Dəridəki ləkələrin təmizlənməsi dəri səthindəki arzuolunmaz rəng pozğunluğunu aradan qaldırmaq üsulları
Dəri ləkələrinin təmizlənməsi , dəri səthindəki arzuolunmaz piqmentasiyanı və ya rəng pozğunluğunu aradan qaldırmağa yönəlmiş bir prosesdir. Günəşə məruz qalma, yaşlanma və digər amillər səbəbindən yaranan bu ləkələr həm dərinin görünüşünə, həm də sağlamlığına mənfi təsir edə bilər. Ləkələrin növünə görə dəri ləkələrinin təmizlənməsi üçün bir neçə üsul mövcuddur. Ən tez təsir göstərən lazer terapiyası, dəridəki melanin piqmentini hədəf alaraq parçalayan və nəticədə dəri ləkələrini təmizləyən ,işıq enerjisindən istifadə edən cihazdır. Bu müalicə günəş ləkələri, yaş ləkələri və müəyyən piqmentli ləkələrin aradan qaldırılması üçün çox effektivdir.
Kimyəvi pilinq vasitəsilə dəri ləkələrinin təmizlənməsi başqa bir seçimdir və dərinin xarici qatlarını soymaq üçün kimyəvi məhlul tətbiq etməklə həyata keçirilir. Bu proses hüceyrə dövriyyəsini işə salır, dəri tonunu bərabərləşdirir. Krioterapiya, ölü dəri hüceyrələrini təmizləmək üçün soyuq temperaturdan istifadə edir və tez-tez kiçik dəri ləkələrini təmizləmək üçün istifadə olunur. Bu metod sürətlidir. Dərin dəri ləkələri üçün dəri transplantasiyası kimi cərrahi texnikalar lazım ola bilər. Bu prosedurlar adətən yerli anesteziya altında aparılır. Dəri ləkələrinin müalicəsi üçün başqa seçim olan dərmanlar və kremlərdən istifadə etməliyik. Bu məhsullara retinoidlər, hidroxinon və ya C vitamini kimi aktiv maddələr aiddir. Bu məhsullardan müntəzəm tətbiq etdikdə, dəri ləkələrinin azalmasını müşahidə edə bilərsiniz.
Qeyd etdiyimiz kimi əvvəl düzgün baxım rutininizi qurmaq vacibdir. Düzgün qulluq rutinini necə hazırlayacağınız haqqında maraqlı məlumatlar təqdim edirik. Hər səhər üz dərinizi su tərkibli təmizləyici vasitə ilə yuyun, üzərindən kosmetik vasitələrdən istifadə etməzdən qabaq nəmləndirici sonra isə günəşdən qoruyucu vasitəni çəkin. Beləliklə, dərinizi günəş şüalarından və digər ləkələnmələrdən qoruyacaqsınız. Kosmetik ,günəşdən qoruyucu vasitələrdən və digər baxım məhsullarından istifadə etdiyiniz təqdirdə hər axşam dərinizi yağ tərkibli təmizləyici ilə masaj edib ,üzərindən su tərkibli təmizləyici ilə yumaq məsləhət görülür. Üzərindən nəmləndirici çəkib üz baxım rutininizi tamamlaya bilərsiniz. Həftədə 2-3 dəfə dəri ləkələrinin müalicəsi üçün ev şəraitində hazırlaya biləcəyiniz maskalardan istifadə edə bilərsiniz.Bunun üçün, sizə 3 maska təqdim edəcik.
Dəri ləkəsi
Dəri ləkəsi dərinin səthində müxtəlif formalarda meydana çıxa bilər. Bu ləkələr günəşə məruz qalma, hormonal dəyişikliklər və ya dərialtı xəstəliklər kimi amillərdən qaynaqlana bilər. Hər bir dəri ləkəsinin səbəbini öyrəndikdən sonra ona uyğun müalicə etmək çox önəmlidir. Dəri ləkələri görünüşü fərqli ola bilir. Bəzi ləkələr vaxt keçdikcə sağalsalar da, sağalmayan ləkələr də çoxdur. Dəri ləkələrində müntəzəm dermatoloji yoxlamalar tövsiyə olunur, çünki erkən aşkarlanma daha effektiv müalicə nəticələrinə səbəb ola bilər.
Dermatoloqlar dəri ləkələrini müəyyən etmək üçün dermoskopiya və lazım olduqda biopsiya kimi müxtəlif diaqnostik alətlər və texnikalardan istifadə edirlər. Dəri ləkələrinin olmaması üçün düzgün dəriyə qulluq rutini və günəşdən qorunma çox önəmlidir. Dərimizi qorumalıyıq. Dəri tipimizi və dəri problemimizi aşkarlayıb,ona uyğun dəriyə qulluq rutini hazırlamalıyıq. Günəş şüalarından özümüzü qorumaq üçün yalnız yayda deyil, həmçinin qış,payız və yaz aylarındada günəşdən qoruyucu vasitələrdən istifadə etməliyik. Günəşdən qoruyucu kremlər yaşlanmanında qarşısını alır və mütəmadi istifadədə dəri ləkələrini azaldır. Dəri ləkələri yarandığı halda dermatoloqa müraciət etməyiniz tövsiyə olunur.
