Deri alti sepkiler nə səbəbdən yaranır?
Deri alti sepkiler nə səbəbdən yaranır və bunun qarşısını almaq üçün nə etməliyik? Bu və digər buna oxşar sualların cavabını sizin üçün cavablandırdıq ki, daha sağlam və parlaq, eyni zamanda təravətli dəri sahibi olasınız. Dəri altı səpkilər, dərinin alt qatlarında yaranan və adətən ağrıya səbəb olan iltihabi proseslərdir. Bu səpkilər daha çox hormonal dəyişikliklər, stress, qidalanma problemləri və dərinin düzgün təmizlənməməsi səbəbindən yaranır. Dəri altı səpkilərdən xilas olmaq üçün etməli olduğunuz addımlardan biri nizamlı təmizlikdir. Gündə iki dəfə dərini yumşaq təmizləyici vasitələrlə yuyun. Bu, bakteriyaların yığılmasının qarşısını alır. Daha sonra düzgün qidalanma rasionuna diqqət edin. Vitamin və mineral zəngin qidalar qəbul edin. Çünki dərinin sağlamlığı, daxildən gələn qidalanmaya bağlıdır. Son olaraq isə stressin azaldılmasına yönəlik addımlar atın. Məsələn yoga və meditasiya kimi rahatlama texnikalarını tətbiq edin. Stress hormonları səpkilərin yaranmasına səbəb ola bilər. Deri alti sepkiler ucun ilk üç addımı sizinlə bölüşdük və digər məlumatlar haqda daha ətraflı məlumatları oxumağı sizin öhdənizə buraxırıq.
Deri alti sepkiler ucun maska
Deri alti sepkiler ucun maska həm satışda, həm də alınma vasitələridir ki, bunların hər ikisi də yaranmış problemin qarşısını alacaq effektiv tərkibə malikdir. Dəri altı səpkilər üçün təbii maskalar dərinin sakitləşməsinə və iltihabın azalmasına kömək edə bilər. Aşağıdakı maska reseptini sınaya bilərsiniz:
Deri alti sepkiler ucun maska tərkibi:
- 1 xörək qaşığı bal
- 1 çay qaşığı darçın
Hazırlanması: Bal və darçını qarışdırıb üzə tətbiq edin. 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Balın antibakterial xüsusiyyətləri və darçının iltihabəleyhinə təsiri dərini sakitləşdirir və səpkilərin azalmasına kömək edir. Dəri altı sızanaqlar üçün maskalar dərini dərin təmizləyir və gözenekləri açır. Enzimatik peelinglər, gil maskaları və təbii tərkibli maskalar dərinin səthini yeniləyir və sızanaqların yaranmasının qarşısını alır. Unutmayın ki, dermatoloqun məsləhəti ilə uyğun maskalar seçmək mütləqdir. Hər hansı allergik təsirlərin yaranmaması üçün bu tədbir vacibdir.
Deri alti sepkiler ucun ne etmeli ?
Satışda olan məhsullar və onların faydalarını araşdırdıqdan sonra deri alti sepkiler ucun ne etmeli olduğunuz qerarını verə bilərsiniz. Yaxud da, dermotoloq məsləhəti ilə də yaranan vəziyyətdən çıxış yolunu tapa bilərsiniz. Dəri altı səpkilər üçün nə etməli olduğunuz barədə düşünərkən, ilk növbədə dərinizə uyğun maskaları seçməyin vacib olduğunu nəzərə almalısınız. Umico.az-da satışda olan dəri altı səpkilər üçün maskalar, bu problemləri aradan qaldırmağa və dərinizin sağlamlığını bərpa etməyə kömək edə bilər.
Satışda olan maska növləri
Satışda olan maska növlərindən Aloe vera və çay ağacı yağı, antibakterial və iltihabəleyhinə xüsusiyyətləri ilə tanınır. Bu maskalar, dərinin sakitləşməsinə və iltihabın azalmasına kömək edir. Aloe vera dərini nəmləndirir və qidalandırır, çay ağacı yağı isə bakteriyaları öldürərək səpkilərin azalmasına səbəb olur. Salisilik turşu tərkibli maskalar, dərinin üst qatını eksfoliasiya edərək gözenekləri açır və iltihabı azaldır. Bentonit gil isə dərini təmizləyir və yağ balansını qoruyur. Bu maskalar, dərinin səthindəki artıq yağları və çirkləri təmizləyərək, dəri altı səpkilərin yaranmasının qarşısını alır. Hialuron turşusu isə dərini nəmləndirir və elastikliyini artırır. Vitamin C isə dərinin yenilənməsini və parlaq görünməsini təmin edir. Bu maskalar, dərinin qidalanmasına və sağlam görünməsinə kömək edir, eyni zamanda iltihabı azaldır. Bütün bu sadalanan deri sepkileri ucun faydalı məhsulları siz tətbiq edərək sağlam dəriyə sahib ola bilərsiniz.
