Demək olar ki, hər bir Adidas geyimi və ya ayaqqabısı artıq bu idman nəhənginin simvoluna çevrilmiş üç zolaqla bəzədilib. Bu loqonun maraqlı bir təsadüf nəticəsində yarandığını bilirdinizmi? Bu gün Umico-nun tərəfdaşı Go sport ilə birlikdə bu hekayəni sizə danışmaq istərdik.
Go Sport mağazalarında bütün ailəniz üçün idman geyimini seçin və Umico bonusları ilə 4% keşbek qazanın.
Hər şey nədən başladı?
Əvvəlcə Adidas idman ayaqqabılarında iki qardaşı simvolizə edən iki zolaq var idi. Brendin əsasını alman Adolf “Adi” Dassler qoyub, o, çəkməçi atasının yolunu davam etdirdi və daha sonra böyük qardaşı Rudolfu ayaqqabı istehsalına gətirdi.
1924-cü ildə onlar “Gebruder Dassler Schuhfabrik” (“Dassler qardaşlarının ayaqqabı fabriki”) fabrikini açırlar. Burada futbol butsları – idmançılar üçün altlığında mil olan xüsusi ayaqqabılar hazırlanırdı. Zolaqlar gözəllik üçün deyildi, praktiki cəhətdən faydalı idi: Dasslerlər onları yan tərəfdə bir-birindən xeyli məsafədə yerləşdirirdi, bu da ayaqqabını kip etməyə və ona struktur verməyə kömək edirdi. Daha sonra, futbol butsları böyük idman yarışlarında istifadə olunanda, zolaqlar şirkətin fərqləndirici elementinə çevrildi.
Yeni brendlərin yaranmasına gətirən mübahisə
İkinci Dünya Müharibəsindən sonra Dasslerlər bir-birləri ilə ağızlaşdılar. Səbəbi bu günə qədər bəlli deyil. Bəziləri mübahisənin bir-biri ilə anlaşa bilməyən, lakin bir dam altında yaşamaq məcburiyyətində qalan qardaşların arvadları üzündən baş verdiyini, bəziləri isə Adolfun qardaşını biznesdən uzaqlaşdırmaq üçün Gestapo ilə əməkdaşlığını bəhanə edərək Amerika işğalçılarına təhvil verməsini irəli sürürdü.
Nəticə olaraq, Dasslerlər şirkəti böldülər və soyadını istifadə etməkdən imtina etdilər, baxmayaraq ki, o, artıq çox məşhur olmuşdu. Rudolf “RuDa” (Rudolf Dassler) brendini yaratdı, sonra isə xoş səslənməməsinə görə adı “Puma”-ya dəyişdi. Adolf isə yeni adı “Adidas” (Adi Dassler) seçdi.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Üçüncü zolaq isə bu cür yarandı
O vaxtlar idmançılar rekordlara Adi Dassler ayaqqabılarında imza atırdılar, lakin hamı bundan xəbərsiz idi – idman ayaqqabılarının heç bir fərqləndirici xüsusiyyətləri yox idi. Buna görə də Adi Dassler şirkəti üçün fərdi üslub axtarmağa başlayır.
Razılığa əsasən, qardaşların heç biri zolaqları öz futbol butslarına vura bilməzdi, Adi isə iki zolağın arasına üçüncüsünü əlavə etmək fikrinə gəldi – bununla o, fərqləndirici nişanı saxlamış və eyni zamanda razılaşmanı pozmamış oldu. Lakin o vaxt üç zolaqlı brend artıq mövcud idi.
O, qaçış ayaqqabılarının istehsalında lider hesab edilən Finlandiya idman geyimləri istehsalçısı Karhu idi. Brendin xüsusiyyəti, futbol butslarında ayağın fiksasiyasını artıran üç zolaq idi, lakin bu zolaqlar ayaqqabının qalan hissəsi ilə birlikdə rənglənirdi.
Bir gün Dassler tamamlanmamış bir versiyanı gördü – ağ zolaqlı rəngli idman ayaqqabısı. Həmin an o anladı ki, onun ayaqqabılarını məhz bu cəlbedici edəcək. Dassler finlərə üç dəri zolağından istifadə hüquqlarını satmağı təklif etdi. Karhu nümayəndələri üçün zolaqların sayı vacib deyildi və onlar dizayn hüquqlarını kiçik bir təzminata satdılar – iki şüşə viski və 1600 avro.
Karhu brendi hələ də idman geyimlərini istehsal edir, lakin zolaqlar əvəzinə “M” hərfindən istifadə edir, Adidas-ın üç zolağı isə dünyanın ən tanınan loqolarından birinə çevrildi.