.000 AZN pul mükafatı
- İki otaqlı mənzil
Umico Market-də hər alış sizə +1 qazanmaq şansı verir!
Şərtləri oxuyuruq və şansları hesablayırıq
Bütün Birbank kart sahibləri oktyabrın 13-dən dekabrın 15-dək lotereya şərtlərini yerinə yetirməklə lotereyada iştirak edə bilərlər. Beləliklə, qaydalar:
- İstənilən ödənişi Birbankkredit və ya debet kartları ilə ödəyin.
- Həm onlayn ödənişlər, həm də POS terminallarda ödənişlər, Birbank tətbiqində köçürmələr və ödənişlər, taksitlə ödənişlər və digər maliyyə əməliyyatları hesablanır. Nəzərə alın ki, Birbank debet kartından köçürmələr və nağdlaşdırma aksiyada iştirak hüququnu vermir.
- Debet kartları ilə 20 AZN və daha çox məbləğdə istənilən ödəniş = 1 iştirak şansı.
- Kredit kartı ilə 20 AZN və daha çox məbləğdə istənilən ödəniş = 5 iştirak şansı.
Umico Market ilə qələbəyə daha yaxın
Umico Market-də alış-veriş sizə daha çox qazanmaq şansını təmin edir: hər bonusla əməliyyat ilə siz əlavə şans əldə edirsiniz. Bu necə işləyir:
Umico Market-də Birbank debet kartı ilə ödəniş edirsinizsə. Marketpleysdə alışınız 100 AZN təşkil edir. Bunun üçün standart 1 şans əldə edirsiniz, digərini Umico Market sizə verir. Ümumilikdə 2 şans əldə edirsiniz.
Umico Market-də Birbank kredit kartı ilə ödəniş edirsinizsə, ümumilikdə6 şans qazanacaqsınız. Deyək ki, alış 100 AZN-ə başa gəlir, bunun üçün sizə 5 şans verilir. Daha bir bonus şansını Umico Market-dən qazanırsınız.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Şanslarımızı daha da artırırıq!
Birbank tətbiqində QR kod ilə ödəniş edirik. Bu şəkildə debet və ya kredit kartı ilə ödəniş etmək sizə əlavə 10 qazanmaq şansı verəcək!
Hədiyyələri nə vaxt almaq olar?
Lotereyada 3 tiraj olacaq. Hər oynamada qaliblər bu tarixlərdə əməliyyat keçirmiş iştirakçılar arasından seçiləcək:
1-ci tiraj: 13 oktyabr – 3 noyabr
2-ci tiraj: 4 noyabr – 24 noyabr
Üçüncü və son tirajda hər kəs, hətta artıq hədiyyə almış iştirakçılar da iştirak edəcək. O, dekabrın 27-də baş tutacaq və məhz bu oynamada mənzil oynanılacaq! Lotereya nəticələrini sosial şəbəkələrdə və Kapital Bank-ın saytında izləyə bilərsiniz.