Dəri altı səpkilər üçün maskaların faydaları
Tətbiq edəcəyiniz dəri tipinə uyğun maskalar dəri altı səpkilər üçün istehsal edilmiş tərkibdə olan maskalardır ki, tərkibindəki antibakterial və iltihabəleyhinə maddələr sayəsində dərini sakitləşdirir və iltihabı azaldır. Bu, səpkilərin azalmasına və dərinin daha sağlam görünməsinə kömək edir. Maskalar, dərinin gözeneklərini təmizləyərək yağ balansını qoruyur. Bu proses, səpkilərin yaranmasının qarşısını alır və dərinin təravətli qalmasını təmin edir. Satışda olan maskalar, dərini nəmləndirir və qidalandırır. Hialuron turşusu və aloe vera kimi maddələr, dərinin elastikliyini artırır və onu daha sağlam və parlaq edir. Deri altı ucun maskaların faydaları onların düxgün seçilməsi və istifadə qaydasına uyğun tətbiq edilməsi zamanı daha effektiv nəticə verir.
Dəri altı səpkilər üçün maskalardan istifadə qaydaları
Dəri altı səpkilər üçün maskaları istifadə etmədən əvvəl, dərini yaxşıca təmizləmək vacibdir. Maskanı dərinizə bərabər şəkildə tətbiq edin və maskanın tərkibindəki maddələrin dəriyə nüfuz etməsi üçün təxminən 15-20 dəqiqə saxlayın. Maskanı ilıq su ilə yuyub, dərinizə uyğun nəmləndirici krem istifadə edin. Umico.az-da satışda olan dəri altı səpkilər üçün maskalar, sizin dərinizin ehtiyaclarına uyğun olaraq geniş çeşiddə təqdim olunur. Bu maskalar, dərinizin sağlamlığını bərpa etməyə və səpkilərin azalmasına kömək edəcəkdir. Dəri altı səpkilər üçün nə etməli olduğunuzu bilmək və düzgün maskaları seçmək, dərinizin gözəlliyini və sağlamlığını qorumaq üçün vacibdir. Bu səpgilər doğru müalicə olmadıqda dəridə xoşagəlməz və narahat edici çapıqlar yaranır ki, bu da çətin müalicə metodu tələb edir. Zamanında doğru müdaxilə olunarsa bu hal daha çox artmadan aradan qaldırıla bilər.
Sızanaq çapıqlarından necə qurtulmaq olar?
Sızanaq izləri deyincə, sızanaqdan sonra yaranan qızartı və qəhvəyi ləkələr ağla gəlir. Sızanaqların müalicəsindən sonra yaranan qırmızı ləkələr eritema adlanır və kapilyarlardakı qızartılar nəticəsində meydana gəlir. Xüsusilə erkən yaşlarda başlanan sızanaq müalicələri gələcəkdə yarana biləcək sızanaq izlərinin qarşısını ala bilər. Dərinizdə sızanaq izləri və meylləri varsa, sızanaqlara səbəb olan komedonların qarşısını antikomedogen (qara nöqtələrə qarşı) vasitələrdən istifadə etməklə almaq olar. Bəzi insanlarda sızanaq izləri çuxur və ya qabar buraxaraq özünü göstərir. Bu çapıqlar epidermisə (dərinin ən aşağı təbəqəsi) qədər uzanır və onların müalicəsi daha uzun çəkə bilər.
Sızanaq çapıqları üçün gündəlik baxım rutinləri
Sızanaqlar günümüzdə ən çox yayılmış sağlamlıq problemlərindən biridir. “Sızanaq izlərindən necə qurtulmaq olar?” sualı sızanaqdan əziyyət çəkən insanların ən çox verdiyi suallardan biridir. Yanlış tətbiqlər və istifadə edilən məhsullar dərini daha həssas edir və sızanaq izlərinin sağalma prosesini uzadır. Bu səbəbdən gündəlik baxım addım-addım tətbiq edilməlidir. Edilməli olan əsas təcrübələr aşağıdakılardır: dərini sabun və gel kimi məhsullarla yumşaq bir şəkildə təmizləmək, sebumu balanslaşdırmaq və məsamələri sıxmaq üçün tonerdən istifadə etmək, sızanaq əleyhinə kremdən istifadə etmək, dərinizin tipinə uyğun yağsız nəmləndirici istifadə etmək və müvafiq faktorlarda günəş kremindən istifadə etmək. Bundan əlavə, yağlı, duzlu, şəkərli və ədviyyatlı qidalardan qaçınmaq da vacibdir.
Deri alti sepgidən yaranan ləkələrin müalicəsi
Ağırlaşmış deri alti sepgiden sonra yaranan ləkələr təkcə sağlamlıq problemi deyil, həm də insanları narahat edən vizual və kosmetik problemdir. Sızanaq ləkələrinin müalicəsində ən çox istifadə edilən üsullardan biri olan dərinin yüngül soyulması dermatoloji klinikalarda və mütəxəssislər tərəfindən həyata keçirilir. Ən çox seçilən tətbiqlər bunlardır: lazer müalicəsi (pulse dye lazer, yağ və CO2 lazer), derma roller müalicəsi (dəri səthinə kiçik iynələr batıraraq dərini cavanlaşdıran məhlulların tətbiqi) və kimyəvi pilinq (dəriyə müəyyən kimyəvi maddələrin tətbiqi ilə dərinin soyulması prosesi).