Umico Beauty

Dodaq boyalari

Dodaq boyalari (pomada) qadınların gözəllik rutininin əvəzolunmaz hissəsidir. Bu makiyaj məhsulu dodaqlara rəng verərək onları daha cazibədar göstərir. Pomada tarixi haqqında ətraflı məlumat verək. Dodaq boyalarının tarixi çox qədim dövrlərə gedib çıxır. İlk dodaq boyası eramızdan əvvəl 5-ci minillikdə qədim Mesopotamiyada istifadə olunmuşdur. Qədim Misirdə isə qadınlar dodaqlarını qırmızı və narıncı rənglərə boyamaq üçün bəzi təbii materiallardan istifadə edirdilər. Kleopatra kimi məşhur qadınlar hətta əzilmiş böcəklərdən əldə edilən rənglərdən istifadə edirdilər.

Dodaq boyalarının tərkibi

Ənənəvi dodaq boyalarının tərkibində əsasən aşağıdakı maddələr olur Mumlar, pomadaya forma və sərtlik verir. Ən çox istifadə olunan mumlar arasında arı mumu, kandelilla mumu və karnauba mumu var. Yağlar, pomadaya yumşaqlıq və nəmləndirici xüsusiyyət verir. Bunlar arasında kastor yağı, lanolin, kakao yağı və shea yağı var. Rəngləyicilər, dodaqlara rəng vermək üçün istifadə olunur. Təbiətdən əldə edilən pigmentlər və sintetik rəngləyicilər daxildir. Konservantlar və Antioksidantlar, məhsulun ömrünü uzatmaq və tərkibindəki yağların zədələnməsinin qarşısını almaq üçün istifadə olunur.

Dodaq boyalarinin növləri

Dodaq boyaları müxtəlif növlərdə mövcuddur və hər bir növ öz xüsusiyyətləri ilə fərqlənir. Mat dodaq boyalari, dodaqlara quru ,parıltısız bir görünüş verir və uzun müddət qalıcıdır, lakin nəmləndirici xüsusiyyətləri azdır. Parlaq teksturalı dodaq boyalarini , dodaqlara parlaq və nəmləndirici görünüş verir. Bu növ pomadalar çox vaxt dodaqları quru saxlamaz. Krem teksturalı dodaq boyalarını Həm rəng, həm də nəmləndirmə xüsusiyyətlərini təmin edir və istifadəsi asandır və dodaqları yumşaq saxlayır. Balzamlı dodaq boyaları, yüngül rəng ,nəmləndirmə xüsusiyyətlərinə malikdir və günlük istifadə üçün idealdır.

Dodaq boyasını necə seçməli?

Dodaq boyası seçərkən nəzərə alınmalı olan bəzi kriteriyalar var. Dodaq boyasi rengleri seçimi dəri tonuna uyğun olduqda makiyajın daha yaxşı görünməsinə kömək edir. Açıq dərilər üçün pastel və şaftalı pomada rengleri , orta dərilər üçün giləmeyvə və mərcan rəngləri, tünd dərilər üçün isə dərin qırmızı və şokolad rəngləri məsləhət görülür. Quru dodaqlar üçün nəmləndirici xüsusiyyətli dodaq boyalari seçilməlidir. Gündəlik istifadə üçün qalıcı və uzunömürlü dodaq boyası seçmək daha praktikdir.

Məşhur dodaq boyalari

Bazarda bir çox məşhur dodaq boyası markası var. Bunlardan bəzilərini təqdim edirik. MAC brendi, məşhur və keyfiyyətli makiyaj məhsulları ilə tanınır. Geniş rəng çeşidi və müxtəlif teksturalı dodaq boyalari təklif edir. Maybelline brendi, Ucuz və keyfiyyətli dodaq boyalari ilə məşhurdur. Hər növ istifadəçi üçün uyğun məhsullar təklif edir. Chanel brendi, lüks və yüksək keyfiyyətli dodaq boyalari ilə tanınır. Elegant qablaşdırma və geniş çeşiddə dodaq boyasi rengleri ilə fərqlənir.

Dodaq qulluğu üçün məsləhətlər

Dodaq boyası istifadə etmədən əvvəl və sonra dodaqların sağlam qalması üçün bəzi qulluq məsləhətlərini nəzərinizə çatdırırıq. Dodaqları ölü hüceyrələrdən təmizləmək üçün həftədə bir dəfə peeling istifadə edin. Gecələr yatmazdan əvvəl və dodaq boyası istifadə etmədən əvvəl dodaqlarınıza nəmləndirici balzam tətbiq edin. SPF qoruyuculu dodaq boyalari və ya balzamlardan istifadə edin. Dodaq boyaları qadınların gözəllik rutininin vazkeçilməz bir hissəsidir. Seçim edərkən dəri tonuna, nəmləndirici xüsusiyyətlərinə və qalıcı olmasına diqqət etmək vacibdir. Müxtəlif növlər və markalar arasında düzgün seçim edərək, dodaqlarınıza ən uyğun və zövqünüzə uyğun dodaq boyasını tapmaq mümkündür.

