Hələ də BirKart Umico kredit kartını almamısınızsa, bunu nə vaxt etmək daha sərfəli olacağı haqda sizə danışırıq. Elə bu gün! 18 may – 30 iyun tarixlərində kart üçün müraciət edin, onunla alış-verişlərinizi ödəyin və pullarınızı geri qaytarın: xərclənmiş 100 AZN-dən 30 AZN BirKart Umico-nuza qaytarılacaq.
Hələ də BirKart Umico kartınız yoxdur?
Bizimləsinizsə, Umico-nun ağıllı alış-veriş olduğunu yaxşı bilirsiniz. Və bütün xırdalıqları bilsəniz, alışlarınız üçün çox yaxşı keşbek qazana bilərsiniz. Məsələn, BirKart Umico kartı ilə hər zaman bonus hesabına bir şey qaytarılacaqdır:
- BirKart Umico kartınızla alışlarınızı öz pulunuzla ödədiyiniz halda Umico tərəfdaşları şəbəkəsində 1%, tərəfdaşlar şəbəkəsi xaricində isə 0,5% qaytarılır.
- Kreditə aldığınız halda hətta Umico tərəfdaşları şəbəkəsi xaricində belə hər hansı bir alış üçün 1.5% geri qaytarılır.
- Taksitlə aldığınız halda hətta Umico tərəfdaşları şəbəkəsi xaricində də əlavə 0,5% keşbek qazanırsınız.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Kartı sərfəli rəsmiləşdirin
Hələ BirKart Umico kartınız yoxdursa, indi onu almağın əsl vaxtıdır. 18 may – 30 iyun tarixlərində kart üçün müraciət edin və 100 AZN dəyərində alış-verişə görə 30 AZN hədiyyə qazanın. Bonusunuzu necə əldə edə bilərsiniz:
- Yeni BirKart Umico kredit kartı üçün onlayn müraciət edin. Umico tətbiqində “Bank” bölməsində onlayn ərizəni doldurub kartı sifariş edə bilərsiniz.
- Bütün alışlarınız üçün ödənişləri BirKart Umico kartı ilə edin. Xatırladaq ki, Umico tərəfdaşları şəbəkəsində kassirə Umico Bonus barkodunu göstərmək lazımdır, Umico Market-də alış-verişi kartla ödəmə imkanı var.
- Kartı alandan sonra 30 gün ərzində 100 AZN dəyərində alış-veriş etsəniz (bir və ya bir neçə alış ola bilər), 30 AZN BirKart Umico-nuza qeri əldə edəcəksiniz.
Digər bonuslar da var
Umico Market-də istədiyinizi sərfəli qiymətə almaq üçün kredit kartını iyun ayının sonunadək almağa tələsin. 30 iyun tarixinə qədər xüsusi təklif var: BirKart Umico kartı ilə 30 AZN-dən başlayan alış-verişlərə 12 aylıq taksit planı alacaqsınız.