Dəri ləkələri üçün maskalar
Bal və Limon Maskası
Bal və Limon Maskası, sadə və effektiv bir ev maskası olaraq dərinizin parlaq və təravətli görünməsinə kömək edir. Bunun üçün 1 xörək qaşığı bal və 1 çay qaşığı limon suyunu qarışdırmaq kifayətdir. Hazırlanmış qarışığı üzünüzə və ya ləkələrin olduğu sahələrə tətbiq edin. 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun və dəriyə nəmləndirici krem tətbiq edin. Qeyd etmək lazımdır ki, limon suyu turşuluq səbəbindən həssas dəri üçün uyğun olmaya bilər. Gündüz istifadə etdikdə isə günəşdən qoruyucu vasitələr tətbiq etməyi unutmayın.
Qatıq və Sarı kök Maskası
Qatıq və Sarı kök Maskası da dərinizin sağlam və parlaq görünməsini təmin edən bir maskadır. Bunun üçün 2 xörək qaşığı qatıq və 1 çay qaşığı zerdeçal tozunu qarışdırmaq kifayətdir. Qarışığı üzünüzə və ya ləkələrin olduğu sahələrə tətbiq edin və 15-20 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun və dəriyə nəmləndirici krem tətbiq edin. Sarı kök ləkə yaradan xüsusiyyətə malikdir, buna görə tətbiq edərkən diqqətli olun.
Aloe Vera və Bal Maskası
Aloe Vera və Bal Maskası, dərini sakitləşdirən və iltihab əleyhinə xüsusiyyətləri ilə tanınır. Bu maska üçün 2 xörək qaşığı aloe vera geli və 1 xörək qaşığı balı qarışdırmaq kifayətdir. Hazırlanmış qarışığı üzünüzə və ya ləkələrin olduğu sahələrə tətbiq edin. 20-30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun və dəriyə nəmləndirici krem tətbiq edin. Həmçinin dəri ləkələrinin azalması üçün retionidləri və turşuları gündəlik və ya həftədə 2 dəfə baxım rutininizə daxil edə bilərsiniz. Qalıcı ləkə olaraq bilinən sızanaq ləkələri bir çox insanlarda müşahidə edilir. Dəridə məsamələr tıxandıqdan sonra sızanaqlar yaranır və bu sızanaqları qopardıqda qalıcı sızanaq ləkələrinə səbəb olur.”
Sızanaq Ləkələri Haqqında və Müalicəsi
Sızanaq Ləkələri , dərinin dərin təbəqələrində olan iltihablı proseslər nəticəsində yaranır. Bu ləkələr, müxtəlif formalarda, ölçülərdə və rənglərdə ola bilər. Adətən qırmızı, qəhvəyi və ya bənövşəyi rənglərdə olur. Bəzi hallarda bu ləkələr qalıcı ola bilər və dərinin görünüşünə mənfi təsir edə bilər. Sızanaq Ləkələrinin Müalicəsi Sızanaq ləkələrinin müalicəsində istifadə olunan əsas vasitələrdən biri topikal kremlər və gellərdir. Bu məhsulların tərkibində adətən retinoidlər, azelaik turşu, C vitamini və hidrokinon kimi aktiv maddələr olur.
Bu maddələr dərinin yenilənməsini təşviq edir və piqmentasiyanı azaltmağa kömək edir. Kimyəvi pilinqlər, dərinin üst təbəqəsini çıxararaq yeni və sağlam dəri hüceyrələrinin yaranmasını təmin edir. Qlikolik turşu, salisilik turşu və laktik turşu kimi maddələrdən istifadə edilən bu prosedur, sızanaq ləkələrinin azalmasına kömək edir. Mikrodermabraziya, dərinin üst təbəqəsini mexaniki olaraq soymaq üçün istifadə olunan bir prosedurdur.
Bu metod dərinin teksturasını yaxşılaşdırır və ləkələrin görünüşünü azaldır. Lazer terapiyası, sızanaq ləkələrinin müalicəsində effektiv bir yoldur. Lazer şüaları dərinin alt təbəqələrinə nüfuz edərək piqment hüceyrələrini hədəf alır və onları dağıdır. Bu prosedur, həmçinin dərinin kollagen istehsalını artıraraq onun elastikliyini və möhkəmliyini bərpa edir.