Mat dodaq boyalari

Mat dodaq boyalari, uzun müddət qalıcılığı ilə seçilir , ətrafa yayılmır və dodaqlar bir-bir-birinə yapışmır. Xanımlat adətən, mat dodaq boyalarından istifadə edir və daha sadə görüntü verir. Mat dodaq boyalarından ən münasib və ən məşhur olan pastel dodaq boyalari xanımlar tərəfindən çox istifadə olunur. Geniş rəng seçimi pastel dodaq boyalarinin üstün cəhətlərindəndir. Lüks və bahalı brendlərin dodaq boyalarına nisbətən pastel dodaq boyaları daha münasib və eyni keyfiyyətdə təklif edilir. 24 saat qalıcılığı göz oxşayır. Aşağıda Pastel markasının bəzi məşhur mat dodaq boyası seriyaları və onların xüsusiyyətləri haqqında ətraflı məlumat verilmişdir.

Pastel dodaq boyalarinin növləri

Pastel Day Long Lipcolor Kissproof dodaq boyasi, dodaqlarda yüngül hiss yaradır və rahat istifadə olunur. Dodaq boyasini tətbiq etdikdən sonra tez quruyur və uzun müddət rəngini itirmir. Bu məhsulun tərkibində E vitamini və nəmləndirici maddələr var ki, bu da dodaqları quru saxlamadan uzun müddət nəmləndirir. Tünd qırmızıdan tutmuş pastel tonlara qədər müxtəlif rənglər təklif edir. Populyar Rəngləri 09 Candy, 15 Burgundy, 20 Nude yoxlamağınız tövsiyə edilir. Pastel Profashion Matte Lipstick pomadasi kremli teksturası ilə rahat tətbiq olunur və matlıq yaradır. Bu pomada, uzun müddət qalıcıdır və rəngləri çox piqmentlidir. Bu məhsul, dodaqları quru saxlamadan nəmləndirir və yumşaq hiss edir. 20-dən çox rəng seçimi ilə geniş palitraya malikdir. Populyar Rəngləri 553 Pure, 565 Twilight, 567 Burnt yoxlamağınız tövsiyə olunur.

Dodaq boyalarının qiyməti

Dodaq boyalarının qiyməti marka, növ və keyfiyyətə görə çox müxtəlif ola bilər. Aşağıda bəzi məşhur markaların dodaq boyalarının təxminən qiymət aralıqları verilmişdir. Maybelline brendinin, adi dodaq boyaları 15-25 azn, mat dodaq boyaları isə 20-30 azn təşkil edir. L’Oreal brendinin adi dodaq boyaları 20-35 azn, mat dodaq boyaları isə 25-40 azn aralığındadır. MAC markasının, adi dodaq boyaları 40-60 azn, mat dodaq boyaları isə 50-70 azn təşkil edir. NYX brendinin, adi dodaq boyaları 10-20 azn, mat dodaq boyaları isə 15-25 azn aralığındadır. Qiymətlər mağazaya, satış kampaniyalarına və digər faktorlara görə dəyişə bilər. Azərbaycandakı umico.az və kosmetika dükanlarının saytlarını nəzərdən keçirərək daha dəqiq məlumat əldə edə bilərsiniz.

Ucuz dodaq boyalarindan istifadənin zərərləri

Ucuz dodaq boyalarından istifadə etmək cəlbedici görünsə də, bir çox potensial zərərləri vardır. Bu zərərlər aşağı keyfiyyətli maddələrin və təmizlənməmiş kimyəvi maddələrin istifadəsindən qaynaqlanır. Ucuz dodaq boyalarında bəzən zəhərli kimyəvi maddələr, məsələn, qurğuşun, kadmiyum və civə ola bilər. Bu maddələr uzun müddət ərzində istifadə edildikdə sağlamlıq problemlərinə səbəb ola bilər. Aşağı keyfiyyətli maddələr və rənglər dəridə allergik reaksiyalara səbəb ola bilər. Bu reaksiyalar qaşınma, qızartı, şişlik və hətta yara şəklində özünü göstərə bilər. Ucuz dodaq boyaları dərini qıcıqlandıra və quruda bilər. Bu, xüsusilə həssas dəriyə malik insanlar üçün problem ola bilər.

Dodaq boyalarının tərkibindəki kimyəvi maddələr dərinin təbii balansını poza bilər və sızanaqların yaranmasına səbəb ola bilər. Uzun müddətli istifadə aşağı keyfiyyətli dodaq boyalarının tərkibində olan kimyəvi maddələr dəridə qalıcı zərər yarada bilər. Bu, dodaqların rənginin dəyişməsi, çatlaması və ya həssaslaşması ilə nəticələnə bilər. Təmizlənməmiş və ya təmizliyinə diqqət yetirilməyən dodaq boyaları bakteriya və mikroorqanizmlərin yayılmasına səbəb ola bilər. Bu da infeksiya riskini artırır.

Dodaq boyaları udulduqda , mədəyə düşən kimyəvi maddələr sağlamlıq problemlərinə, məsələn, mədə-bağırsaq narahatlığına səbəb ola bilər. Uzun müddətli və davamlı istifadə zərərli kimyəvi maddələrin yığılmasına səbəb ola bilər. Bu, bədənə zərər verə və sağlamlıq problemlərinə yol aça bilər. Bu zərərlərdən qorunmaq üçün, tanınmış və etibarlı markaların məhsullarına üstünlük vermək, tərkibi təbii olan və dermatoloji cəhətdən test edilmiş dodaq boyalarını seçmək vacibdir. Həmçinin, məhsulun tərkibini yoxlamaq və mümkün olduqda, zərərli kimyəvi maddələrdən qaçmaq məsləhətdir.

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %